çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Dünya su böhranında - Azərbaycan da narahatdır...

Image


İspaniyanın şimalında yerləşən Kataloniyada iki ildən artıqdır davam edən quraqlıq səbəbindən təqribən 6 milyon nəfər üçün sudan istifadəyə yeni məhdudiyyətlər tətbiq olunacaq. Bu tədbir Barselona və Jirona daxil olmaqla 224 bələdiyyəni əhatə edir.

İspaniya regionunun böyük hissəsini təchiz edən Ter-Lobreqat su sistemi yalnız 27 faiz yüklənib, praktiki olaraq 25 aydır yağıntı yoxdur. Özəl bağ sahələri və ictimai yerlər bundan sonra sulanmayacaq, kənd təsərrüfatı müəssisələri isə sudan istifadəni 40 faiz azaltmalıdırlar.

Lakin quraqlıqla təkcə İspaniya qarşılaşmayıb. İtaliya, Fransa və Qərbi Avropanın digər ölkələri artıq ikinci ildir ki, yağış və qar qıtlığından əziyyət çəkirlər. Fransanın ekologiya üzrə dövlət katibi Beranjer Kuyyar xəbərdarlıq edir ki, tədbirlər görülməsə, su böhranı yaxınlaşa bilər. Fransa, Almaniya və İtaliya təcili şəkildə “su planı” işləyib hazırlayır. Başlıca məqsəd su ehtiyatlarından bərabər istifadədir. Britaniya sakinlərindən isə artıq yuyunma vaxtını azaltmaq xahiş olunub. Hökumət proqramı çərçivəsində krallığın hər bir sakini 2050-ci ilə qədər gündəlik su istifadəsini 25%, yəni gündə 145 litrdən 110 litrə qədər azaltmalıdır. Mütəxəssislərin fikrincə, 25 ildən sonra Britaniyanın öz əhalisini təmin etmək üçün gündə əlavə 4 milyard litr suya ehtiyacı olacaq. Bu ehtiyacı nəzərə alaraq, ölkədə 1992-ci ildən bəri ilk dəfə su anbarı tikmək qərara alınıb. Tikintinin 2029-cu ilə qədər tamamlanacağı gözlənilir. Son üç ildə İtaliya quraqlıqdan ən çox zərər çəkən Avropa ölkələrindən birinə çevrilib. Ölkənin ən böyük çayı Po 40%-dən az su ilə doludur. Bu fonda məşhur Venesiyada baş verənləri ancaq fəlakət adlandırmaq olar, çünki şəhərdə onun məşhur kanalları quruyur. Venesiya bütün dünyadan gələn turistlər arasında məhz kanallarına görə çox məşhurdur. Bununla belə, internetdə və mediada dərc olunan təzə fotolarda palçıqlı gölməçələrə çevrilmiş dayaz kanallar  görünür. Turizmlə yanaşı, şəhər infrastrukturu da əziyyət çəkir,  xüsusən də əsasən su nəqliyyatı, o cümlədən təcili yardım maşınları ciddi problemlə üzıəşib. Adətən payız-qış dövründə Venesiyada yağan yağışlar nəticəsində hətta bəzən suyun həddindən artıq olması müşahidə edilirdi ki, bu səbəbdən də şəhər mərkəzi qismən su altında qalırdı. Ancaq bu gün şəhər rəhbərliyi təbiətin şıltaqlığı qarşısında acizdir və onlar yalnız ən azı 50 yağışlı gün hədiyyəsi üçün dua edə bilirlər. Amma bu da Venesiyanın dağıdıcı su böhranından çıxmasına kömək etmir. Londonda yerləşən İctimai Siyasət Araşdırmaları İnstitutu və “Chatham House” analitik mərkəzi qlobal istiləşmənin nəticələrinin daha dağıdıcı xarakter aldığını bildirir. Britaniyalı ekspertlər hesab edirlər ki, qlobal istiləşmənin vurduğu zərər getdikcə daha aydın görünür və ölkələrə milyardlarla dollar ziyan vurur. Bu təbii fəlakətlər su, qida və enerji böhranları, həmçinin miqrasiya və qarşıdurmaların artması da daxil olmaqla, ardıcıl təsirlərə səbəb ola bilər. Britaniyalı tədqiqatçılar bildirir: “İqlim böhranının nəticələri resursları və insanların diqqətini onun səbəblərini həll etməkdən yayındırır, bu da temperaturun daha da artmasına və ekoloji itkilərə səbəb olur”. Afrika iqtisadiyyatı qlobal istiləşmənin pisləşən təsirləri səbəbindən artıq hər il ÜDM-in 15%-ni itirir. Hindistan, Çin, Mərkəzi Asiya ölkələri də getdikcə qlobal istiləşmənin təsirinə daha çox məruz qalaraq su problemi ilə üzləşirlər. Hazırda dünyanın ən çox susuzluqdan əziyyət çəkən ölkələri sırasında birinci yeri Afrika tutur. Əslində, bu qitə beynəlxalq su hövzələrinin üçdə birinə malikdir, lakin bu qədər su mənbələrinin 6 faizindən istifadə edə bilir. 

Temperaturun artması qlobal və regional miqyasda yağıntıların göstəricilərini dəyişir, kənd təsərrüfatı mövsümlərini dəyişir və insanların sağlamlığına və ərzaq təhlükəsizliyi də daxil olmaqla ümumi rifaha təsir göstərir. Araşdırmalara görə, son 20 ildə qlobal su ehtiyatları, yəni yerüstü və yeraltı bütün suların, o cümlədən torpağın rütubəti, qar və buzun həcmi ildə bir santimetr azalır. Ən böyük itkilər Antarktida və Qrenlandiyada qeydə alınır, lakin aşağı enliklərdə əhalinin sıx məskunlaşdığı bir çox bölgələrdə də əhəmiyyətli su itkiləri və su təchizatı pisləşir. Bunlar fonunda getdikcə daha çox su ehtiyatları insanlar tərəfindən çirkləndirilir, həddən artıq istismar olunur və qurudulur, bəzən geri dönməz nəticələr verir. Burada xatırladaq ki, Azərbaycan dünyada ən az su ehtiyatlarına sahib ölkələr sırasındadır. Həmçinin Cənubi Qafqazda da ən az su tədarükü Azərbaycandadır. Ermənistan və Gürcüstanda əraziyə, əhaliyə düşən su ehtiyatının həcmi ölkəmizdən dəfələrlə çoxdur. Cənubi Qafqazda ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Ümumiyyətlə isə, ölkənin ehtiyat su saxlancının 70 faizi xarici mənbələrdən formalaşır. Əgər gözlənilən qlobal quraqlıq baş versə, ölkə həmin 70 faiz suyu ala bilməyəcək. Belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə, bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir. Buraya ətraf mühit siyasəti və standartlarının tətbiqi, çirklənmə səviyyəsinin dəqiq monitorinq olunması,  effektiv tətbiq sistemləri, özəl sərmayə cəlb etməklə su emalı infrastrukturunun yaradılması kimi əsələlər də daxildir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ