Bazar ertəsi günü, 09 noyabr 2026
     

Lavrovun rəsmi Bakının adından belə danışması nəyə əsaslanır...

Image


Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Bakı və İrəvan Qərbin sülh sazişinin bağlanmasına kömək etmək üçün səmimi istəyi olmadığını başa düşür.

Bu barədə TASS-a istinadən erməni mediası məlumat yayıb. “Təəssüf ki, ABŞ-ın və Avropa İttifaqının gördüyü işlərdə biz artıq danışıqlara kömək etmək arzusunu yox, regiona nüfuz etmək istəyini, Rusiya Federasiyasının qanuni maraqlarına təzyiq göstərmək niyyətini görürük. Bu, demək olar ki, həlledici rol oynayacaq bəzi qüvvələr kimi özünü göstərmək istəyidir”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunları üzrə açıqlamasında jurnalistlərə bildirib. Onun fikrincə, Qərbin bu cür hərəkətləri onun “NATO üzvləri və Aİ üzvlərinin sərhədlərindən uzaqda yerləşən regionlara genişlənmək istəyini əks etdirir və bunun vəziyyətin sabitləşməsinə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur. “Həm İrəvandakı, həm də Bakıdakı tərəfdaşlarımız, ümid edirəm ki, bunu başa düşürlər. Ən azı, onlarla nə baş verdiyini açıq şəkildə müzakirə edirik”, - Lavrov bildirib. O, həmçinin, "Biz digər beynəlxalq oyunçuların vasitəçilikdə əllərini sınamasına qarşı deyilik" deyib.  Eyni zamanda, rusiyalı nazir xəbərdarlıq etməyi də unutmayıb: “Əsas odur ki, bu vasitəçilik erməni və Azərbaycan xalqlarının, Ermənistan və Azərbaycan dövlətlərinin maraqlarının balansını əks etdirəcək razılaşmaların təmin edilməsi məqsədini güdməlidir”.

Lavrov nəyin əsasında “Bakıda və İrəvanda yaxşı başa düşürlər ki, Qərb iki ölkə arasında həqiqətən  sülhün bərqərar olmasında maraqlı deyil” deyir? Lavrov bunu hardan bilir? Niyə belə danışır?

  • “Qərb sülh sazişinin imzalanması üçün səmimi şəkildə çalışır, Rusiya kimi görüntü yaratmır”

 “Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “Qərbin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq istəyi, təbii ki, Lavrovun söylədiyi kimi deyil. Qərb səmimi şəkildə sülh sazişinin imzalanması üçün əlindən gələni etməyə çalışır. Ümumiyyətlə, beynəlxalq münasibətlərdə səmimiyyət barədə danışacaq sonuncu adam, yəqin ki, Rusiyanın xarici işlər naziridir. Çünki özünün dediyi kimi, həm Bakı, həm İrəvan yaxşı dərk edir ki, sülh sazişində vasitəçi olmaq istəyi Rusiyanın regionda qalmaq marağı ilə əlaqədardır. Ona görə monopolyanı heç kimə vermək istəmir, özü bu sazişin imzalanmasını təmin etmək istəyir. Düzdür, mümkün qədər bu hadisənin gec baş verməsini arzulayır. Çünki başı Ukraynaya qarışıb və bu sülh danışıqları ilə ciddi məşğul olmaq imkanına malik deyil. Ona görə də danışıqları mümkün qədər ləngitmək və Ukrayna müharibəsini bitirdikdən sonra sülh sazişi ilə daha ciddi məşğul olmaq istəyir”-deyə bildirdi.

A.Səmədovun fikrincə, əsas məqsəd yenə də hərbi iştirakını, hərbi mövcudluğunu saxlamaq şərti ilə bölgədə qalmaqdır, Rusiyanın səmimiyyəti bundan ibarətdir. “Bunun əksinə olaraq, Qərb sülh sazişinin imzalanmasını istəyir, bunun üçün əlindən gələni edir. Yəni Qərb sülh sazişinin imzalanması üçün səmimi şəkildə çalışır, Rusiya kimi görüntü yaratmır. Amma Qərb də Rusiyanı bölgədən uzaqlaşdırmaq istəyir. Bu iddiasında, təbiidir ki, Lavrov haqlıdır. Qərbin əsas məqsədi sülh sazişi imzalanandan sonra Rusiyanı bölgədən uzaqlaşdırmaqdır. Bu mənada Azərbaycanla Qərbin mövqeləri üst-üstə düşür. Etiraf etməliyik, ABŞ-ın və onun müttəfiqlərinin bölgəyə münasibəti Ukrayna müharibəsindən sonra kəskin şəkildə dəyişdi. Əgər 2022-ci ilə qədər ABŞ az qala hər həftə “Qarabağın statusu məsələsini həll etmək lazımdır”, “Minsk qrupu fəaliyyətini davam etdirməlidir” deyirdisə, artıq uzun müddətdir nə “status”dan danışır, nə ömrünü amerikalılara bağışlamış  Minsk qrupunu yada salır. Çünki Ukrayna müharibəsinin gedişçi göstərdi ki, Rusiya orada kifayət qədər çətin vəziyyətə düşüb və bu vəziyyətdən istifadə edib Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalatmaq və rus sülhməramlılarını bölgədən çıxarmaq mümkündür. Bu addım atıldıqan sonra, Qərbdə yaxşı başa düşürlər ki, Ermənistan da rus hərbi bazasının öz ərazisində qalmasını istəməyəcək. Artıq bu cür bəyanatlar səslənməkdədir. KTMT-dən danışarkən Paşinyan həmişə xüsusi vurğulayır ki, Ermənistan KTMT-dən çıxmayacaq, KTMT Ermənistandan çıxacaq. Yəni işarə vurur ki, 102-ci hərbi baza Ermənistandan çıxacaq. Təkcə Ermənistan hərbi bloku tərk etməyəcək. Bu da, təbiidir ki, Qərbin istəyinə uyğundur, Qərb arzulayır ki, bu proses mümkün qədər tez başa çatsın. Bütövülkdə, beynəlxalq münasibətlərdə səmimiyyətdən danışmaq nə Rusiyanın, nə də ABŞ-ın haqqıdır. Onlar, təbiidir ki, hər addımı öz maraqlarına uyğun olaraq, öz maraqlarını gözləyərək atırlar. Bu bəzən Azərbaycanın maraqlarına da uyğun olur. İndi Qərbin maraqları ilə Azərbaycanın maraqları üst-üstə düşür və bu səbəbdən son illər ilk dəfədir ki, biz amerikalılarla eyni mövqedən çıxış edərək Rusiya sülhməramlılarının bölgədən çıxıb getməsini arzulayırıq. Və ümid edirik ki, sülh sazişi imzalanandan sonra heç bir sülhməramlıya ehtiyac olmayacaq, Azərbaycan  Qarabağda yaşayan ermənilərin reinteqrasiya prosesini təmin edə biləcək”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ