Ukrayna Prezidenti Zelenski Almaniyanın DW telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Putin də iştirak edəcəyi halda, dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak etməyə hazır olduğunu bildirib.
Putinlə mümkün görüş barədə suala Zelenski müsbət cavab verib: "Bəli, əlbəttə. Biz gəlməliyik. Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik", - deyə bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya prezidenti ilə mümkün söhbətin məzmunu onun nəticəsindən daha az əhəmiyyətlidir. "Məsələ sözlərdə deyil. Ona nə deməyim və ya onun mənə nə demək istədiyinin əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan nəticədir", - Ukrayna prezidenti bildirib.
Zelenski və Putin Rusiyanın Ukraynada tammiqyaslı hərbi əməliyyata başladığı 2022-ci ilin fevral ayından bəri şəxsən görüşməyiblər. Kreml hələ ki, Putinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak etmək niyyətində olub-olmadığını açıqlamayıb. Rusiya prezidenti 2019-cu ildən bəri şəxsən G20 sammitində iştirak etməyib.
Tahir TAĞIYEV