Bazar ertəsi günü, 09 noyabr 2026
     

Peşə Təhsili Agentliyində ciddi nöqsanlar aşkarlanıb...

Image


Məlum olduğu kimi, Hesablama Palatası 2022-ci il üzrə İş Planına uyğun olaraq Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində olan qurumlara ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının necə idarə olunması ilə bağlı araşdırma aparıb.

Audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir elan amillər təhlil olunub. Məlum olub ki, müvafiq əmrlərlə publik hüquqi şəxs formasında yaradılan peşə mərkəzlərinə məqsədli vəsaitlər ödənilməyib və  hüquqi aktların tələblərinə də əməl edilməyib. Həmçinin, dövlət sifarişinə dair müqavilələrin bağlanılması da təmin edilməyib, sifariş və hesabat formaları da tərtib olunmayıb. Bir sözlə Hesablama Palatası peşə təhsili məktəblərində nöqsanlar aşkar edib.

Ekspertlər hesab edir ki, Azərbaycandakı peşə təhsili müəssisələri müasir standartlara cavab vermir. Bu istiqamətdə bir sıra işlərin görülməsinə ehtiyac var.

  • “Bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, birgə fəaliyyət müqavilələrinin əlverişli olmayan şərtlərlə bağlanması…”

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Yəqin bir çoxları mənimlə razılaşar ki, bəyənmədiyimiz sovet dönəmində peşə təhsilinə daha çox diqqət yetirilib və bu sahə heç də nə ali, nə də orta-ixtisas təhsilindən geri qalmayıb, əksinə, daha nüfuzlu və gəlirli sahələrdən biri olub. Bu dönəmdə təhsil sistemi üç dövlət qurumu - Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, nazirlik statusunda olan Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən idarə olunurdu və təhsilin bu ayrı-ayrı konkret sahələri bu üç sahənin mütəxəssisləri tərəfindən daha mobil və çevik idarə olunurdu, nəinki sonrakı dövrlərdə, digər tərəfdən idarəetmənin rəhbərlik və nəzarət funksiyalarının operativliyi daha yüksək səviyyədə təmin olunurdu.

90-cı illərdə, müstəqillik əldə edildikdən sonra keçid dövrü ilə bağlı müəyyən boşluqlar əmələ gəldi, bununla peşə təhsili sisteminə bir növ diqqət azaldı. Bəzi texniki peşə təhsili məktəblərinin maddi-texniki bazası, binaları hərraca qoyuldu, bəziləri əsas oldu-olmadı, peşə liseylərinə çevrildi və s. Üç qurum birləşdirilib, Təhsil Nazirliyi yaradıldı, peşə təhsili nazirliyin nəzdində bir şöbə kimi fəaliyyət göstərdi. Peşə yönümünə diqqət zəiflədikdən sonra bu sahəyə maraq da azaldı.

Amma sonra məlum oldu ki, peşə sisteminin inkişafı vacibdir Azərbaycanda Avropa Oyunları keçiriləndə nazir səviyyəsində etiraf olundu ki, gələn qonaqlara xidmət göstərmək üçün peşə ixtisasına yiyələnən işçilər tapa bilmirik. Prezident gənclərlə görüşündə də peşə təhsili sisteminə xüsusi diqqətin artırılması məsələsi ilə bağlı geniş çıxış elədi. Son zamanlar peşə təhsilini inkişaf etdirmək sahəsində Cənubi Koreya ilə Təhsil Nazirliyi arasında xüsusi müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol  imzalanıb.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bu sahədə müəyyən dirçəlmə hiss olunur”.

Ekspertin sözlərinə görə, audit zamanı bir sıra peşə təhsili müəssisələrinin zəruri avadanlıqlarla təchiz edilmədiyi, emalatxanalar yaradılmadığı halda, bəzi ixtisaslar üzrə tədrisin təşkil edilməsi, müəllimlərin hüquqi aktların tələblərinə tam əməl edilmədən tədrisə cəlb olunması halı aşkar olunub. Həmçinin, əvəzetmə qaydasında tədris olunan dərslərin qeydiyyatının aparılmaması, faktiki olaraq digər şəxslər tərəfindən tədris olunması, səriştəli kadrların yetişdirilməsi və əmək bazarına inteqrasiyası ilə bağlı hədəflərin tam və vaxtında reallaşdırılmaması, fəaliyyətin düzgün həyata keçirilməməsi də müəyyən olunub. Bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, birgə fəaliyyət müqavilələrinin əlverişli olmayan şərtlərlə bağlanılması, hüquqi aktların tələblərini pozmaqla icarəyə verilməsi kimi qanunvericiliyin tələblərinə zidd faktların aşkarlanması və  müvafiq tədbirlərin görülməsi peşə təhsilinin vəziyyətini  daha da sahmana salmaq işinə təsirsiz ötüşməyəcək: “Ümid edək ki, auditin əhatə etdiyi tədris illəri üzrə bəzi hallarda dərs saatlarının normalarına əməl edilməməsi, artıq dərs saatlarının nəzərdə tutulması, eləcə də siniflərin düzgün kompleksləşdirilməməsi, artıq və əlavə vəsait ödənişi problem həll olunacaq. Eyni zamanda, ödəniş müəssisələri tərəfindən təqdim edilmiş məlumat bazaları üzrə hesablanmış əməkhaqqı və ödənilmiş məbləğlərin  bu məlumatlar uyğunsuzluğu,  artıq vəsait sərfiyyatı, eləcə də vəsaitlərin idarə edilməsi ilə bağlı zəruri nəzarət sisteminin təmin olunmaması vəsaitin təyinatının dəyişdirilməsi ilə yanaşı, bir sıra hallarda büdcədənkənar vəsait hesabına ödənilməli olan xərclərin büdcə vəsaiti hesabına maliyyələşdirilməklə xərclərin maliyyələşmə mənbələrinin dəyişdirilməsi problemi də həll olunacaq. Artıq ştatlar saxlanılmaqla dövlət vəsaitinə əlavə tələbat yaradılması kimi  ciddi nöqsanlara yol verənlər üzə çıxarılacaq və onların əməllərinə hüquqi qiymət veriləcək”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ