Qeşm adası sahillərində İrana məxsus yük gəmisinə hücum olub.
Mehr agentliyinin verdiyi məlumata görə, gəmiyə hücum yerli vaxtla səhər saat beş radələrində Qeşm adasındakı Henqam adası və Şib Deraz sahili ərazisində baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Hakimiyyət orqanları əlavə məlumatları daha sonra açıqlayacaqlarını bildirib.
Tahir TAĞIYEV