Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bir daha Söyüdlü hadisələri, polisi daşlayanlar və İctimai Şuralar haqda... - Aydın QULİYEV yazır...

Image


Dövlət təşkilatları və şirkətlərin nəzdində seçkili İctimai Şuraların fəaliyyəti haqqında ən müxtəlif rəylər və mülahizələr var...

1. Bəziləri iddia edir ki, İctimai Şuralar əslində formal seçkili orqanlardır və nəzdində fəaliyyət göstərdikləri qurumun fəaliyyəti üçün praktik əhəmiyyətli heç bir rola malik deyillər... Heyf ki, fəaliyyəti xüsusi qanunla ("İctimai iştirakçılıq haqqında" qanun) tənzimlənən və ya tənzimlənməli olan İctimai Şuralar haqda ictimaiyyətdə belə rəy var...

2. Bir qrup insanlar hesab edir ki, İctimai Şuralar müvafiq dövlət orqanı və ya "Səhmdar Cəmiyyəti"  miqyasında ancaq şəxsi və qrup maraqlarının lobbiçiliyi ilə məşğuldur, ora düşməyə çalışırlar ki, özləri, ya başqa kimlər üçünsə iş görsünlər.

Elə kəskin arqument və məntiqi mülahizələr gətirirlər ki, adam onları nə qəbul edə bilir, nə də inkar etməyə gücü çatır. Deyirlər ki, əgər orada şəxsi maraqlar güdülmürsə, niyə bir çox QHT rəhbərləri nazirlik və komitələrin İctimai Şuralarına "seçilmək" üçün  "çıxmadıqlar oyun buraxmırlar"...? Niyə bir çox QHT rəhbərləri bir İctimai Şurada təmsilçiliklə kifayətlənmir və hətta 3 İctimai Şurada təmsil olunan QHT rəhbərləri var?! Haqq sözə nə deyəsən... Maraqlıdır ki, hələ indiyə qədər bir neçə İctimai Şurada təmsil olunan heç bir QHT rəhbəri ictimaiyyətdən və mediadan gələn bu əsaslı qınaqların qarşısına çıxıb deməyib ki, lap yaxşı eləmişəm, ya da filan səbəblərə görə bir neçə Şurada təmsil olunmaq haqqım var, faydam var...

3. Bəzi insanlar iddia edir ki, İctimai Şura üzvləri dövlət təşkilatlarının və Şirkətlərin rəhbərliyi ilə heç bir xoş ünsiyyətə malik olmalı deyil. Əgər oldusa, deməli həmin dövlət qurumuna satıldı. Bu qrup insanların məntiqinə görə şuralarla dövlət təşkilatlarının arasında daim intriqa, çəkişmə, etimadsızlıq hökm sürməlidir, guya belə olanda, həm dövlət təşkilatlarının, həm də şuraların fəaliyyəti səmərəli olacaq. Absurd mülahizədir və absurd qənaətdir...

4. Təəssüf ki, az-az insanlar İctimai Şuralarla dövlət təşkilatları arasında sağlam, şəffaf, işgüzar əməkdaşlığın əvəzsiz olduğunu düşünə bilir. Başqa sözlə desək, İctimai Şuralar və onların üzvləri dövlət və ictimai maraqlar arasında balans yaratmağı öz işlərinin həlledici kriteriyasına çevirməyi bacarmalıdır. Yeri gələndə nəzdində seçilib fəaliyyət göstərdiyi dövlət təşkilatının işini və mənafeyini inandırıcı şəkildə müdafiə etməyi bacarmalıdır, yeri gələndə isə həmin dövlət təşkilatının hansısa ictimai marağa uyğun olmayan iş apardığını çəkinmədən, açıq deməyi bacarmalıdır. Çox təəssüflər ki, bu gün "seçki" adı altında bəzi monopolist QHT rəhbərlərinin seçki oyunları nəticəsində İctimai Şuralara və hətta onların sədrliyinə elə təsadüfi adamlar düşə bilir ki, ictimai və dövlət maraqları arasında nəinki balans yaratmaq haqda düşünmür, hətta ictimai və dövlət maraqlarının, onların arasında balansın nə olduğunu bilmir, balans deyəndə "buxalteriya və ya büdcə balansını" düşünməkdən uzağa gedə bilmir. Azərbaycana belə İctimai Şura üzvlərinin gərək olub-olmadığı başqa söhbətimizin mövzusu olacaq...

Hansısa bir dövlət orqanının yaxşı işini cəmiyyətə ən yaxşı səviyyədə kim izah edə bilər və etməlidir? Təbii ki, İctimai Şuralar və onların üzvləri...

Bu günlərdə Söyüdlü kəndində baş verən hadisələrə hər kəs öz münasibətini bu və ya digər formada ifadə etdi. Kimisi videokadrlarda daha yaxşı görünmək istəyən icra başçısının sözlərini gündəm etdi, kimisi başçının bir il əvvəlki və indiki fiziki görünüşünü müzakirəyə çıxardı, kimisi Gədəbəyin deputatının çıxışını müzakirələrin mərkəzinə çıxardı, kimisi hansısa pərdəarxası qüvvələrdən danışdı və sair. Təbii ki, həmin gərgin anlarda hadisə yerində öz peşə borcunu icra edən polislər də qərəzli, ya qərəzsiz olmasından asılı olmayan müzakirələrin mərkəzi fiquruna çevrildi...

Çox gözlədik ki, bu gur "polis müzakirələrinin" içində Daxili İşlər Nazirliyinin seçkili İctimai Şura üzvlərinin də səsini, dəst-xəttini eşidək və görək... Təəssüf... Bəlkə kimlərsə sosial şəbəkələrdə və ya qəzet-sayt jurnalistlərinin sorğusuna kiçik cavablar şəklində reaksiyalar verib, gözdən yayına bilmək hallarını istisna etmirəm, ancaq DİN İctimai Şura üzvlərinin birinin samballı bir analitik məqaləsini, ya sosial şəbəkə statusunu görmədik... Reaksiya vermədilər.. Bəlkə də elə reaksiya veriblər ki, özlərindən başqa kimsə eşitməyib. Mən bu Şurada təmsil olunan 99 faiz QHT-çilərdən ibarət üzvləri şəxsən tanıyıram. Adlar çəkmək fikrim yoxdur. Baxmayaraq ki, iradlarımla razı olmayan hər kəslə istənilən səviyyədə debata çıxa bilərəm...

Ancaq kəskin suallar var. Hadisə yerinə gələrək öz peşə borcunu yerinə yetirən DİN əməkdaşlarına qarşı "ağıl alar-almaz" ittihamlar səsləndiyi halda, İctimai Şura üzvlərinin heç bir fundamental hərəkət etməmələri düşündürücü deyilmi? Məgər Söyüdlüdə öz peşə borcunu yerinə yetirən polislərin fəaliyyətində müdafiə olunası heç nə yox idi? Ya polislər o qədər qəbahətə (?) yol verdilər ki, onları müdafiə etmək  mümkünsüz hala gəldi?!

Hansısa səbəbdən qadına qaz püskürdən bir nəfər polisin hərəkətindən başqa hansı qəbahətə yol verildi? Bununla bağlı isə ilk saatlardan Nazirlik özü araşdırma aparacağını bəyan etdi. Qalxanını başına çəkib sakit dayanmış polislərə əl boyda daşların yağdırılması doğru idimi? Buna münasibət bildirmək olmazdımı? Bəlkə daş tullayan sakinlərə polislər də "daşla cavab atəşi açdılar"?!.. O yazıqlar, göydən güllə kimi yağdırılan daşlara sadəcə qalxanlarını başlarına çəkərək özünümüdafiə pozası almaqla reaksiya verdilər. Başqa hərəkətlər oldusa, müzakirə edə bilərik. Bildiyim qədər hadisə yerində etirazçılardan heç də çox olmayan sayda polislər var idi. Yada salım ki, bu günlərdə Fransadakı Sent Solin gölü ətrafında  dinc aksiyaya o qədər polis tökmüşdülər ki, hətta EVRONYUS TV özü də təəccüblə bu qədər polisin niyə cəlb edildiyini sual etdi...

Elə isə DİN İctimai Şura üzvləri həm dövlət, həm də ictimai maraqlar naminə niyə fəal mövqe tutmalıdır? Axı onların fəal mövqeyinə həm ictimaiyyətin, həm də dövlət orqanı olaraq DİN-in ehtiyacı var idi... Məgər həmin anda polislərin məhz ictimai təhlükəsizliyi, yəni ictimai mənafeləri qorumaq üçün hadisə yerinə gəldiklərini bütün informasiya cəbhəsi boyu söyləmək faydalı olmazdımı? İctimai Şuranın üzvləri media, sosial şəbəkə hesabları vasitəsilə canlı yayım müraciətləri, çıxışlar etdilərmi? Bir mətbuat konfransı keçirmək də pis olmazdı. Kimsə onların əlindən tutacaqdı ki, lazım deyil?!..

Ümumən polis orqanlarının fəaliyyətinə münasibət və rəylər fərqli ola bilər. Ancaq konkret Söyüdlüdə polislərin davranışından söz gedirsə, ona  birmənalı  müsbət münasibət göstərməyə mane olan nə var ki?!.. Təəssüf ki, İctimai Şura üzvləri nə polisin, nə camaatın , nə də dövlət və ictimai mənafelərin qızıl balansının yanında durmağı bacardılar...

Müzakirələrə hazıram...

Sonda onu mütləq deyim ki, DİN yanında İctimai Şuranın belə fəaliyyəti üçün bütün məsuliyyətlər məhz onun üzvlərinin, hər cür seçkidə istədiyi nəticəni almaq "istedadına malik" QHT rəhbərlərinin üzərindədir. Çünki onların seçkisinə DİN rəhbərliyi qətiyyən müdaxilə etmir və qanunun tələbinə uyğun olaraq bütün seçki prosesini VƏTƏNDAŞ CƏMİYYƏTİ institutlarının üzərinə buraxır. Vətəndaş cəmiyyətinin bir elementi olaraq media da dolayı məsuliyyət daşıyır. Çünki bildiyim qədər İctimai Şurada medianın tək nümayəndəsi var... Bir güllə bahar olmaz...

Bir media rəhbəri olaraq mən də məsuliyyətdən yaxamı kənara çəkmirəm.

Nə qədər ki, İctimai Şuraların tərkibi əksərən QHT rəhbərlərindən ibarət olacaq, mənzərə dəyişməyəcək. İctimaiyyətin də, dövlətin də mənafeləri ziyan görəcək. İctimai Şuralar əksərən media rəhbərlərindən seçilsə, yenə həmin ziyanlı nəticəni görəcəyik. İctimai Şuralarda vətəndaş institutlarının bütün seqmentlərinin (media, QHT, İB, məhəllə komitələri və sair) iştirakı təmin edilməsə, üzvlərin seçkisini monopolist bəzi QHT-çilərin təsirlərindən xilas etmək çətin mümkün olsun...

Aydın QULİYEV 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ