ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında davam edən münaqişə fonunda İran və Körfəz ölkələri arasında Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə etmək üçün planlaşdırılan görüşlə maraqlanmadığını deyib.
Tramp İrlandiyaya səfəri zamanı jurnalistlərin bazar ertəsi Omanda keçiriləcək görüş barədə sualını belə cavablandırıb: "Mənim vecimə deyil. Bu, onların işidir".
Amerika prezidenti həmçinin İranla müharibənin bu il başa çatacağına dair gözləntilərini bir daha təkrarlayıb. O, münaqişənin noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilərdən sonra tezliklə başa çata biləcəyini və bunun neft və benzin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olacağına inandığını deyib: "İran müharibəni ara seçkilərdən dərhal sonra - bəlkə də ondan əvvəl - amma şübhəsiz ki, tezliklə bitirəcək. Benzin qiymətləri aşağı düşəcək".
O iddia edir ki, İran guya israrla ABŞ-la razılığa gəlməyə çalışır və Vaşinqtona müvafiq təkliflərlə daim müraciət edir.
"Sizə bir şey deyim: İran razılaşma əldə etmək üçün çox səy göstərir. Onlar daim zəng edirlər. Onlar razılığa gəlmək istəyirlər. Amma bu, düzgün razılaşma olmalıdır. Mən bizim üçün uyğun olmayan bir razılaşma bağlamayacam", - deyə ABŞ prezidenti bildirib.
Tahir TAĞIYEV