çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanda biomüxtəlifliyin qorunması üzrə ilk geopark...

Image


Yaşadığımız çağda bütün bəşəriyyətin qarşılaşdığı ən ciddi problemlərdən biri ekoloji tarazlığın pozulmasıdır ki, bu da birabaşa biologi müxtəlifliyə mənfi təsir göstərir. Cəmiyyətin, insanların, bir sözlə, ətraf mühitin, flora və faunanın inkişafı biomüxtəlifliyin tarazlığından asılıdır.

Bu gün dünyada biomüxtəlifliyin qorunması üçün tədbirlər görülür, böyük layihələr həyata keçirilir. Azərbaycanda da bu istiqamətdə xeyli işlər görülüb.

  • Azərbaycanın bioloji müxtəlifliyi barədə nə bilirik?

Məlumatlara görə, Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Mütəxəssislər qeyd edirlər ki, burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir. Respublikamız üçüncü dövrə aid olan relikt (qədim bitkilər) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonasında daha çox rast gəlinir. Belə bitkilərə dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və sair misal göstərmək olar.

Ölkəmizdə 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6 faizə qədərini təşkil edir.

Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onlardan 618 növü onurğalı heyvanlar, o cümlədən 97 növü məməlilərdir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılıb.

Xəzərin ən qiymətli varlığı – planetimizin ən qədim canlılarından olan və təkamülü 300 milyon il təşkil edən nərə balıqlarıdır. Onlar 65 milyon il əvvəl yaşayan dinozavrlardan da qədimdirlər. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80 faizi cəmləşib. Dənizin hövzəsində, çaylar daxil olmaqla, cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir və yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzər dənizində relikt və endemik olan 6 növ nərə cinsli balıq yaşayır: bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə.

Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb. Belə ki, nərəkimilərin ehtiyatı keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələrdə nərə balıqları kommersiya məqsədilə ovlanmır. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir. Son 10-15 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində nərə balıq ehtiyatlarının artırılması ilə məşğul olan 3 nərə balıqartırma müəssisəsində süni üsulla alınmış və yetkin yaşadək böyüdülmüş ana-törədici balıq fondları yaradılıb. Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlər çərçivəsində bu nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərəcinsli balıq körpələri buraxılır.

  • Azərbaycanda ilk dəfə geopark yaradılır…

Rəsmi məlumata görə, Azərbaycanda ilk geoparkın yaradılması məqsədilə bugünlərdə  Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin, UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinin koordinatorlarının, AMEA-nın alimlərinin, beynəlxalq ekspertlərin, eləcə də, bir sıra səfirliklərin əməkdaşlarından ibarət İşçi Qrupun görüşü keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi, geoparkın turizm potensialının inkişafına yönəlmiş məsələlər, bu sahədə təklif olunan ekosistem xidmətləri ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlər tərəfindən dünya təcrübəsi barədə məlumatlar verilib.

“Geoparkın “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun bazasında yaradılması nəzərdə tutulur və yaxın günlərdə mütəxəssislərin iştirakı ilə geoparkın təşkili istiqamətində ilkin hazırlıq işlərinə başlanılacaq”-deyə o vurğulayıb.

  • Geopark xüsusi mühafizə olunan təbiət ərazisi kimi fəaliyyətə başlayacaq…

Hələ ötən il  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilirdi ki, yaxın gələcəkdə Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur. Bildiyimiz kimi, artıq bu sahədə işlər görülməkdədir. Qeyd edilirdi ki, ölkədə palçıq vulkanlarına geopark statusunun verilməsi, həmin vulkanların tərkibində geoparkların yaradılması ilə bağlı işlərə başlanılıb, əsasnamə təsdiqlənib.  Nazirlikdən deyilirdi ki, geopark həm də UNESCO-nun mühafizə olunan kateqoriyalarından biridir. Təbii irs siyahısına salınması istiqamətində də işlər görüləcək. Hazırda geoparkların irs siyahısına daxil edilməsi üçün nominasiya sənədi hazırlanma mərhələsindədir. Növbəti illərdə ölkədə geopark xüsusi mühafizə olunan təbiət ərazisi kimi fəaliyyətə başlayacaq.

Vurğulanırdı ki, palçıq vulkanlarına geopark statusu verildikdən sonra orada geoturizmin fəaliyyətinə icazə veriləcək, bununla bağlı isə qanunvericiliyə müvafiq dəyişiklik edilib.

Nazirlikdən mətbuata bildirilirdi ki, 2020-ci ildə yerli və xarici mütəxəssislə birgə vulkan olan ərazilərə baxış keçirilib və təkliflər hazırlanıb. Təkliflər tam hazır olduqdan sonra artıq geoparkların yaradılması istiqamətində işlərə başlanılacaq. Təkliflərdə paytaxta yaxın, geoloji quruluşuna görə unikal palçıq vulkanlarına daha çox üstünlük verilib. Bu məlumat da nazirliyin müvafiq qurumu tərəfindən verilib.

  • Hazırda dünyanın 35 ölkəsində 300-dən çox geopark fəaliyyət göstərir…

Qeyd edilir ki, hüdudlarında mühafizəsi tələb olunan təbiət irsinə aid nadir geoloji və geomorfoloji obyektlər (geosaytlar) saxlayan, Yer təkinin təkamülü, yerli landşaftların formalaşması, süxur və faydalı qazıntı yataqlarının əmələgəlmə tarixini açıqlayan, həmçinin tarixi abidələri və biomüxtəlifliyi ilə fərqlənən xüsusi mühafizə statusuna malik region geopark adlanır.  Bu cür ərazidə yerli əhalinin yaşayış tərzinin toxunulmazlığı təmin edilir, təsərrüfat və rekreasiya fəaliyyətinə imkan verilir. Geoparkların yaradılması istiqamətində beynəlxalq səviyyədə 1991-ci ildən başlayaraq  ardıcıl addımlar atılıb. 1996-cı ildə Pekində  keçirilmiş 30-cu Beynəlxalq Geoloji Konqresin geoloji irsin qorunub saxlanılmasına həsr edilmiş simpoziumda  ilk dəfə geoparkların yaradılması təşəbbüsü irəli sürülüb. 2000-ci ilin iyun ayında 4 geoparkın daxil olduğu Avropa Geoparklar Şəbəkəsi (AGŞ) təsis edilib. 2002-ci ildən etibarən UNESCKO-nun Milli Geoparklar üzrə Ümumdünya Şəbəkəsinin yaradılmasına dəstək Proqramı (Global Network of National Geoparks) fəaliyyətdədir. 2004-cü ilin fevral ayında UNESCKO-nun Baş ofisində 17 Avropa və 8 Cin geoparkının daxil olduğu Qlobal Geoparklar Şəbəkəsi yaradılıb. Hazırda dünyanın 35 ölkəsində 300-dən çox geopark fəaliyyət göstərir.

  • Geoloji parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir

Bildirildiyi kimi artıq Azərbaycanda da bu istiqamətdə ardıcıl işlərə başlanılıb. Onu da vurğulayaq ki, 2020- ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının geoloji parkları haqqında ümumi Əsasnamə” təsdiqlənib. Əsasnaməyə əsasən, geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə, yaxud təşkilat statuslu ərazidir. Geoloji parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ərazisində beynəlxalq əhəmiyyətli geoloji parklar müəyyən edə bilər. Mətbuatda gedən məlumata görə, geoloji parkların hüdudlarında yerləşən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrindən Torpaq Məcəlləsi, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanun və bu Əsasnamə ilə müəyyənləşdirilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur. Təbiəti mühafizə, geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq şərtilə, geoloji parklardan elmi tədqiqat, mədəni-maarif və tədris tədbirləri, geoloji monitorinq, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər.

Geoparkların yaradılması bütün istiqamətlərdə müsbətdir və burada həm biomüxtəlifliyin qorunması və təqdimatı, həm turizm potensialı, həm təbiət abidələrinin qorunması və başqa məsələlərdən sohbət gedir ki, bunlar hamısı çox vacibdir. Əlbəttə, Azərbaycanın təbilətini tanıtmaq üçün geoparkların xüsusi əhəmiyyəti var.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ