Bazar ertəsi günü, 09 noyabr 2026
     

Keçmişdən gələcəyə… Gələcək nəsillərə nələri ərməğan edək?

Image


Ailə cəmiyyətin mikro-modelidir, ailə kiçik dövlətdir. Gənc nəslə millət, torpaq sevgisi, vətənpərvərlik kimi müqəddəs hisslər, mental dəyərlər, adət-ənənələr məhz bu mikro-cəmiyyətdə aşılanır. Ailə mühiti insanı həm də bir vətəndaş kimi formalaşdıran institutdur. Bu institut sağlam əsaslarla qurulanda, öz soyuna, dilinə bağlı olanda onun məzunları da dəyərli və keyfiyyətli olur.

Keçmişimiz qürurumuz, fəxarətimizdir, lakin…

Etiraf edək ki, Azərbaycanda ailə dəyərləri, adət-ənənələr keçmiş dövrlərdə indiki dövrlə müqayisədə daha mühafizəkar, əvəzedilməz və qiyməti bilinməz bir xəzinə kimi qorunub. Ələlxüsus da böyüklərə hörmət, kiçiklərə sevgi, ağsaqqal və ağbirçək sözünə qulaq asmaq, onların tövsiyyələrinə və məsləhətlərinə əməl etmək, ailə dəyərlərini qoruyub saxlamaq və təbliğ etmək indiki dövrlə müqayisədə ötən əsrlərdə daha güclü idi. Hazırda respublikamızda nəniki azyaşlılarımızın, hətta gənclərimizin böyük əksəriyyəti qürurumuz, fəxarətimiz olan keçmişimizdən bizə irs, miras qalmış adət-ənənələrin, ailə dəyərlərinin fərqinə varmadan qeyri-sağlam həyat tərzi yaşamağa, müstəqil və sərbəst olmağa, özlərini hamıdan ağıllı, dərrakəli və intellektual insan hesab etməyə meyllidir. Bunlar da ailə institutunun təməl divarlarının çat verməsinə, onun möhkəm dayaqlarını sarsıtmağa yetər. Ona görə də keçmişimizin yadigarı olan dəyərlərimizi qorumalı, təbliğ etməli və gələcək nəsillərə ərməğan etməliyik ki, dövlətimizin, millətimizin gələcəyi etibarlı əllərdə olsun.

Unutdurulan əxlaqi dəyərlərimiz və mentaliletimiz, məhv edilən mənəvi-psixoloji təhlükəsizliyimiz...

Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Bu, bir həqiqətdir ki, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də dövlətimizdən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyyət təşkil etməməlidir. Ələlxüsus da, mentalitetimizə yad, zərərli təmayüllərin cəmiyyətimizə idxalına yol verməməliyik. Amma…

Azərbaycan müstəqil qazandıqdan sonra müstəqilliyin ilkin dövrlərində alverçilik psixologiyasının insanların şüurlarına məcburən yeridilməsi, həmçinin hər şeyin pulla həllinə inamın aşılanması ilə mənəvi-psixoloji təhlükəsizliyimiz ciddi təhdidlərlə üzləşməyə başladı. Sonrakı dövrlərdə yüzillərin sınağından keçmiş müqəddəs dəyərlərimizə müasirlik adı altında saxta çalarlar əlavə edildi. Açıq-saçıq geyim tərzinə üstünlük verildi və bunun təbliğatı bilərəkdən, yaxud, bilməyərəkdən kütləviləşdi. Ən dəhşətlisi də söyüş söymək, tərbiyəsiz ifadələr işlətmək, kimlərisə alçaltmaq və təhqir etmək təkcə böyüklər üçün deyil, azyaşlılar üçün də adiləşdi. Əksər ailələrdə zorakılıq halları, cəmiyyətdə əxlaqsızlıq və fahişəlik çoxaldı. Disko-barları əyləncə yeri hesab edən və axşamdan səhərə qədər işləyən belə obyektlərdə gecələyən azyaşlıların, xüsusilə də 14-15 yaşlı qızların sayı durmadan artdı. Sosial şəbələkələrdə və hətta telekanallarda milli mentalitetimizin, əxlaqi dəyərlərimizin zorən unutduruluması da ailə institutlarının sağlam təməllərini məhv etməyə başladı. Qanunlarımızın sərtliyi belə sadaladığımız mənfi psixoloji amillərin qarşısını almaqda aciz qaldı. Ona görə də avropalılaşmaq istəyi ilə yaşayan azyaşlıların və yeniyetmələrin öz xoşbəxt gələcəklərini məhvə sürükləməməsi üçün ciddi həyəcan siqnalı verilməli və əxlaqi dəyərlərimizin, milli mentalitetimizin təlbiğatı üçün yeni mexanizmlər işlənib hazırlanmalıdır.

Pul - şeytanmı, səcdə edilən ilahi varlıqmı?

Əxlaqi dəyərlərimizin məhvini sürətləndirən əsas amili bəzi ailələrdə sosial-iqtisadi problemlərin kəskin artımı ilə əlaqələndirənlər var. Ancaq bəzi müşahidələrə görə, imkanlı qadınlar və qızlar da öz bədənlərini satmaqla daha çox pul qazanmağa çalışırlar. Qeyri-rəsmi məlumatlara istinadən, öz bakirəliklərini baha qiymətə satan azyaşlılara da rast gəlinir. 2022-ci il ərzində ölkəmizdə Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən qeydə alınmış 15 min 983 boşanma hallarının müəyyən qisminin də maddi imkansızlıq və dolanışıq səviyyəsinin dözülməz və acınacaqlı olması ilə əlaqədar olduğu bildirilir. Bəzi ailələrin isə xəyanət üzündən dağıldığı söylənilir. Xəyanətin isə daha çox bədən satmaqla pul qazanmaq olduğunu iddia edənlər var. Bütün bunlar da ailə institutlarının sağlam təməllər üzərində siyasət qurmasına böyük əngəl yaradır. Bu səbəbdən də çoxuşaqlı ailələrə, yeni doğulmuş uşaqlara yardımların və kompensasiyaların verilməsi, aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi üçün yeni dövlət proqramlarının hazırlanması, işsizlərin işlə təmin edilməsi və digər profilaktiki tədbirlərin reallaşdırılması mütləq vacibdir. Əks halda ailə və əxlaqi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ciddi problemə çevriləcək.

Nəzarətsiz ailə həyatı... Kriminal aləmin bir addımlığında…

İstər Bakıda, istərsə də bölgələrdə siqaret çəkən, spirtli içki içən azyaşlılara az qala hər gün rast gəlirik. Hətta narkotik maddələr qəbul edən məktəblilərimizlə bərabər gənclərimiz də az deyil. Şübhəsiz ki, bu azyaşlılar arasında öz ehtiyaclarını ödəmək üçün valideynlərinin yüksək maddi imkanlarından bəhrələnənlər də var, oğurluq və soyğunçuluq yolu ilə pul qazanmağa cəhd edənlər də. Təbii ki, nəzarətsiz buraxılan və tüfeyli həyat tərzi yaşayan azyaşlılarımız gələcəkdə daha böyük cinayət əməlləri törədə və ən qatı cinayətkar ola bilərlər. Bu amil də ailə institutlarının dayaqlarını tamamilə dağıda bilər. Bu səbəbdən də təkcə valideynlər tərəfindən deyil, ictimaiyyət tərəfindən də azyaşlılara nəzarət gücləndirilməli, onların asudə vaxtlarının səmərəli keçirilməsi, təlim-tərbiyəsi və təhsili üçün adekvat addımlar atılmalıdır.

Təbriz VƏFALI
Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ