çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Zəlzələ dağıntıları altında sağ olanlar daha neçə gün yaşayacaqlar...

Image


Qardaş Türkiyədə zəlzələ fəlakətindən  sonra intensiv xilasetmə işləri böyük sürətlə davam edir. Bu məsələdə Türkiyəyə müxtəlif ölkələr, o cümlədən Azərbaycan tərəfindən müvafiq yardımlar göstərilib və göstərilməkdə davam edir. Amma bu fonda Türkiyə və Suriyadakı zəlzələlərdən sonra dağıntılar altında qalanlar üçün vaxtın azaldığı ilə bağlı narahatlıq var.

Hər iki ölkədən və dünyanın dörd bir yanından xilasetmə qrupları həyat ehtimalı gördükləri yerlərdə, beton qalıqlarının altında sağ qalanları xilas etmək üçün durmadan işləyirlər. Bəs zəlzələ qurbanları dağıntının altında nə qədər qala bilər? Mütəxəssislər bunun müxtəlif amillərə bağlı olduğunu deyir. Zəlzələnin baş verdiyi yer, hava və suya əlçatanlıq, iqlim, hava şəraiti və dağıntılar altındakı şəxsin fiziki və psixoloji vəziyyəti kimi ünsürlər qurbanların nə qədər müddət həyatda qala biləcəklərinə təsir edir. İnsanların çoxu fəlakətdən sonrakı 24 saatlıq müddətdə xilas ola bilir, amma bundan daha artıq müddətdən sonra da dağıntılar altından sağ qalanların xilas olduğu bir neçə hal var. Bəs qurbanların həyatda qalmasında hansı amillər rol oynayır? Zəlzələnin dəqiq nə vaxt olacağını və ya binanın nə vaxt çökəcəyini bilmək mümkünsüz olsa da, mütəxəssislər fövqəladə vəziyyətdə tutduğunuz mövqenin həyatda qalmaq baxımından çox vacib olduğunu deyir. Yaxşı seçilmiş bir yer dağıntılar altında qorunmağı və havaya çatımlılığı təmin edə bilər. Türkiyənin ən böyük qeyri-hökumət təşkilatlarından biri - yardım və xilasetmə qurumu olan Axtarış-Xilasetmə Dərnəyinin koordinatorlarından Murat Harun Öngören bildirir: “Çömbəlmək, tutmaq və tuta bilmək vəziyyəti həyatda qalmağı təmin edə və hava boşluğu yarada bilər”. Çömbəlmək, hardansa tutmaq - dizləri üstə çökmək, bir stolun və ya sərt bir əşyanın altına girmək və təkanlar bitənədək möhkəm durmaq deməkdir. Dünya Səhiyyə Təşkilatının tibbi fövqəladə vəziyyət proqramının texniki əməkdaşı Jetri Regmi də hazırlığın vacibliyinə diqqət çəkir: “Möhkəm bir stol kimi etibarlı bir yerə sığınmaq həyatda qalmaq şansını artıra bilər. Hər bir fövqəladə vəziyyət fərqli olduğu üçün dəqiq bir şey demək olmur, amma ilkin axtarış-xilasetmə işləri yerli icmaların hazırlıq qabiliyyətinə bağlıdır”. Hava və suya çatımlılıq çökmüş bir binanın altında çarəsiz qaldığınızda sağ qalmaq baxımından çox vacibdir. Lakin bu da yaralanma səviyyəsinə bağlıdır. Qan itirmə yaşamaq şansını 24 saatdan o tərəfə keçirə bilməyi çətinləşdirir. Dolayısı ilə, mütəxəssislər deyir ki, zəlzələ qurbanı çox ağır yaralı deyilsə və uda biləcək havası varsa, növbəti addım suya çatımlılıqdır. ABŞ-ın “Duke” universitetinin reanimasiya mütəxəssisi Riçard Edvard Mun isə məsələ ilə bağlı BBC-yə bildirib ki,  su və oksigenin yoxluğu həyatda qalmaq üçün kritik problemlərdir: “Hər yetkin insan gün ərzində idrar, nəfəs alıb-vermə, su buxarı və tərləmə yolu ilə 1,2 litr su itirir. Bir insan 8 litrdən çox su itirəndə ağır xəstələnir”. Bəzi təxminlərə görə, insanlar su olmadan 3 -7 gün arası həyatda qala bilər. Bir insanda baş travması və ya başqa ağır yaralanmalar varsa və ya nəfəs almaq imkanı məhduddursa, fəlakətin növbəti gününə sağ qalmaq şansı azalır. Doktor Regminin fikrincə, yaralanma səviyyəsini dəyərləndirə bilmək vacibdir: “Onurğa beynindən, başından və ya döş qəfəsindən yaralananlar kəskin travma müalicə müəssisələrinə aparılanadək yaşamaya bilərlər. Qan itirmə, sınıqlar və orqanlardakı yırtıqlar ölüm ehtimalını artırır”. O, xilas olunduqdan sonrakı müalicənin də eyni dərəcədə mühüm olduğunu deyir: “Dağıntılar altından xilas olanlar belə, uzunmüddətli sıxılma sindromundan ölə bilərlər. Zəlzələ kimi fəlakətlərdə çökən divarların altında qalan insanlarda bu síndroma tez-tez rast gəlinir”.

Dünya Səhiyyə Təşkilatına görə, uzunmüddətli sıxılma sindromu dağıntının yaratdığı təzyiq səbəbi ilə əzələlər zədələnəndə və toksin istehsal edəndə yaşanır. Dağıntı insanın üzərindən qaldırıldıqda isə toksinlər vücuda yayılır və ciddi nəticələrə səbəb olur. Qurbanların nə qədər müddət həyatda qala biləcəklərini iqlim də müəyyənləşdirir. Professor Mun deyir ki, Türkiyədəki hava şəraiti vəziyyəti daha da pisləşdirir: “Orta yaşlarında bir adam bədən temperaturu səviyyəsini itirmədən ən çox 21 dərəcədə qala bilər. Bundan daha çox soyuq olarsa, vəziyyət dəyişər”. Bu temperaturdan aşağı bədən temperaturu ətraf mühitin temperaturuna adekvat reaksiya verir. Reanimasiya mütəxəssisi bildirir: “Hipotermiyanın sürəti şəxsin nə qədər təcrid olunduğuna bağlıdır. Ancaq nəticə etibarı ilə, bu talesiz insanların çoxu hipotermiyaya məğlub olacaq”. Yay aylarında isə əksinə, insanın qapalı qaldığı yer çox istidirsə, sürətlə su itirilir və yaranan vəziyyət yaşamaq şansını azaldır. Mütəxəssislər hesab edir ki, tez-tez nəzərdən qaçırılan bir başqa amil də psixoloji güc və idarəetmədir. Onlar psixoloji qərarlılığı qorumanın və həyatda qalmağa fokuslanmanın da çox vacib olduğu ilə bağlı xəbərdarlıq edirlər. Axtarış-xilasetmə mütəxəssisləri bildirir ki, qorxu təbii reaksiyadır. Amma panikaya düşməməliyik. Sağ qalmaq üçün psixoloji baxımdan da güclü olmalıyıq. Bunun üçün isə qərarlı olmaq lazımdır. Harun Öngören bu xüsusda qeyd edir: “Qorxu hissindən xilas olmağa çalışmaq və özünüzə nəzarət etmək vacibdir. Motivasiyanız “Bəli, indi buradayam və sağ qalmaq üçün bir yol tapmalıyam” olmalıdır. Belə olan halda, daha az bağırıb, daha az hərəkət edərsiniz. Hisslərinizə və panikanıza nəzarət edib, enerjinizi qənaətlə xərcləməlisiniz”. Məlumat üçün qeyd edək ki, dünyada məşhur sağ qalmaq hekayələrinin nümunələri də çoxdur. Məsələn, 1995-ci ildə Cənubi Koreyadakı zəlzələdə bir qurban dağıntılar altından 10 gün sonra çıxarılmışdı. O, yağış suyunu içib, bir karton qutunu yeyərək həyatda qalmışdı. Ağlını işlək tutmaq üçün isə bir oyuncaqla oynamışdı.2013-cü ilin mayında bir qadın çökən zavodun dağıntıları altından 17 gün sonra çıxarılmışdı. Xilas ediləndən sonra o deyirdi: "Bir neçə gün boyunca xilasedicilərin səsini eşidirdim. Onların diqqətini çəkmək üçün taxta və dəmir çubuqlarla dağıntılara vururdum. Amma heç kim məni eşitmirdi. 15 gün qurudulmuş yeməklə qidalandım. Son iki gündə isə sudan başqa heç nəyim yox idi”. Haitidə 220 mindən çox insanın ölümünə səbəb olan 2010-cu ilin yanvar zəlzələsi zamanı bir kişi qarət edilmiş bir mağazanın dağıntılarının altından 12 gün sonra sağ çıxmışdı. Sonradan bir nəfərin də 27 gün sonra dağıntılar altından sağ çıxdığı açıqlanmışdı.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ