Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüş mümkün deyil. Xarici media yazır ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov AFP-nin sualına cavab olaraq bildirib. "Bu, mümkün deyil", - deyə Peskov vurğulayıb. O, iki prezident arasında görüşün Rusiya paytaxtında keçirilə biləcəyi ilə bağlı Moskvanın mövqeyini bir daha təkrarlayıb.
İRADƏ