çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qərbi Azərbaycanın alban-xristian abidələri - erməni təcavüzünün mənəvi qurbanları...

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında alban-xristian məbədlərindən, kilsələrindən danışacağıq. Bu o məbədlərdir ki, Azərbaycan xalqının tarixi torpağındakı irsi olsa da, ermənilər onlara qarşı saxtalaşdırma aktı həyata keçirib.

Qərbi Azərbaycandakı saysız alban-xristian, qıpçaq abidələrinin hamısı Qriqoryan abidəsi olaraq qələmə verilir. Halbuki, dəfələrlə vurğuladığımız kimi, bədnam Türkmənçay müqaviləsinə qədər bizim bölgədə ermənilər yaşamayıb, onların kütləvi köçü 1828-ci ildən sonra baş verib. 195 il bundan əvvəl faciələrimizin də əsası qoyulub.1828-ci ilin 10 fevralında bağlanan Türkmənçay müqaviləsinin ardınca ermənilər Qafqaz ərazisinə, xüsusən də Azərbaycan bölgəsinə köçürülüb. Qafqaza gələr-gəlməz, ermənilər həm bizim, həm də gürcü xalqının tarixi dəyərlərinə, abidələrinə, kilsə və monastırlarına, başlıcası isə ərazilərinə qarşı iddialar irəli sürməyə başlayıb. Nəticədə, həm torpaqlarımıza, həm də ərazilərimizdəki alban-xristian, qıpçaq irsinə sahibləniblər. Qərbi Azərbaycanda mövcud olan xristian qıpçaq dövrü abidələrin, kilsə və monastırların heç birinin ermənilərə aidiyyəti olmasa da, onlar bu abidələri çoxdan mənimsəyiblər.Təəssüf doğurucu hallardan biri odur ki, onlar Azərbaycan xalqının tarixi irsini “erməni irsi” adı altında UNESCO-ya da təqdim ediblər. Amma UNESCO-nun heç bir eksperti soruşmayıb ki, sən bura dünən gəlmisən, başqasının abidəsini niyə öz adına təqdim edirsən? Əksinə, şərait yaradıblar.

Qərbi Azərbaycan ərazisindəki qədim kilsələrin, monastırların hər birinin quruluşuna ermənilər əl gəzdirib, amma onların üzərindən qədim albanların izlərini silməyə nail ola bilməyiblər. Bütün qədim tarixi mənbələr, məxəzlər, xəritələr erməniləri ifşa edir.

Zəngəzurda, İrəvanda, Göyçə mahalında, Vedibasarda, Ağbabada (Şörəyel, Amasiya), Noyenberyanda, Qarakilsədə, başqa-başqa yerlərdə mövcud olmuş alban abidələri, xüsusən də monastır və kilsələr mənəvi təcavüzə məruz qalıblar.

Tarixçilərin də vurğuladığı kimi, Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) ərazisində mövcüd olan bütün tarixi və mədəni abidələri, Qafqaz Albaniyasına aid bütün kilsə, məbəd və monastırları erməni abidələri elan ediblər.

Bəzi tarixçilərin fikrincə, eramızın əvvəllərində Qərbi Azərbaycanın bir çox bölgələri Albaniyanın sak tayfalarının adları ilə bağlı Arsak və Sisakan Sünik vilayətlərinin ərazisində olub. Tarixçilərə görə, bu da təsadüfi deyil, çünki hələ eramızdan xeyli əvvəl Qafqaz dağlarından cənubda türkdilli sak tayfaları yaşayıblar. Bu sahədə tədqiqat aparan Vaqif Əsədov yazıb ki, Qafqaz Albaniyasının ərazisində sakların adları ilə bağlı Sakasena, Balasakan, Sisakan, Saki, Arsak və bir sıra digər yer adları mövcud olub. O, məqalələrindən birində vurğulayıb ki, eramızın birinci əsrində yaşamış antik müəllif Strabon “Coğrafiya” əsərində bu faktı təsdiq edərək yazır: “Saklar da kimmerlər və trerlər kimi yürüşlər edib ən yaxşı torpaqlarda məskunlaşmışlar və bu ərazilərə öz adlarını qoymuşlar, məsələn - Sakasena”.

Strabonun gözəl, ucaboy, ürəyiaçıq və səxavətli insanlar kimi xarakterizə etdiyi albanlar özlərini “ağuanlar”, yaşadıqları ölkəni isə “Ağuvan” adlandırıblar. Qədim Roma və yunan mənbələrində isə dövlətin adı “Albaniya” şəklində yazıldığından, tarixə də elə bu adla daxil olub. Zaqafqaziyanın ərəblər tərəfindən işğalı dövründə, VIII əsrin əvvəllərində bu dövlət dağılıb.

Məlumdur ki, Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar tədqiqatlar aparılır, amma bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilıməsi vacibdir. Qeyd etdiyimiz kimi, Qərbi Azərbaycan ərazisində hələ xristianlıqdan xeyli əvvəl müxtəlif alban məbədləri mövcud olub, onların arasında atəşpərəstlik ocaqları da az olmayıb. Onlar bizim qədim inanclarımızı özlərində ifadə ediblər.

V.Əsədov qeyd edib ki, eramızdan əvvəl I əsrin sonları, eramızın I əsrinin əvvəllərində yaşamış antik müəllif Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Günəş, Atəş və Ay ilahələrinə sitayiş ediblər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə Günəş, Ay və bütpərəstlik məbədləri ilə yanaşı, çoxlu sayda atəşpərəstlik məbədləri də mövcud olub.

Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə əlaqələri olan Zaqafqaziyaya da yayılmağa başlamışdır. Alban tarixçisi Moisey Kalankatuklunun “Aqvan tarixi” əsərində Qafqaz Albaniyasında xristianlıq dininin yayılması, müxtəlif kilsə və məbədlərin tikilməsi barədə qiymətli məlumatlar vardır. Tarixi mənbələrdə Alban kilsəsi apostol kilsəsi adlandırılır. Çünki xristianlığı Albaniyaya eramızın 54-57-ci illərində apostol müqəddəs Yelisey gətirib. Təqribən üç əsr sonra parfiyalı missioner müqəddəs Qriqorisin fəaliyyəti nəticəsində ermənilər bütpərəstlikdən əl çəkib xristianlığı qəbul ediblər.

“1130-cu ildə Gəncə şəhərində anadan olan, 1184-cü ildən ömrünün sonunadək Xaçın knyazlarının yanında xidmət edən alban salnaməçisi Mxitar Qoş özünün məşhur “Alban salnaməsi” əsərində bu tarixi faktı bir daha təsdiq edərək yazır: “...müqəddəs Yeliseydən müqəddəs Qriqorisə qədər 300 il keçmişdir”.

Albaniya çarı III Vaçaqanın, ölkənin görkəmli din və dövlət xadimlərinin iştirakı ilə keçirilmiş Alban kilsəsinin 488-ci il Aquen məclisindən sonra xristian memarlığı üslubunda məbədlərin inşası geniş vüsət alır. III Vaçaqanın (487-510-cu illər) hakimiyyəti dövründə Albaniyada 300-dən çox kilsə və məbəd tikilir. VII əsrin ortalarına yaxın ölkədə ixtiyarlarında kənd və torpaq sahələri olan 30-dan artıq monastır olub. Qərbi Azərbaycan ərazisində Albaniya çarları tərəfindən xristian məbədləri və monastırların tikilməsi barədə “Alban tarixi” əsərində məlumatlar var. Alban xristian məbədlərinin bir qismi hazırda mövcuddur. Lakin ermənilər tərəfindən müxtəlif dövrlərdə bu abidələrin kitabələri pozulub və məbədlərin ermənilərə aid olduğunu göstərən saxta kitabələrlə əvəz olunub”.

Qərbi Azərbaycan ərazisindəki alban xristian məbədlərinin başına ermənilər bu oyunları gətirib. Zəngəzurda IX-XII əsrlərə aid olan Tatev monastır kompleksi, IX-XII əsrlərə aid İcevanda Ağarçin monastır kompleksi, İcevanda Kecəris monastr kompleksi (XI əsr), Karkor məbədi (X əsr), Qoşavənd kilsəsi (XIII əsr) və s. ermənilər tərəfindən mənəvi təcavüzə məruz qalıb. Hətta Tatev monastırı UNESCO-nun ehtiyat siyahısına salınıb, təbii ki, “erməni monastırı” olaraq. 

Qeyd edilir ki, Şaqakat məbədi Üçkilsə (1945-ci ildən-Eçmiədzin) rayonunda Üçkilsə məbədindən şimal-şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşir. V əsrə aiddir. Masdərə məbədi – Talın rayonunun Masdərə (1965-ci ildən Dalarik) kəndində, Masdərə çayının kənarında yerləşir V-VII əsrlərə aiddir. Günbəzli məbəddir. Öz adını Masdərə kəndindən alıb.

Aşelişad-Xorvirab məbədi isə Vedibasar mahalının aran hissəsində, Araz çayı sahilində yerləşir. V əsrə aiddir. Avan məbədi – Qırxbulaq mahalında, Ellər (1961-ci ildən-Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə yerləşir. VI əsrdə tikilib. Uzunlar məbədi - Allahverdi (1969-cu ildən-Tumanyan) rayonunun Uzunlar (1968-ci ildən-Odzun) kəndində yerləşir. VI əsrdə inşa edilib. Yağaverdi məbədi-Əştərək rayonunun Yağaverdi kəndində yerləşir. VI-VII əsrlərə aiddir. Putqun məbədi – Qırxbulaq mahalında, Ellər (1961-ci ildən-Abovyan) rayonunun Putqun kəndində yerləşir. VI əsrin sonları-VII əsrin əvvəllərinə aiddir. Üçkilsə məbədi (1945-ci ildən - Eçmiədzin) ərazisində yerləşir. V əsrə aiddir. Müqəddəs Ripsime məbədi, Üçkilsə (12.03.1945-ci ildən-Eçmiədzin) rayonu ərazisində, Üçkilsə məbədindən təxminən 1 km şərqdə yerləşir. V əsrə aiddir. İlk ermənilərin 1922-ci ildə məskunlaşdırıldığı Allahverdi rayonun Ağtala (Axtala) kəndində yerləşən qədim Axtala məbədi də ermənilərin mənəvi təcavüzündən əziyyət çəkir. X əsrə aid olan abidənin yerləşdiyi kənddə tarixən oğuz türkləri yaşayıb, onlarla yanaşı burada yunanların və gürcülərin də yaşadığı vurğulanır. Bura Azərbaycan türklərinin tarixi kəndi olub, amma yunanlar ora XX əsrin əvvəllərində köçürülüb. Bu ərazi sonradan ermənilər tərəfindən monastır qarışıq mənimsənilib.

Göründüyü kimi, bu məbədlər mövcud olanda heç ermənilərin izi-tozu bizim bölgədə olmayıb.

Tədiqatçı qeyd edir ki, “Alban tarixi” salnaməsinin müəllifi Moisey Kaqankatuklunun, salnaməçi Mxitar Qoşun və digər çoxsaylı tarixi mənbələrin məlumatlarına görə, XIII əsrdə Yuxarı Xaçın alban knyazı, Arsax hakimi Həsən Calal Dövlə, onun anası, gəlini Arzu xatun, oğlu Baxram və knyaz Həsənin nəslindən olan digər knyazlar Qərbi Azərbaycan ərazisində xeyli xristian məbədləri tikdirib və təmir etdirib. “Alban xristian kilsəsi 1836-cı ildə Rusiya dini işlər idarəsinin qərarı ilə ləğv olunana qədər xristian kilsə və məbədlərin inşası işi davam etdirilib”. V.Əsədovun məqaləsində vurğulanıb ki, Alban katolikosluğunun taxtı IV-V əsrlərdə Dərbənddə Çola monastırında, VI-VII əsrlərdə Bərdə monastırında, VIII-IX əsrlərdə Ağdərə rayonunda müqəddəs Yelisey monastırında, X-XV əsrlərdə Kəlbəcər rayonunda Xudavəng monastırında, XV-XIX əsrlərdə Gəncəsər monastırında yerləşib.

Xristian albanların, qıpçaq türklərinin yaratdığı bu abidələrə, dini-inanc məkanlarına erməni təcavüzü hələ də davam edir. Xristianlığın ilk dövrlərindən inşa edilən bu tarixi irsin varisi Azərbaycan xalqıdır. Çünki (Qafqaz Albaniyasının) Albaniyanın varisi Azərbaycan dövlətidir. Bunu bütün dünya bilir. Hesab edirik ki, hazırda davam edən proses daxilində aidiyyəti qurumlar, mütəxəssislər Ermənistanın oğurladığı Azərbaycanın tarixi irsi olan alban-xristianlıq dövrü abidələrimiz, monastır və kilsələrimiz barədə beynəlxalq qurumlara xüsusi hesabat təqdim etməlidir. Ermənilər böyük bir irsi mənimsəyib və bu cinayətə görə də cavab verməlidir. Tarixi irs hər bir xalqın milli özünəməxsusluğunu ifadə edir, bu abidələr də bizi ifadə edir. Necə deyərlər, daşın yaddaşını silmək olmur, nə qədər silinsə də, içində öz ilkinliyini saxlayır...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ