Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb.
Səfərin ikinci günündə diplomatlar Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər “İstisu” mineral sudoldurma zavodunun fəaliyyəti ilə tanış olublar. Diplomatik korpusun nümayəndələri Kəlbəcər şəhərində keçirilən Bal Festivalında da iştirak ediblər.
Qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi.
ZÜMRÜD