Rusiya Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Rusiya hərbi qüvvələri gün ərzində Odessa limanında Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmiyə zərbə endirib.
"Bu günortadan sonra Rusiya Silahlı Qüvvələri Ukrayna dəniz limanlarına və Ukrayna Silahlı Qüvvələri üçün çalışan gəmilərə zərbələr endirməyə davam edib. Odesa limanına endirilən zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinə hərbi təchizat aparan quru yük gəmisi zədələnib" - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Tahir TAĞIYEV