çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakını qorxulu zəlzələ gözləmir, binalar da ki...

Image


Bəlli olduğu kimi, Türkiyənin Kahramanmaraş vilayətində baş vermis, minlərlə insanın ölümünə və yaralanmasına, yüz minlərlə insanın evsiz qalmasına səbəb olmuş 7.7 ballıq zəlzələdə minlərlə yaşayış binasının dağılması fonunda Azərbaycanda binaların təbii fəlakətlərə nə dərəcədə davam gətirməsi hələ də aktuallığını qoruyur.  

Bu barədə danışmazdan öncə qeyd edək ki, Bakı seysmik, 8-9 ballıq zəlzələ zonasında yerləşən şəhərdir. Bu isə o deməkdir ki, Bakıda 8-9 bal gücündə də zəlzələ baş verə bilər. Amma mütəxəssislər bunun 50-100, hətta daha çox illərdən sonra baş verə biləcəyini ehtimal edir.

Azərbaycan Milli Elmlər Akademiyasının  Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli da qeyd edir ki, yaxın zaman üçün Bakıda heç bir dağıdıcı zəlzələ ehtimalı yoxdur. Bakıda tikilən binaların hansı normalara əsaslanmasına gəlincə, qeyd edək ki, Azərbaycanda “Seysmik rayonlarda tikinti” normaları 2010-cu ildə yaradılıb. Buna qədər tikintidə sovet dövründəki normalara istinad edilirdi. 2013-cü ildə isə “Şəhərsalma və Tikinti Məcəlləsi” parlamentdə qəbul olunub və prezident fərmanı ilə qüvvəyə minib. Hazırda ölkədə tikinti aparanlar bu məcəllə əsasında fəaliyyət göstərir.

Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq qəbul edilmiş normativ-hüquqi və normativ-texniki sənədlər əsasında layihələndirmə, tikintiyə icazə və tikintinin gedişinə nəzarət həyata keçirilir ki, bu səlahiyyət də Fövqəladə Hallar Nazirliyindədir. Azərbaycanda binaların təhlükəsizliyi və zəlzələyə davamlı olub-olmaması ilə bağlı rəy verən qurum Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir. Bakıda bina tikintisinə başlayan hər bir şirkət tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparmalıdır. Yəni o, bina tikmək istədiyi ərazinin suxurlarından nümunələr götürüb yoxlatmalıdır. Bakıda geoloji axtarış işlərini həm özəl şirkətlər, həm də dövlət qurumları aparır. Lakin yekun rəyi FHN-nin Baş Ekspertiza İdarəsi verir. Qurumun cavabından sonra isə ərazinin seysmik həssaslığına uyğun bala görə bina tikilməsinə icazə verilir. FHN-dən BBC -yə bildiriblər ki, Bakıda onların rəyi ilə tikilən bütün binalar Bakının seysmik quruluşuna uyğun təyin olunur. Yəni 8-9 ballıq zəlzələyə davamlı ərazilərdə tikilir. Qurumdan onu da deyiblər ki, nə onların qurumu, nə tikilmiş binanı istismara qəbul edən əvvəlki qurumlar binaların, xüsusilə zəlzələyə davamlılğı məsələsinə göz yumub belə bir məsuliyyətsizliyin altına girməzdilər.  FHN-in müvafiq qurumunun rəis müavini Elxan Əsədov bildirib ki, Bakıdakı tikinti materialları qurumun Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutu tərəfindən yoxlanılır: “Tikinti meydançasına daxil olan hər betonqarışdıran maşından nümunələr götürülərək təhlil edilir. Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və sairin sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir”. Bakıda son hiss olunan zəlzələ 2000-ci ildə baş verib. 6,8 bal gücündə olan həmin zəlzələnin episentri Xəzər dənizi olmuşdu. Lakin o zaman Bakıda fəlakətlə nəticələnən dağıntılar olmamışdı. Amma o da qeyd edilməlidir ki, Bakıda yeni çoxmərtəbəli yaşayış binalarının kütləvi tikilməsinə 2000-ci illərin ortalarından başlanılıb. Maraq doğuran həm də odur ki, Bakıda tikilən binaların hündürlüyü onun təhlükəsizliyinə nə ərəcədə təsir edir. Bu, binanın tikintisinin neçə ballıq zəlzələyə davamlılığına bağlıdır. Yəni mütəxəssislər konkret ərazinin 9 ballıq zəlzələyə davamlılığını təsdiq edirsə, o zaman orada 10-15, hətta 100 mərtəbəli bina da tikmək olar. Elə Qurban Yetirmişli də vurğulayır ki, əsas məsələ binanın hündür və ya alçaq olması yox, ərazinin neçə ballıq zəlzələyə davamlı olduğunu düzgün müəyyən edib ona uyğun bina tikməkdir

Digər maraqlı məqam Bakıda qurudulmuş göllərin və ya metro stansiyasının üzərində tikilən binaların zəlzələ zamanı təhlükə yaradıb-yaratmaması ilə bağlıdır. Binanın qurudulmuş göllərin və ya metro stansiyasının üzərində tikilməsi onun zəlzələ zamanı çökməsi üçün əsas deyil. Əsas məsələ binanın bütövlükdə necə tikilməsidir. Əgər göl qurudulubsa, ərazinin zəlzələyə davamlılığına rəy verilibsə, tikinti işləri normativ qaydalara uyğun aparılıbsa, bir sözlə, tikintidə heç bir qayda pozuntusuna yol verilməyibsə, sözügedən amil zəlzələ üçün təhlükə yarada bilməz. Eyni qayda metronun üzərində tikilən binalara da aiddir. Bakıda son 10-15 il əvvələ qədər tikilmiş yaşayış və ya qeyri-yaşayış binalarının zəlzələyə davamlı olub-olmamasını öyənmək həmin binaları balansında saxlayan qurumun məsuliyyətidir. Yəni köhnə binaların zəlzələyə davamlılığını öyrənmək üçün hər bir qurum öz balansındakı bina ilə bağlı Elmi-Tədqiqat İnstitutlarına müraciət edərək, onun davamlılğını ölçdürə bilər. Amma indiyə kimi ictimaiyyətə açıqlanmayıb ki, hansı qurumlar balansında olan binalarla bağlı zəlzələyə davamlılıq eskertizası aparıb. Bakıda ötən əsrin əvvəllərində və ya sovet dövründə tikilmiş yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin və rayonlar üzrə icra hakimiyyətlərinin balansındadır. Amma sovet dövründə kooperativ tikilmiş binalar da var ki, bu binaların sahibi mülkiyyətçilərdir. Rəsmi məlumata görə, Bakıda tikintisi başa çatan və yaşayış olmasına baxmayaraq istismara qəbul olunmamış 67 çoxmənzilli bina qalıb. Bunun səbəbi isə həmin binaları tikən şəxslərin bəzilərinin ya vəfat etməsi, ya da həbs edilmələridir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, belə binalardakı  yanğın zamanı tüstülənmənin qarşısı alınan pilləkən qəfəslərindən istifadə olunmaması və ya iki liftdən yalnız birinin qoyulması və digər bu kimi qüsurlar aradan qaldırılmasa, onların istismara qəbulu haqqında qərar verilə bilməz: “Bu binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ