çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanın məşhur diaspor alimlərinin elmi potensialının daha səmərəli yönəldilməsi gündəmdə...

Image


Azərbaycanda elm sahəsinin müasir dünyanın tələb və çağırışlarına uyğunlaşdırılması çox vacibdir. Elm milli olmur, elm ümumbəşəri bir məfhumdur. Bu səbəbdən də Azərbaycanda elmin ayrı-ayrı sahələri artıq dünya ilə qaynayıb-qarışmalıdır.

Bu sahədə ciddi problemlərin olduğu məlumdur. Amma bu demək deyil ki, ölkəmizdə elm yoxdur, yaxud onun inkişafına çalışanlar  azdır. Xeyr, elm var, onun inkişafına çalışanlar da az deyil, olmayan elm sahəsinə rəhbərlik edən qurumların ortaya iradə qoymamasıdır. Təbii, dövlətin bu sahədə möhkəm iradəsi, istəkləri var. Amma icraçılar hələ də bu istiqamətdə addım atmaq istəmirlər. Elmin inkişafına yönəlik bəzi layihələri çıxmaq şərti ilə demək olar ki, inkişafa təkan verəcək layihələrdən danışılmır. AMEA-da ciddi struktur dəyişikliyi baş verdi, qurumdakı elmi-tədqiqat institutları onunla Elm və Təhsil Nazirliyi arasında bölüşdürüldü. Bütün bunlarla yanaşı xeyli müddət idi ki, diaspor alimlərinin Azərbaycana cəlb ediləcəyi bəyan edilirdi. Hətta AMEA-dan bildirilirdi ki, diaspor alimləri ilə danışıqlar gedir və onlar AMEA-nın müvafiq institutlarına cəlb ediləcəklər. Nəzərə alsaq ki, keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycandan xaricə kütləvi surətdə beyin axını oldu. Bir çox gənc, perspektili alimlərimiz müxtəlif ölkələrə üz tutdu, indi onlar dünyanın ayrı-ayrı populyar elm mərkəzlərində, universitetlərində çalışırlar. O alimlərdən bir qisiminin ölkəmizə gəlməsi vacibdir.

Bildirək ki, Azərbaycan Respublikası “Azərbaycan Alimləri Diasporu” İnformasiya Sistemi də yaradılıb. Burada xaricdə fəaliyyət göstərən alimlərimizin siyahısı öz əksini tapıb. Burada 427 alimin adı qeyd edilib. Əlbəttə, bu qədər alimimizin xaricdə fəaliyyət göstərməsi müsbət haldır. Eyni zamanda onların Azərbaycanda elm sahəsinə cəlb edilməsi də bizim üçün faydalı olardı.

  • “Diaspor alimlərinin potensialından Azərbaycan elmi və təhsili naminə istifadə etmək lazımdır”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində bildirdi ki, diaspor alimlərinin Azərbaycana cəlb edilməsi zəruridir. O xatırlatdı ki, bu mövzuda dəfələrlə söhbətlər edilib, müzakirələr edilib. “Biz illərdir müvafiq qurumlara diaspor alimlərinin Azərbaycana cəlb edilməsinin vacibliyini bildiririk. Amma çox təəssüf ki, sanki diaspor alimlərinə qarşı bir soyuqluq var. Bu soyuqluq əslində nədən irəli gəlirdi. Bu soyuqluğun əsasında o dururdu ki, Azərbaycan elminə rəhbərlik edən adamlar zamanında diaspor alimləri ilə, xaricdə yaşayan azərbaycanlı elm adamları ilə müqayisədə kifayət qədər az potensiallı insanlardır. Onların akademiyaya rəhbərliyi dövründə, xüsusən 2013-cü ildən sonra akademiyada idarəetmə bərbad vəziyyətə salındı. Burada seçilən akademiklərin böyük əksəriyyəti bu və ya digər səbəblərdən akademik seçildilər. Əslində onlar elmi məktəb yaratdıqlarına görə seçilməmişdilər. Şübhəsiz, onlar xaricdə yaşayan, müxtəlif ölkələrdə elmi fəaliyyətlə, tədrislə məşğul olan  potensialca geri qalırdılar. Bu adamlar imkan vermirdilər ki, sabah Almaniyada yaşayan, işləyən bir professor gəlib Azərbaycanda işləsin. Bu qısqanclıq ona gətirib çıxardı ki, onlar ümumiyyətlə xaricdə yaşayan azərbaycanlı alimləri “sən Azərbaycan elminə xidmət etməmisən” kimi iddialarla uzaqlaşdırırdılar. Sual verirəm, yaxşı siz öz ölkənizdə yaşayıb, “yaradıb” nə etdiniz? Azərbaycan elmini məhv etdiniz. Bu baxımdan daha zaman dəyişib. Hesab edirəm ki, mütləq şəkildə diaspor alimlərinin potensialından Azərbaycan elmi və təhsili naminə istifadə etmək lazımdır. İllərdir təşəbbüs irəli sürmüşəm ki, diaspor alimlərinin Bakıda bir formunu keçirək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Fuad Muradovla da danışmışam. O bu işə dəsrtək verməyə hazırdır. Amma gəlin baxın, aidiyyatı elm qurumları bu işə dəstək verirlərmi? Təbii ki, vermirlər”.

  • “Onların Azərbaycan elminə transfer edilməsi məsələsi gündəmə gəlməlidir”

İ.Orucovun sözlərinə görə, ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı belə bir forumun keçirilməsində israrlıdırlar. İ.Orucov qeyd etdi ki, artıq bu istiqamətdə müvafiq layihəni də hazırlayıblar. “Düşünürəm ki, diaspor alimlərinin forumunun keçirilməsi Azərbaycan elminin hamisi olmuş, müstəqillik tariximizdə diaspor hərəkatının formalaşmasında heç zaman qayğısını əsirgəməyən ulu öndər Heydər Əliyevin 100 illiyinə bu böyük bir töhfə ola bilər. Bu baxımdan hesab edirəm ki, biz diaspor  alimlərini mütləq şəkildə Bakıya yığmalıyıq. Bütövlükdə, diaspor alimləri arasında koordinasiyalı iş qurulmalıdır. Onların Azərbaycan elminə transfer edilməsi məsələsi gündəmə gəlməlidir. Demək istəmirəm ki, diaspor alimləri gəlib Azərbaycanda çalışsınlar. Amma bərabər iş birliyi qurmaq, universitetlərdə birgə tədqiqat klasterləri yaratmaq mümkündür, elmi-tədqiqat institutları ilə onların əməkdaşlığını gücləndirmək olar.  Fikrimcə, diaspor alimləri bizim elmi kadr hazırlığı prosesində bizə dəstək verə bilərlər. Onları birgə tədqiqatlara cəlb etmək olar. Elm Fondunun vəsaitləri demək olar ki, illərdir səmərəsiz xərclənir. Elm Fondunun indi rəhbəri dəyişib. Mən ona da tövsiyə edirəm ki, diaspor alimləri ilə ölkədəki alimlər üçün birgə tədqiqatlar qrantları elan etsinlər, onlar birgə qrant çərçivəsində tədqiqatlar aparsınlar. Yəni bütövlükdə baxış dəyişməlidir. Azərbaycanda həyata keçirilən yeni dövlət idarəetmə sistemi mütləq şəkildə elmə təsirsiz ötüşməməlidir. Bilirsiz ki, indi akademiyanın fundamental tədqiqat aparan institutları, elmi müəssisələri Elm və Təhsil Nazirliyinə birləşdirilib. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi düşünməlidir. Açığını sizə deyim ki, biz iki ildir ki, diaspor alimlərinin Bakı forumunu keçirmək layihəsini götürüb müraciət etmədiyimiz qurum qalmayıb. Onlar bu işdə maraqlı olmalıdırlar. Hesab edirəm ki, bu iş o tədbiri həyata keçirməyimiz üçün çox böyük fürsət ola bilər. İl boyu davam edəcək “Heydər Əliyev İli” çərçivəsində bu forumu keçirmək tam mümkündür. Ulu öndər hər zaman Azərbaycan elminə dəstək göstərmiş, alimlərə böyük qayğı ilə yanaşmış, Azərbaycanda elmi məktəblərin yaradılmasını himayə etmiş bir adamdır.  Eyni zamanda Azərbaycan diasporunun inkişafına hədsiz qucaq açmış, hər cür fədakarlığa getmiş bir insandır”.

İ.Orucov qeyd etdi ki, diaspor alimlərinin Bakı forumunun ekçirilməsinə bütün qurumların dəstək verməli olduğunu bildirdi. O, vurğuladı ki, bu bizim haməmız, bütövlükdə elmimiz üçün faydalı və səmərəli olar.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ