çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bələdiyyələrlə bağlı müşküllər hələ davam edir...

Image


Məlum olduğu kimi, Azərbaycanda bələdiyyələrin işlək bir quruma çevrilə bilməməsi tez-tez gündəmə gəlir. Müstəqil ekspertlər həmin qurumların zəif fəaliyyətini əsas problemlərdən biri sayır.

Məsələ burasındadır ki,  bir çox inkişaf etmiş ölkədə məhz bələdiyyələr insanların sosial-iqtisadi durumunun yaxşılaşmasına ciddi təsir göstərir. Azərbaycanda isə bələdiyyə institutunun yaranmasından 25 ilə yaxın zaman ötsə də, insanlar hələ də gündəlik yaşamlarında “bu qurum hansı işləri görməlidir” sualına cavab tapa bilmirlər. Milli Məclisin deputatı Tahir Rzayev isə başqa bir problemə də diqqət çəkərək bildirir ki, Azərbaycanda fəaliyyət göstərən 1600-dən çox bələdiyyənin bir uşaq bağçası belə yoxdur. Ədliyyə nazirinin müavini Vilayət Zahirov da problemlərin olduğunu vurğulayır: “Bu gün bələdiyyələr ilə bağlı müəyyən məsələlərlə qarşılaşırıq. Ən mühüm məsələ maliyyə resurslarını zəif olmasıdır”. Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı imkanlar var, lakin bələdiyyələr imkanlardan düzgün istifadə edə bilmirlər: “Maliyyə resurslarının zəif olmasının səbəblərindən biri bələdiyyə ərazilərindəki vergi obyektlərinin siyahısının olmamasıdır. Bu siyahı olarsa, həmin obyektlərdən vergilər yığılar, bələdiyyələrin maliyyə imkanları yaxşılaşar. Həmçinin rayon miqyasında torpaqlar icarəyə verilib. Bələdiyyələr əvvəlki illərdə torpaqları həmin dövrün qiymətləri ilə icarəyə verib. Həmin dövrün maliyyə vəziyyəti ilə indiki dövrün maliyyə vəziyyətini müqayisə etmək mümkün deyil. Bununla bağlı nazirliyin aidiyyəti qurumları tərəfindən regionlarda olan bələdiyyələrlə tövsiyələr göndərilib. Digər tərəfdən, son illərdə xeyli irəliləyiş var. Əvvəl bələdiyyə üzvlərindən sadəcə, biri ali təhsilli olurdu. Hətta az sayda bələdiyyə sədrlərinin orta təhsildən də aşağı təhsil səviyyəsi olurdu. Hazırda demək olar ki, çox az sayda təhsili olmayan bələdiyyə üzvü tapılar”. Məsələnin həlli üçün təkliflər də səslənir ki, bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir. Bələdiyyə seçkilərinin ümumölkə səviyyəsində yox, regional səviyyədə keçirilməsi, bələdiyyə üzvlərinin sayca azaldılması da təklif olunur. Bir çox beynəlxalq qurumun hesabatlarında bələdiyyələrin əsas üstünlüyü onların çevikliyi ilə əsaslandırılır. Paytaxtda yerləşən mərkəzi icra qurumlarından fərqli olaraq, bələdiyyələrin insanlarla daha yaxın təmas imkanları var. Onların işi sırf öz ərazilərində əhaliyə xidmət etmək olduğundan, qərar qəbulu daha çevik baş verir. Yəni işlək bələdiyyə institutu olarsa, vəsaiti hara xərcləyəcəyinə icmanın özü qərar verə bilər. Beləcə, problemlərin də çözümünü illərlə gözləmək gərəkməz.

Bələdiyyələrin keyfiyyətli fəaliyyət göstərməsi üçün onların səlahiyyətlərinin geniş olması çox önəmlidir. Amma Azərbaycandakı mövcud qanunvericilik bələdiyyələrin fəaliyyətini, əksinə, məhdudlaşdırır. “Bələdiyyələrin statusu haqqında” qanunda bələdiyyələrin üç funksiyası göstərilir. Bunlar “Yerli sosial müdafiə və sosial inkişaf”, “Yerli iqtisadi inkişaf” və “Yerli ekoloji məsələlər”dir. Bu funksional istiqamətlər üzrə bələdiyyələrin bəzi yetkiləri qanunda göstərilsə də, “Bələdiyyələrin statusu haqqında” qanunda normalar müəyyənləşdirilməyib. Daha bir problem odur ki, dövlət hakimiyyət orqanları və bələdiyyələr arasında ya vəzifə və öhdəliklərin dəqiq bölgüsü aparılmayıb, ya da bələdiyyələrin öz yetkilərini gerçəkləşdirməsi üçün real hüquqi mexanizmlər bilinmir. Bu baxımdan, ekspertlər yerli icra hakimiyyətlərinin və digər dövlət qurumlarının yerli əhəmiyyətli məsələlərdə geniş səlahiyyətlərə sahib olmasını yerli özünüidarə qurumları kimi tanınmış bələdiyyələrin regional iqtisadi inkişaf prosesinə aktiv və səmərəli qatıla bilməməsinin əsas səbəblərindən biri olaraq göstərirlər. Azərbaycanda yerli idarəetmə fəaliyyətlərinə 1999-cu ildən başlanılıb. Ölkə Yerli Özünüidarə Haqqında Avropa Xartiyasını ratifikasiya etməklə yerli idarəetmə orqanlarının səlahiyyətlərini genişləndirmək öhdəliyi götürsə də, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Azərbaycanda yerli və regional demokratiyaya dair” tövsiyəsində deyilir ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri olduqca məhduddur. Sözügedən Avropa Xartiyasının tələblərinə uyğun olaraq, ictimai işlərin əhəmiyyətli hissəsi də bu səlahiyyətlərin çərçivəsinə daxil edilməyib. Azərbaycanda bələdiyyələrin səlahiyyətləri ilə yanaşı, gəlirləri də azdır. Yerli özünüidarəetmə sahəsində uğurlar qazanan ölkələrdən fərqli olaraq, Azərbaycanda bələdiyyələrin topladığı vergilər çox azdır. Digər tərəfdən, əhali bu quruma güvənmədiyindən həmin vergiləri ödəməyə də maraqlı olmur. Büdcədən bələdiyyələrə ayrılan vəsaitin həcmi də çox cüzidir. 2023-cü ilin dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın məbləği cəmi 5 milyon 500 min manatdır. Avropa Şurası yerli özünüidarəetməyə dair sənədlərində bildirir ki, yerli özünüidarə sisteminin effektiv fəaliyyət göstərməsi üçün ölkə üzrə bələdiyyə büdcələrinin ÜDM-ə nisbəti minimum 7 faiz olmalıdır. Azərbaycanda bu rəqəm hətta 0.1 faizdən də azdır. Üstəgəl, digər sahələrdə olduğu kimi, Bakı və regionlar arasında kəskin fərqlər var. Bir çox regionda yerləşən bələdiyyələrin illik gəliri heç onların əməkdaşlarının maaş xərclərini qarşılaya bilməyəcək qədər azdır. Bu səbəbdən hökumət bələdiyyələrin maliyyə mənbələrinin artırılması ilə yanaşı, büdcədən bu istiqamətdə ayrılan vəsaitin də həcmini çoxaltmalıdır. Bələdiyyələrlə bağlı problem yaradan digər bir məqam onların say çoxluğudur. 10 milyon əhalisi olan Azərbaycanda 1 771 bələdiyyə fəaliyyət göstərir. Üstəlik, Qarabağ bölgəsində işğal ucbatından bələdiyyələr yaradılmamışdı. Müqayisə üçün, 85 milyona yaxın əhalisi olan Türkiyədə bələdiyyə sayı Azərbaycandan azdır. Bu baxımdan, bələdiyyələrin say çoxluğu da onların resurslarının məhdud olmasına gətirib çıxarır. Elə bu üzdən ekspertlər Azərbaycanda bələdiyyələrin yetkilərini artırmaqla yanaşı, onların sayca azaldılmasını da vacib sayır. Əks halda problemlər davam edəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ