çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Masazır bələdiyyəsinin mətbuatla davranışı birmənalı pisləndi...

Image


Əhalinin ən çox şikayət etdiyi bələdiyyələrdən biri Abşeron rayonunun Masazır bələdiyyəsidir. Yaradıcı qrupumuzun araşdırmaları zamanı məlum oldu ki, Masazır kənd sakinləri ərazidə bələdiyyənin heç bir abadlıq, yaşıllaşdırma və yol təmiri, əhalinin su ilə təminatı kimi sosial layihələr üzrə iş aparmadığından narazılıq edirlər.

Son aylarda isə ictimai narazılıq yaradan problemlərin sırasına başqa biri də əlavə olunub. Məsələ burasındadır ki, kəndin içindən keçən Bakı-Novxanı yolundan əlavə, son vaxtlar içərilərdə, fərdi yaşayış evlərinin arasında da çoxmərtəbəli yaşayış binalarının tikintisi intensiv xarakter alıb. Sakinlər bildirir ki, müvafiq araşdırmalar aparıblar və məlum olub ki, rayon İcra Hakimiyyəti və FHN-in yalnız üçmərtəbəli, 10-12 metr hündürlükdə evlərin tikintisinə rəsmi icazə verdiyi həyətyanı sahələrdə 7-8 mərtəbəli çoxmənzilli yaşayış binaları tikilməkdədir. Sakinlər bələdiyyənin bir qurum olaraq bu problemlərə heç bir diqqət ayırmadığını, qanunsuz və təhlükəli tikintilərlə bağlı öz səlahiyyətləri çərçivəsində heç nə etmədiyini deyirlər. Sakinlər bələdiyyə üzvlərinin qanunsuz tikinti aparanlarla qeyri-şəffaf işbirliyində olub-olmadığından şübhə edirlər.

"Bakı-Xəbər" redaksiyası olaraq, sözügedən problemləri əhatə edən araşdırma aparmaq niyyəti ilə fevralın 11-də şənbə günü müvafiq rəsmi məktubla bələdiyyə idarəsinə baş çəkdik.

Çox maraqlı bir mənzərə ilə üzləşdik. Əhaliyə vergi borcları ilə bağlı qəbzlər verən hüquq şöbə əməkdaşları, ümumi şöbə deyilən şöbənin xanım müdiri işdə, hətta bələdiyyənin gənc sədri Quliyev Azər İlham oğlu, eləcə də bəzi bələdiyyə üzvlərinin iş yerində olmalarına baxmayaraq, redaksiyamızın adından rəsmi sorğu məktubunu bizdən qəbul edən bir kəs tapılmadı. Ümumi şöbə müdiri xanım əməkdaş bildirdi ki, sədr desə qəbul edə bilər, sədr Azər müəllim isə çox qəribə cavab verdi: "Bu gün qeyri-iş günü olduğu üçün məktubu qəbul etməyimiz qanunsuzluq olar, gedin, həftənin birinci günü gələrsiniz".

Onu da qeyd edək ki, redaksiyamız adından Masazır bələdiyyəsinə rəsmi poçtla da məktub göndərmişik.

“Bakı-Xəbər” qəzeti olaraq əlbəəl Masazır bələdiyyəsinə məktub təqdim etmişik, amma nə bələdiyyə sədri, nə bələdiyyənin şöbə müdiri, nə də hüquqşünası redaksiyamızın rəsmi məktubunu qəbul edib, onlar bu məktubu qəbul etməkdən imtina ediblər. Bu da bələdiyyənin mətbuata bürokratik əngəl yaratmasının əyani nümunəsidir.

Keçən sayımızda Masazır bələdiyyəsinin bu davranışını geniş müzakirəyə çıxaracağımızı qeyd etmişdik.

Bu məktubun bələdiyyə sədri başda olmaqla bu qurumda çalışan şəxslər tərəfindən qəbul edilməməsi, onların mətbuatla əməkdaşlıqdan imtina etməsi, yayınması nə dərəcədə düzgündür? Onlar bununla nə demək istəyirlər?

  • Akif Nəsirli: “...Tam olaraq korrupsiyanın, rüşvətxorluğun içində boğulub batırlar”

Sabiq bələdiyyə sədri (Beyləqan)  Akif Nəsirli hesab edir ki, görünür, bələdiyyə sözügedən məktubda ona ünvanlanacaq suallar barədə məlumatlı olduğu üçün bu addımı atıb. “Bu suallara qanun çərçivəsində cavab vermək imkanları olmadığı üçün çıxış yolunu məktubdan imtina etməkdə görüblər. Amma bu da çıxış yolu deyil. Siz həmin məktubu xəbərnamə ilə poçt vasitəsilə göndərə bilərsiniz. O zaman bələdiyyə bu məktubu qəbul etmək məcburiyyətində qalacaq”.

Hazırda Azərbaycanda bələdiyyələrin fəaliyyətinin elə də razılıqla qarşılanmadığını deyən A.Nəsirli qeyd etdi ki, elə bələdiyyə var maliyyə imkanları çox aşağı səviyyədədir: “Maliyyə imkanları olan bələdiyyələr isə tam olaraq korrupsiyanın, rüşvətxorluğun içində boğulub-batırlar. Yalnız korrupsiyaya bulaşmış bələdiyyələr mətbuatla bu cür davrana bilər. Yəqin sizin məktubunuz da bələdiyyənin fəaliyyəti ilə bağlıdır. O suallara cavab versələr, gərək bütün fəaliyyətlərini açıb ortaya qoysunlar. Ona görə də bəzi bələdiyyələr belə məktubları qəbul etməməkdə, etsələr də cavab verməməkdə son zamanlar ad çıxarıblar. Maliyyə imkanları olan bələdiyyələr tam korrupsiya ilə məşğuldur. İmkanı olmayanlar isə ümumiyyətlə fəaliyyət göstərmir”.

  • Şəmsəddin Əliyev: “Bu məktubun qəbul edilməməsi tamamilə qanunaziddir”

Azərbaycan Mətbuat Şurasının sabiq icra katibi, hüquqşünas Şəmsəddin Əliyev də bizimlə söhbətində bildirdi ki, vətəndaşın, redaksiyanın bələdiyyə və digər qurumlara əlbəəl məktub təqdim etməsi tamamilə qanunidir, amma onun qəbul edilməməsi qanunaziddir.  O qeyd etdi ki, bu, vətəndaşların konstitusion hüquqlarının pozulmasıdır. Hüquqşünasın sözlərinə görə, Milli Məclis “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanun da qəbul edib. “İstər o qanunda, istərsə də konstitutsiyada vətəndaşların müraciətlərinin qəbul edilməməsi, ona cavab verilməməsi sözügedən qanuna ziddir. Bələdiyyə redaksiyanın təqdim etdiyi rəsmi məktubu qəbul etməli idi. Bu məktubun qəbul edilməməsi tamamilə qanunaziddir. Eyni zamanda da vətəndaşların müraciət etmək hüququnun pozulmasıdır”.

Ş.Əliyev deyir ki, qanunvericilikdə təqdim edilən müraciətlərə neçə gün müddətində baxılması barədə yazılıb.

Ş.Əliyev qeyd edir ki, qanunlara uyğun olaraq həm vətəndaşın əlbəəl gətirdiyi müraciət, həm də poçtla gələn müraciət, məktub qəbul edilməli, qeydiyyata alınmalı və vətəndaşa, redaksiyaya müvafiq cavab verilməlidir.

  • Əziz Qəmbərov: “...Sizin qanunla müəyyən olunmuş müraciətinizin qəbul edilməməsi...”

Digər hüquqşünas Əziz Qəmbərovun bildirdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (382 maddə ) tələblərinə əsasən müəyyən edilmiş müddət ərzində jurnalistin sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə müəyyən edilib. Ə.Qəmbərov hesab edir ki, mətbuat orqanının, jurnalistin bələdiyyəyə, digər qurumlara rəsmi müraciətinin qəbul edilməməsi də qanunaziddir, bu da o qurumlar üçün məsuliyyət yaradır. “Həm jurnalistlərin sorğularına cavab verilməməsi, həm də onların müraciətlərinin qəbul olunmaması informasiya əldə etməklə bağlı qanuna ziddir. Bütün hallarda jurnalistlərin müraciətləri qəbul edilməli, sorğuları cavablandırılmalıdır”.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunun 2-ci maddəsinə əsasən hər kəsin qanunla müəyyən edilmiş şəkildə informasiya almaq hüququ var. Bu baxımdan sizin təqdim etdiyiniz məktubu, müraciəti inzibati orqan, bələdiyyə qəbul etməlidir, sorğunuza cavab verməlidir. Qanunun tələblərindən də açıq-aydın görsənir ki, əgər inzibati orqanların əməkdaşları, yaxud digər vəzifəli şəxslər tərəfindən sizin qanunla müəyyən olunmuş müraciətinizin qəbul edilməməsi, sorğunuza cavab verilməməsi İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsi ilə məsuliyyət yaradır.  

Cinayət Məcəlləsində də jurnalistin qanunu fəaliyyətinə mane olma ilə də bağlı müdəa var.

Siz bələdiyyənin bu münasibəti ilə bağlı bələdiyyələrin işlərinə nəzarət edən qurumlara müraciət edə bilərsiniz. Bələdiyyələrin işinə Ədliyyə Nazirliyində nəzarət edilir, eyni zamanda Prezident Adminsitarsiyasında da müvafiq şöbə olmalıdır. Siz o qurumlara müvafiq şikayətinizi bildirə bilərsiniz...”

Hüquqşünas qeyd etdi ki, əgər redaksiya Masazır bələdiyyəsindən rəsmi şikayət edərsə bununla bağlı İnzibati Xətalar Məcəlləsinin sözügedən maddəsi ilə inzibati icraat başlanıla bilər.

  • Bələdiyyələrlə İş Mərkəzi: “Bizə rəsmi məktubla müraciət edin, biz bu məsələni araşdıracağıq”

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə də əlaqə saxladıq. Mərkəzdən bildirdilər ki, Masazır bələdiyyəsinin bu davranışı araşdırılacaq: “Siz bununla bağlı Bələdiyyələrlə iş mərkəzinə müraciət edin ki, bu məsələ araşdırılsın. Siz bizə yazın ki, bələdiyyə sizin təqdim etdiyiniz məktubu qəbul etməyib və bələdiyyədən şikayətiniz var. Bizə rəsmi məktubla müraciət edin, biz bu məsələni araşdıracağıq”.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ