çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənilər Azərbaycanla birbaşa dialoqa keçir - Rusiyanı yıxıb-sürüyürlər...

Image


“Rusiya beynəlxalq oyunçuların bir vasitəçi kimi güclərini Ermənistan və Azərbaycan arasında normallaşdırma prosesində sınamalarının əleyhinə deyil”. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin Minskdə keçirilən iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, burada dövlətlərin maraqlar balansı nəzərə alınmalıdır: “Ən əsası odur ki, bu vasitəçilik erməni və Azərbaycan xalqlarının, Ermənistan və Azərbaycan dövlətlərinin maraqlar balansını əks etdirən razılaşmaların təminatına yönəlsin”. Sergey Lavrov bir daha təkrar edib ki, Qərbin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə kömək üçün səmimi istəyi yoxdur: “Təəssüf ki, biz ABŞ və Avropa İttifaqının atdıqları addımlarda, tərəflərə razılaşmaqda kömək etmək istəyindən daha çox, regiona girmək, Rusiyanın qanuni maraqlarını sıxışdırmaq istəyi görürük. Mən ümid edirəm ki, bizim həm İrəvandakı, həm də Bakıdakı partnyorlarımız bunu başa düşürlər. Biz, heç olmasa, baş verənləri onlarla açıq müzakirə edirik”. Lavrov bir daha vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında razılaşmalar müstəsna olaraq Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatlara əsaslanmalıdır. Əslində, fakt ondan ibarətdir ki, hazırda bütün kənar oyunçular Ermənistan vasitəsilə prosesə təsir etməyə çalışır. Çünki məhz Ermənistan hazırda ən zəif halqadır. Kənar qüvvələr məhz Ermənistan vasitəsilə prosesə təsirlərini artırır. Bundan başqa, Ermənistan özü də Rusiyanı prosesdən kənarda qoymaq istiqamətində əməli addımlar atır. Bu, artıq erməni mediasında da açıq etiraf olunur. Qeyd edilən xüsusda “armenianreport”  portalı yazır: “Qərb vasitəçiləri Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında sülh gündəmini nə qədər fəal təbliğ edirlərsə, Bakı və İrəvanda təsir rıçaqlarını itirdiyini başa düşən Moskva bir o qədər əsəbi olur. Üstəlik, Rusiyada onlar qorxurlar ki, nəinki danışıqlar prosesinin kənarında qala, həm də regionumuzda mövcudluqlarını itirə bilərlər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Minskdəki qəzəbli çıxışı açıq şəkildə göstərir. Moskvada indi belə danışmağa başlayıblar. Belə çıxır ki, onlar narahatdırlar ki, ABŞ və Aİ-nin vasitəçiliyi ilə əldə olunan razılaşmalar region ölkələrinin marağını əks etdirir. Sual budur ki, niyə əvvəllər Moskva bizim üçün narahat deyildi? Axı, Rusiya Azərbaycana fəal surətdə silah satırdı, bu ölkə və Türkiyə ilə fəal ticarət aparırdı, müttəfiqi Ermənistanın hisslərindən qətiyyən narahat deyildi. Rusiya nə 2016-cı ilin aprelində, nə 2020-ci ilin yayında və payızında, nə də ondan sonrakı dövrdə Ermənistanın istəklərinə heç bir əhəmiyyət vermədi. Paşinyan 44 günlük müharibə ərzində Putinlə 60 dəfə telefonla danışıb, lakin erməni tərəfi ancaq güzəştə getməyə məcbur olub. Putin ancaq müharibənin nəticəsi bəlli olanda müdaxilə edib. İndi də Moskvanı birdən-birə erməni xalqının maraqları narahat edir? Açıq-aşkar yalan və sinizmdir.

Bəli, danışıqlar prosesi gedir. Lakin Rusiya da 30 ildən artıqdır ki, danışıqlarda vasitəçidir. Bəs o nəyə nail oldu? Qəti surətdə heç nəyə, çünki o, qarşısına belə bir məqsəd qoymayıb. Onun məqsədi münaqişə vəziyyətini qorumaq idi və onun köməyi ilə 30 il ərzində həm Bakıya, həm də İrəvana təzyiq rıçaqlarına malik ola bildi. Bu, sırf imperiya təfəkkürüdür - parçala və qalib gəl. Ola bilsin ki, inanılmaz bir fikir söyləyək: etiraf etmək lazımdır ki, erməni və Azərbaycan xalqları hələ də ümumi dil tapa, bir-biri ilə razılaşa bilər. Axı biz qonşuyuq, burada yan-yana yaşamağa davam edəcəyik. Amma Moskva bunu etməyə imkan vermədi. Tərəflər konstruktiv danışıqlara tərəf gedən kimi, heç olmasa, nəyisə razılaşdırmaq perspektivi yaranan kimi dərhal hər şeyə son qoyan fors-major hadisə baş verdi. Məsələn, hər iki tərəfdən insan itkiləri ilə təmas xəttində növbəti eskalasiya. Yaxud Ter-Petrosyanın devrilməsi. Yaxud parlamentin gülləbaran edilməsi.  Siyasətçilər arasında muzdluların olmadığını inkar etmirik. Azərbaycanlıları və erməniləri danışıqlar masası arxasına oturtmaq üçün Aİ və ABŞ, çox güman ki, öz məqsədlərini güdürlər. O cümlədən, regionda nüfuz və konsolidasiya baxımından. Amma bunun üçün onlara ermənilərlə azərbaycanlılar arasında sülh lazımdır. Və bu, Rusiya ilə Qərb arasında böyük fərqdir. Sözdə sülhə ehtiyac yoxdur - biz burada nə qədər çox döyüşsək, Rusiyanın bölgədəki hərbi və diplomatik mövcudluğu bir o qədər güclü olur. Rusiya burada danışıqların yox, münaqişənin moderatorudur. Rusiyanı buradan sıxışdırıb çıxarmaq üçün Qərbə ədalətli sülh lazımdır. Və bəli, Ermənistanda və Azərbaycanda hamı bunu çox yaxşı başa düşür. Ona görə də getdikcə daha çox Brüssel və Vaşinqton məkanlarına üstünlük verilir. Sonda bizi çuxura salmaqdansa, barışdırmaq daha yaxşıdır. Rusiyanın bütün bu illər ərzində etdiyi isə bizi çuxura salmaq olub. Amma nə biz, nə də azərbaycanlılar artıq ona güvənmirik. Və bu, Moskvada nə qədər çox başa düşülürsə, orada isteriya bir o qədər güclüdür. Amma nə əksən, onu biçərsən”. Burada qeyd etmək lazımdır ki, Azərbaycan dəfələrlə Ermənistana vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar aparmağı təklif edib. Hər dəfə də Ermənistan bundan imtina edib. Amma belə yanaşmanın səhv olduğunu indi ermənilər özləri də etiraf edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ