Bakıdakı diplomatik korpus nümayəndələri rəsmi müşayiət altında Qarabağa növbəti səfər etdilər. "Matı-Patı "görüntüləri altında təqdim olunan bəzi nüansları nəzərə almasaq, bu tip səfərlər Azərbaycanın dövlət olaraq strateji hədəflərinə yönəlik məzmuna malikdir...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Əvvəla, hər dəfə tərkibdə dəyişikliklər olur. Bu dəfə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi tədbirə ilk dəfə qatılmışdı. Baxmayaraq ki, Ermənistan mediası bu xanımın Qarabağa gəlişini "Avropa komissarı işğal edilmiş Arsaxa getdi" başlığı altında təqdim etdi. O Avropa İttifaqı ki, ilyarım əvvələ qədər müharibənin nəticələrini leqal qəbul etmirdi, hələ də "Qarabağ erməniləri" kimi bir mifin hüquqlarından (?) və təhlükəsizliyindən (?) danışırdı. İndi sülh prosesini dəstəkləyir. Haralardan haralara gəldik?!
2. "Onlara dövlətimizin bərpa - tikinti gücünü göstəririk" tezisi doğru olsa da, daha zamanı keçib. Çünki dövlətimizin gücünü 6 ildir görə-görə gəlirlər. İndi zamanı olan tezis budur ki, Qarabağa gedən diplomatlar o yerlərdə bizim dövlətimizlə bərabər öz dövlətlərinin sərmayə yatırmaq imkanlarını araşdırır, planlar cızırlar. Çünki Azərbaycanın öz iqtisadi və maliyyə imkanları ilə Qarabağı və Zəngəzuru bəlli bir zamanda tam bərpa edəcəyini yəqin etməyə başlayıblar. Şübhə yoxdur ki, hər belə səfərlərdən sonra Qarabağa sərmayə yatıran ölkələrin sayı artacaq…
Bunlara önəm verin... Böyük diplomatik-siyasi hadisəni hörmətdən salmaq istəyən "Matı- Patıya" fikir verməyin…
Tahir TAĞIYEV