Bazar ertəsi günü, 09 noyabr 2026
     

Separatçıların qanunsuz ordusu tezliklə Xankəndidən çıxacaq...

Image


2020-ci ilin 10 noyabr bəyanatında Ermənistanın bugünə qədər icra etmədiyi əsas öhdəliklərdə biri də Qarabağdan öz silahlı qüvvələrini çıxarmamasıdır. Azərbaycan ən yüksək səviyyədə xəbərdarlıq edir ki, Ermənistan öhdəliklərinin icrası istiqamətində müvafiq addımlar atmasa, Azərbaycan bunu yenə güc yolu ilə edəcək.

Belə ki, prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olarkən çıxışı zamanı bu məsələyə də toxunub.

Dövlət başçısı qeyd edib ki,  Azərbaycanın digər şərti Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasıdır: “Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir. Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da”. Beləliklə, Azərbaycan konkret xəbərdarlığını edir. Gözlənilir ki, Ermənistan müvafiq addımlar atmasa, Azərbaycan məsələni güc müstəvisində həll etməyə məcbur olacaq. İndilikdə bu xüsusda hadisələrin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşündən sonra hansı istiqamətdə cərəyan edəcəyi bəlli olacaq. Görüş qabağı isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov maraqlı açıqlamalar verib. Nazir  Qarabağın erməni əhalisinə xüsusi qarantiyalar verilməsinə dair tələbi rədd etdiyini bildirib. Ceyhun Bayramov  “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Qarabağın erməni əhalisi kifayət dərəcədə mühafizə olunur. “Reuters” yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ay Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan etməsindən sonra sanki iki ölkənin münasibətlərinin normallaşdırılmasında böyük irəliləyişə ümid yaranmışdı. Paşinyan bunun müqabilində Azərbaycanın Qarabağın erməni əhalisinin təhlükəsizliyinə qarantiya verməsini istəmişdi. Lakin “Reuters” agentliyinə müsahibəsində Ceyhun Bayramov bildirib ki, belə bir qarantiyaya ehtiyac yoxdur və bunun tələb olunması Azərbaycanın daxili işlərinə qarışılması deməkdir: “Biz Ermənistan Respublikasından belə bir ön şərtləri və ya bəhanələri bir neçə səbəbdən qəbul edə bilmərik. Ən əsası da budur: bu daxili və suveren bir məsələdir. Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəf olduğu beynəlxalq konvensiyalar bu əhalinin hüquqları üçün qarantiyaya lazım olan bütün zəruri şəraiti yaradır”. Nazir deyib ki, ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar, öz dillərində təhsil ala və mədəniyyətlərini qoruyub saxlaya, başqa etnik və dini azlıqlar kimi qurumlarını yarada bilərlər. C.Bayramov bunu da vurğulayıb ki, sülh danışıqlarında “müəyyən tərəqqi” var və Bakı razılaşma əldə olunmasını istəyir. Lakin nazir eyni zamanda öz ermənistanlı həmkarı ilə gələn həftə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüşündən əvvəl tərəflər arasında fikir ayrılığının nə qədər böyük olduğunu göstərən bəyanatlar səsləndirib: “Biz inanırıq ki, Ermənistan baş naziri bunu ilk dəfə olaraq açıq bəyan edib. Amma nəyə görə baş nazirə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etmək üçün iki il yarım vaxt lazım gəlib?”.

Londonda Ukrayna ilə bağlı beynəlxalq konfransda iştirak edən Ceyhun Bayramov minlərlə erməni əsgərin hələ də Azərbaycan ərazisində qalmasından narazılıq ifadə edib. “Reuters” yazır ki, Azərbaycan Qarabağda etnik erməni hökumətinin və hərbi strukturlarının ləğvini tələb edir və erməni əhalinin Azərbaycan pasportlarını qəbul etməsini istəyir. O da vurğulanır ki, regionda vəziyyət Azərbaycan Qarabağı Ermənistanla birləşdirən Laçın yolunda sərhəd yoxlama-buraxılış postu qurandan sonra daha da gərginləşib: “Bundan əvvəl isə dəhlizlə azad hərəkətə özlərini Azərbaycanın ekofəalları adlandıran qrupun həftələrlə davam edən aksiyası mane olurdu. Bakı bildirir ki, sözügedən post Qarabağa qanunsuz silah və sursatın gətirilməsinin qarşısını almaq üçündür. Azərbaycan rəsmiləri bu posta görə Qarabağdakı erməni əhalinin humanitar böhranla üzləşdiyinə dair İrəvanın ittihamlarını rədd edirlər. Rəsmi İrəvan bir neçə dəfə Azərbaycanın Qarabağda “etnik təmizləməyə” hazırlaşdığına dair bəyanatlar verib. Bakı bu iddiaları rədd edir. Bayramov deyib ki, Ermənistan bir sıra addımları atmağa hazır olarsa, sülh əllə çatılacaq məsafədədir: “Əgər təkcə bəyanatlar vermək üçün yox, həm də bəzi praktik addımlar atmaq üçün iradə çatarsa, razılaşmanın hətta bu ilin sonunadək əldə olunması mümkündür. Əgər buna real hazırlıq olmasa...onda bu daha sonra ola bilər”. Qeyd edək ki, indiki halda Qarabağda qalan ermənilərin Azərbaycanın şərtlərini qəbul etməsi, buradakı erməni ordusunun təcili şəkildə Azərbaycan ərazilərini tərk etməsindən başqa çıxış yolu yoxdur. Bu arada Laçın sərhəd-buraxılış məntəqəsinin girişində beton barrikadalar qurulub. Bu o deməkdir ki, Qarabağdakı ermənilərin Azərbaycanla dərhal danışıqlara başlamasından başqa çıxış yolu qalmır. Bunu etməsələr, özləri daha böyük problemlər məngənəsinə yuvarlanacaqlar.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ