Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan müxalifəti Zəngəzur dəhlizi uğrunda yeni mübarizədə...

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı parlament komissiyasının iclasında dediyi sözlərə ölkə müxalifətinin reaksiyaları bir sıra maraqlı məqamların üzə çıxmasına səbəb olub. Sabiq prezident Robert Köçəryanın ofisi qeyd edib ki, Nikol Paşinyan hakimiyyətdə olarkən Ermənistanı və Qarabağı hara apardığını anlayaraq, bütün mümkün və qeyri-mümkün yollarla günahı başqalarının üzərinə atmağa çalışır.

Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan da eyni fikirdədir: “Nikol Paşinyanın 44 günlük müharibənin şəraitini öyrənmək üçün parlamentin İstintaq komissiyasında göstərdiyi şou sonuncunun bundan sonra dövlətimiz üçün faydalı heç nə etməyəcəyi və ömrünün qalan hissəsini nəticəsiz işə həsr edəcəyi fikrimi təsdiqlədi. O, günahlarından təmizlənərək xalqımız və tariximiz qarşısında fəlakətli müharibəyə haqq qazandırmağa çalışdı. Paşinyanın ifadəsində yalnız diplomatik prosesə diqqət yetirməsi həm digər sahələrdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq cəhdidir, həm də şüuraltı etirafdır ki, ilk növbədə, məhz diplomatiyanın uğursuzluğu ilə bu fəlakəti ölkəmizə gətirib”. Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə qeyd edir ki, Nikol Paşinyan verdiyi açıqlamalarla müharibənin əsas günahkarı və dövlət cinayətkarı olması barədə böyük faktları ortaya qoydu: “2020-ci il 12 oktyabrda biz Nikolla görüşdük. O dedi ki, vəziyyət yaxşı deyil, biz məğlub olacağıq, yalnız Rusiya bu durumu dayandıra bilər. Ona dedim ki, onda Rusiyaya müraciət et. Dedim: “Sabah vəziyyətin daha pis, qurbanların daha çox olacağını istisna edirsiniz?. İkinci dəfə 19 oktyabrda, Nazirlər Kabinetinin iclasından sonra görüşdük. O dedi ki, biz müharibəni uduzmuşuq, vəssalam, bitdi. Sonradan öyrəndim ki, oktyabrın 19-da Rusiya prezidenti müharibəni dayandırmağı təklif edib. Amma Paşinyan buna razı olmayıb. Nikol Paşinyan sübut etdi ki, 19 oktyabrdan sonra bütün qurbanların günahkarı odur. Əgər hətta 19 oktyabrla 9 noyabrdakı şərtlər eyni olsa belə, o, müharibəni dayandırmaqla ən azı 2 min əsgərin həyatını xilas edə bilərdi. Oktyabrın 19-da o elə bir vəziyyətə düşdü ki, Putindən türklərin Zəngəzura girməməsi üçün Ermənistanla sərhədə qoşun, heç olmasa, bayraq gətirməyi xahiş etdi. Bizi Zəngəzuru xilas etmək istədiyinə inandırırdı, indi isə Mehridəki sülhməramlılara qarşı olduğunu deyir”. Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş təhsil naziri, dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs edilən Armen Aşotyan isə Paşinyanın dedikləri ilə bağlı geniş məqalə ilə çıxış edib. O yazır ki, Nikol Paşinyan oktyabrın 7-8-də müharibəni ən azı müvəqqəti dayandırmaq üçün daha bir şans olduğunu və bu təklifdən guya Ermənistanın maraqlarına uyğun olmadığı üçün imtina etdiyini bildirir: “Əslində isə həqiqət tamamilə başqadır. Belə ki, həmin ərəfədə Ermənistan ordusu “Lələtəpə əməliyyatı”na hazırlaşırdı. Paşinyan “hazırda davam edən müharibədə sıçrayış əməliyyatları” olacağı haqda o ərəfədə birbaşa xarici mediada çıxışlar edirdi. Sonradan məlum olduğu kimi, həmin uğursuz əməliyyat Ermənistan Silahlı Qüvvələrinin ehtiyat hissələrinin belini qırdı və geridönməz nəticələrə səbəb oldu. Oktyabrın 13-16-da Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda da müharibəni dayandırmaq fürsəti olub və bu zaman indikindən daha yaxşı vəziyyətdə atəşkəs qərarı vermək mümkün imiş. Ancaq Rusiyanın vasitəçilik etdiyi danışıqların baş tutmamasına Fransa prezidenti Emmanuel Makronun vədləri səbəb olub. Rusiyanın vasitəçiliyi ilə müzakirələr gedirdi – real vəziyyətdə, döyüşlər getdiyi yerdə atəşkəs ola bilərdi. Ancaq Paşinyan Makronun vasitəçiliyi ilə müharibəni dayandırmağa deyil, humanitar atəşkəsə razılaşdı. Bu, müharibəni dayandırmaq deyil, fasilə idi. Paşinyanın müharibədə “fasilə götürməsinin” səbəbi isə Makronun vədləri olub. Bu, diplomatiyanın uğursuzluğu, cəhalətin xain səviyyəsi, böyük siyasəti Makronun himayəsi altında ölkənin hiyləgərliyi ilə əvəzləməyin nəticəsi idi”.

Aşotyan Paşinyanın, guya Azərbaycanın “əvvəlki humanitar atəşkəsi pozması” səbəbindən 13-16 oktyabr müzakirələrindən yayındığı iddiasına da cavab verib: “Əgər Azərbaycan doğrudan da Rusiyanın vasitəçiliyi ilə əldə edilən əvvəlki atəşkəsi pozmuşdusa, Əliyevin Putindən çox Makrona hörmət edəcəyi hardan ağlına gəlirdi? Əslində Nikol bununla etiraf etdi ki, nəinki 44 günlük müharibəyə qədər, hətta bu müddət ərzində vəziyyətimizi daha da ağırlaşdıran geosiyasi oyunlar oynayıb”. O, 19 oktyabrda atəşkəs razılaşmasını Paşinyanın “Mehriyə rus sülhməramlıların yerləşdirilməsinə görə” qəbul etmədiyi iddiasını da yalan adlandırıb və ilk dəfə olaraq 10 noyabr 2020-ci il bəyanatındakı 9-cu bəndə bu prizmadan yanaşıb: “Ermənistan hakimiyyətini necə adlandırmağınızdan asılı olmayaraq, 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndi məhz Mehri ilə bağlıdır. Orda göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən kommunikasiyaların təhlükəsizliyini Rusiya FTX-nin Sərhəd Xidməti təmin edəcək. İndi Nikol və onun sevimlisi (Makron) danışıqlar apararaq, bu razılaşmadan qurtulmağa çalışırlar”. Beləliklə, erməni müxalifəti də bildirir ki, Zəngəzur dəhlizinə Rusiya FTX-nin Sərhəd Xidməti nəzarət etməlidir. Bu, üçtərəfli bəyanatda əksini tapıb. Elə Azərbaycan da dəhlizə rusların nəzarət etməsində təkid edir. Azərbaycanın tələbində haqlı olduğunu erməni müxalifəti də etiraf edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ