Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan - Ermənistan dəmir yolu açılır...

Image


Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması prosesi Naxçıvana gedən Arazdəyən-Horadiz dəmir yolunun fəaliyyətinin bərpası ilə başlayacaq. Ermənistan baş nazirinin müavini, Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli qrupunun həmsədri Mher Qriqoryan bu xüsusda məlumat verib. O bəyan edib ki, artıq bu məsələdə konsensus var.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk da qeyd edib ki, sözügedən dəmir yolu ilə bağlı hərtərəfli sənəd formalaşdırılıb: “Buna görə, regionda nəqliyyat kommunikasiyalarının açılması Arazdəyən- Culfa - Mehri - Horadiz marşrutu ilə gedəcək dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları ehtiva edir”. Overçuk qeyd edib ki, sənəd layihəsi baş nazirlərin müavinləri səviyyəsində formalaşıb və demək olar tamamilə razılaşdırılıb: “İndi əsas məsələ - sadə azərbaycanlıların və ermənilərin sərhədi keçərkən bir-birilə necə qarşılıqlı əlaqədə olmaları üzərində işləmək lazımdır”. Məsələ ilə bağlı Mher Qriqoryan da qeyd edir ki, birinci mərhələ kimi Arazdəyən-Horadiz dəmir yolu hissəsinin fəaliyyətinin bərpası ilə bağlı yekun konsensus var: “Bütün tərəflər razılaşdıqlarını bildiriblər ki, bu, hazırda region və bütün ölkələr üçün əsas potensial razılaşma kimi yaxşı və müsbət qərardır”. Baş nazirin müavini hesab edir ki, tərəflərin reqlamentin dəmir yolunun keçəcəyi ölkələrin yurisdiksiyasında və suverenliyində olması ilə bağlı rəyi də qətidir: “Biz dəfələrlə bildirmişik ki, bu məsələni sadəcə olaraq başqa formatda müzakirə etməyəcəyik və müzakirələr və görüşlər baş tutursa, bu o deməkdir ki, anlaşma bütün iştirakçılar, ən azı bizim platformamızda, üçtərəfli işçi qrupunda baş tutub”. Kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparan rəsmi, digər məsələlərlə bağlı yekun konsensusun olmadığını əsas gətirərək, təfərrüatları açıqlamaqdan imtina edib. Amma Aleksey Overçuk bundan əvvəl etiraf edib ki, kommunikasiyaların açılması məsələsində əsas fikir ayrılığı dəmir yolu sərnişinlərinin təhlükəsizliyini kimin təmin edəcəyi ilə bağlıdır. Üç ölkənin baş nazir müavinlərinin son üçtərəfli görüşündən sonra Bakı bəyan edib ki, Ermənistan ərazisində Naxçıvana gedən rabitə yollarına Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri nəzarət etməlidir. İrəvan buna etiraz edir. Bu günlərdə Ermənistan rəsmiləri kommunikasiyaların açılması ilə yanaşı, Ermənistanın yolun təhlükəsizliyini də təmin etməsinin vacibliyini qeyd edirlər. Amma Mher Qriqoryan bu funksiyanın həyata keçirilməsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin iştirakı ilə bağlı razılaşmanın mövcudluğunu təsdiqləməyib: “Hələ də funksiyaların həyata keçirilməsi formatı ilə bağlı müzakirələr gedir”. Qriqoryan bildirib ki, azərbaycanlı həmkarı ilə kommunikasiyaların açılması məsələsi ilə bağlı yeni görüş keçirəcək. Lakin onun sözlərinə görə, tarixlər hələ razılaşdırılmayıb. Bundan əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Mher Qriqoryanın sərhədlərin delimitasiyası məsələləri üzrə Ermənistan-Azərbaycan komissiyalarının iclasının keçirilməsi ilə bağlı dəvətini qəbul edib. Qriqoryan bununla bağlı qeyd edib: “Azərbaycan baş nazirinin müavininin cavabı müsbətdir, lakin görüşün yeri, tarixi və vaxtı ilə bağlı hələlik razılığımız yoxdur, amma düşünürəm ki, görüş yaxın vaxtlarda baş tutacaq”. Jurnalistlərin hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualına o belə cavab verib: “Gündəlik məsələləri”.

Bütün bunlar istənilən halda yaxın tezlikdə Arazdəyən - Culfa - Mehri - Horadiz marşrutu, yəni Zəngəzur dəhlizi ilə gedəcək dəmir yolunun işə düşəcəyini göstərir. Erməni ekspert Ruben Melkonyan vurğulayır ki, Azərbaycan və Türkiyə mütləq Zəngəzur dəhlizini reallaşdıracaq: “Azərbaycan və Türkiyənin Ermənistana qarşı mövqeyi “bir millət, iki dövlət” məntiqinə uyğundur. Azərbaycan və Türkiyənin Ermənistana qarşı təzyiq fəaliyyəti pik həddə çatıb. Türkiyə Prezidentinin Zəngəzur dəhlizinin açılmasına Ermənistanın deyil, İranın mane olması barədə bəyanatına Ermənistan Xarici İşlər Nazirliyi cavab verməli idi. Nikol Paşinyan komandasının nümayəndəsinin Ərdoğana cavab verməməsi təəccüblüdür, niyə cavab vermir? Ola bilsin xalqı aldadıblar və deyiblər ki, dəhliz məntiqi yoxdur. Xalqa bir şey deyirlər, danışıqlarda başqa bir şey söyləyirlər. Əgər belə olmasaydı, Xarici İşlər Nazirliyi çoxdan bəyanat verməli idi”. Dəhlizin açılması o deməkdir ki, türk dövlətlərinin intensiv əlaqəsi birliyin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Bu da Azərbaycanın regionda siyasi, iqtisadi, hərbi və diplomatik gücünü daha da artıracaq. Zəngəzur dəhlizinin açılması türk dövlətləri üçün, onların iqtisadi inteqrasiyası baxımından kifayət qədər strateji əhəmiyyət kəsb edir. Türk dövlətlərinin ümumi bazarı 1,2 trilyon dəyərində qiymətləndirilir və bura dünyanın ilk 15 iqtisadiyyatı sırasında olan Türkiyə iqtisadiyyatı, Mərkəzi Asiyada kifayət qədər güclü iqtisadiyyata malik olan Qazaxıstan, həmçinin Özbəkistan, Türkmənistan, Qırğızıstan və Azərbaycan iqtisadiyyatları daxildir. Burada söhbət yalnız tranzit yükdaşımalardan gəlir əldə etməkdən getmir. Əlbəttə ki, Zəngəzur dəhlizi ilə yanaşı, Çindən Avropaya uzanan dəmir yolu da ərazisindən keçəcəyi dövlətlərə valyuta şəklində tranzit gəlirlər gətirəcək, büdcəyə valyuta axınını təmin edəcək. Yolun keçəcəyi ərazilərdə ictimai-siyasi sabitliyin davamlı olmasında dünyanın böyük qüvvələri də maraqlı olacaqlar. Transmilli korporasiyalar, iri şirkətlərin yükləri bu ərazilərdən daşınacaq və onlar da burada siyasi sabitliyə xüsusi diqqət edəcəklər. Bu fonda dəhlzin açılması, əslində, Ermənistanın öz gələcəyi üçün də çox mühümdür.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ