Bazar günü günü, 13 sentyabr 2026
     

Kür yenə quruyur, bizi nə gözləyir?..

Image


Bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib. Məlumata görə, Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb. Bildirilir ki, Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb.

Kürdə suyun səviyyəsinin aşağı düşməsi hansı problemlərə səbəb ola bilər və bu problem necə həll olunmalıdır?

  • Rafiq Verdiyev: “Gələcəkdə su ehtiyatlarının tükənməsi istisna edilmir, çünki…”

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirdi  ki, gələcəkdə su ehtiyatlarının tükənməsi istisna edilmir. Çünki Azərbaycanın ümumi su resurları 15-20 faiz azalıb. Kür çayı ilə birlikdə su ehtiyatı 30 milyard kubmetrdən 25 milyarda düşüb. Bunun da 8 milyard kubmetri daxili çaylar hesabına təmin olunur: “Bu səbəbdən də suvarmada müasir texlonogiyanın genişləndirilməsinə ehtiyac var. Xəzər dənizinin səviyyəsinin enməsi də ekoloji problemləri artıracaq. Hazırda dənizdə suyun səviyyəsi 2 metr aşağı düşüb. Hətta bəzi xarici mütəxəssislər iqlim normasından asılı olaraq Xəzərin suyunun 10-18 metr aşağı düşəcəyini proqnozlaşdırırlar”.

  • Ənvər Əliyev: “Azərbaycandakı tranzit çayların böyük əksəriyyətini sularının enerjisini almaq üçün yox, məişət təsərrüfatı üçün istifadə etmək lazımdır”

Ekoloq Ənvər Əliyev bizimlə söhbətində bildirdi ki, su təminatında ən ciddi problem israfçılıqdır: “İstənilən halda suya qənaət vacibdir. Su istifadəsində çoxlu problemlər var. 300 kilometrlikdən su gətiririk, onu götürüb içməli su adı ilə maşın yuyuruq, ağac sulayırıq, bir sözlə pərakəndə istifadə edirik. Heç bir mədəni səviyyəsi olan ölkədə belə bir şey yoxdur. Bizim anbarlarımızın məqsədi odur ki, maksimum dərəcədə dolduraq. Bu isə 32-34 milyard kubmetr su deməkdir. O suların enerjisi alınır, lazımı səviyyədə əhaliyə verilir və ya satılır. Bu da bir problemdir. Azərbaycandakı tranzit çayların böyük əksəriyyətini sularının enerjisini almaq üçün yox, məişət təsərrüfatı üçün istifadə etmək lazımdır. Enerjini günəş enerjisindən almaq lazımdır. Hər kvadratsantimetrə təxminən 130-135 kilokalori enerji düşür. Bunun 90 kilokalorisi isti dövrə düşür. Günəşin parıltısı 2200-2400-ə qədərdir. Bunlar hamısı xəbər verir ki, biz Günəş enerjisindən normal istifadə etsək, sudan aldığımız enerjini bununla kompensasiya edə bilərik”.

Ə.Əliyev onu da əlavə etdi ki, hazırda çayların ən az sulu vaxtıdır: “Çaylar daha çox yazın sonu və yayın əvvəlində sulanmağa başlayır. Əhalinin artım sürəti də bu məsələdə mənfi rol oynayır. Gələn tranzit çayların böyük əksəriyyət suları kənar respublikalarda istifadə olunur. Çünki bütün çaylarımız tranzitdir. Samur çayı vaxtilə 75 faizi bizim xeyrimizə olaraq su verirdi. İndi onu yarıya bölüblər”.

  • Elçin Bayramlı: “Ölkənin su ehtiyatları minimuma düşüb, Kür və digər kiçik çaylar quruyur”

Sosioloq Elçin Bayramlı bildirdi ki, ölkənin su ehtiyatları minimuma düşüb. Kür və digər kiçik çaylar quruyur. Bundan sonra yalnız baş verə biləcəklərdən danışmaq olar. Dünyada qlobal istiləşmə gedir. Su mənbələri quruyur. Bizdən fərqli olaraq, ölkələr bununla bağlı ciddi tədbirlər gördü. Azərbaycan da su ehtiyatlarının az olduğu ölkələrdən biridir: “Məlumdur ki, ölkənin ümumi su ehtiyatının 70 faizi xarici mənbələr hesabına formalaşır. Yəni qlobal problem başlayanda həmin 70 faiz su da bizə çatmayacaq. Transsərhəd çaylarından gələn suyu həmin ölkələr istifadə edəcək.

Kürdə suyun səviyyəsinin aşağı düşməsinin bir çox səbəbləri var. Onlardan biri Kür çayının mənbəyi olan Türkiyədə bir neçə su anbarının tikilməsidir. Mənbə sularının böyük hissəsi orada toplanılır və çaya az gəlir. İkincisi isə, Kürə axan kiçik çaylar ekoloji səbəbdən quruyub. Məsələn, meşələr qırılıb, qum, çınqıl daşları daşınılıb. Həmin çaylar lilli suyu Kürə gətirir və çayın aşağı axarlarında onun dibi yuxarı qalxır. Məhz ona görə də keçən il əksinə olaraq, dəniz suyu Kürə axmağa başladı. Üstəlik, Kür çayına təzyiq artıb. Ondan suvarmada nəzarətsiz və məhdudiyyətsiz istifadə edilir. Bir çox böyük plantasiyalar suvarma üçün Kür çayının suyunu normadan artıq götürürlər".

Həmsöhbətimiz onu da əlavə etdi ki, azad edilən torpaqlarımız - Qarabağ su ehtiyatı ilə zəngindir. Azərbaycanın 30 faiz su ehtiyatı həmin bölgədə yerləşir. Həmin su ehtiyatlarından səmərəli istifadə etsək, ətraf regionları da vəziyyətdən çıxara bilərik. Amma sistemli, elmi şəkildə əsaslandırılmış işlər görülməlidir: “Suyun düzgün paylaşdırılması, bölüşdürülməsi, su mənbələrinə normal təzyiq verilməsi kimi məsələlər nəzərə alınmalıdır. Yəni bir tərəfdə daha çox su istismar edib, digər tərəfdə qıtlıq yaratmamaq üçün düzgün kanalların çəkilməsi, alternativ mənbələrdən istifadə etmək lazımdır. Bir neçə il əvvəl Cənab Prezident İlham Əliyev də bildirib ki, 2030-cu ilə qədər Azərbaycanı səhralaşma, quraqlıq gözləyir. Təcili tədbirlər görülməlidir. Amma müvafiq qurumların məsələ ilə bağlı ciddi bir fəaliyyətini görmədik”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı hər şeyi AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ