çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Rusiya-Ermənistan ziddiyyətləri daha gərgin məcraya çıxdı

Image


Rusiya və Ermənistan arasında artan ziddiyyətlər getdikcə daha gərgin məcraya qədəm qoymaqdadır. İndi hətta vəziyyət o həddə çatıb ki, İrəvan Moskvanın Qafan şəhərində konsulluq açmaq niyyətinə qarşı çıxır. Rusiya məsələni sürətləndirmək istəsə də, Ermənistan bunu əngəlləyir.

Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri-elçisi Maksim Seleznyov bu xüsusda qeyd edir: “Qafan şəhərində Rusiya konsulluğunun açılışı üçün hələ dəqiq tarix yoxdur, lakin Rusiya prosesi sürətləndirməyə çalışır. Biz konsulluğu tez bir zamanda açmağa çalışırıq. Bu günlərdə Moskvadan olan həmkarlarımızla, Qafan meriyası ilə birlikdə bizə uyğun gələn bir neçə obyektə baxış keçirdik. Və demək istəyirəm, müəyyən həll yolları var ki, biz onlarla işləməyə davam edəcəyik”. Seleznyov qeyd edib ki, baş konsulluq iki əsas funksiyanı yerinə yetirir: faktiki konsulluq xidmətləri və siyasi funksiya: “Biz xalqa, şəhərin, bölgənin rəhbərliyinə daha yaxın olacağıq. Gizlətməyəcəyəm ki, burada Rusiyanın iqtisadi, hərbi, sərhəd kimi varlığı mövcuddur. Baş konsulluğun açılması isə bu mövqelərimizi möhkəmlənməyə doğru daha bir addımdır”. Amma Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan tamam fərqli mövqe sərgiləyir: “Bəli, Rusiya Ermənistanın Zəngəzur vilayətinin Qafan şəhərində konsulluq açmaq istəyir. Amma bu məsələ müzakirə olunur və Rusiyanın İrəvandakı səfirliyi Qafanda konsulluq açmaq zərurətini izah etməlidir”.  Burada xatırladaq ki, ötən ilin oktyabrında Qafanda İranın konsulluğu açılıb. Açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iştirak etmişdi. O zaman Ermənistan konsulluğun açılması üçün Rusiyadan heç bir izahat tələb etməmişdi. Amma Rusiyadan bu izahat tələb olunur. Ekspertlərə görə, İrandan sonra Rusiyanın bu bölgədə konsulluq açması geosiyasi mübarizənin indi Zəngəzura keçdiyini göstərir. Konsulluq məsələsi prosesin hələlik diplomatik müstəvidə getdiyini göstərir. Belə görünür ki, bu dəfə Ermənistan Rusiyanın tələblərini geri çevirməyi düşünür. Amma Ermənistanla Rusiya arasında ziddiyyət təkcə bununla məhdudlaşmır. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın açıqlamaları da bunu təsdiq edir. O bildirib ki, Azərbaycan və Naxçıvan arasındakı nəqliyyat kommunikasiyasına Rusiya sərhədçiləri yox, Ermənistan sərhədçiləri nəzarət etməlidir: “10 noyabr bəyanatında və Rusiya prezidentinin imzaladığı sonrakı fərmanda Rusiya FTX-nin nəzarət yox, monitorinq funksiyasından daha çox söhbət gedir”. Nazir müavini deyib ki, kommunikasiyaların blokdan çıxarılması məsələsi hazırda müzakirə mərhələsindədir. “Azərbaycan və Naxçıvan arasındakı dəmir yolu bu il istismara veriləcəkmi” sualına Kostanyan belə cavab verib: “Ermənistan kommunikasiyaların açılmasında maraqlıdır və bu prosesi irəlilətməyə hazırdır. O cümlədən dəmir yolunun açılmasında. Elə ki, suverenlik və yurisdiksiya prinsipləri barədə razılaşma əldə olundu, biz irəliləməyə hazır olacağıq”. Kostanyan bu məsələdə hələ də razılaşma olmadığına dair suala cavab verərkən deyib ki, belə bir razılaşma əldə olunanda məlumat veriləcək. Nazir müavini bir daha vurğulayıb ki, Ermənistan üçün prinsipial məsələ təhlükəsizlik və blokdan çıxarmanın Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində olmasıdır. Bakı isə 10 noyabr razılaşmasına müvafiq olaraq Ermənistan ərazisindən keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarət etməsində təkid edir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da etiraf edir ki, kommunikasiyaların açılmasında hələ də həll olunmamış məsələ Zəngəzurdan keçən yollarda adamların təhlükəsizliyini kimin təmin edəcəyidir.

O qeyd edir ki,  Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupu formatında keçirilən görüşün yekunu olaraq, regionda nəqliyyat əlaqələrinin bloklanmasının bərpası ilə başlayacağını bəyan edən hərtərəfli sənəd formalaşdırılıb. Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu ilə gedəcək dəmir yolu bu fonda işə düşəcək: “Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun müəyyən hissələri onların ərazisində yerləşəcək ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. Görünür, bunlar göz qabağında olan şeylərdir, lakin iki dövlət və xalq arasında yaranmış münasibətləri nəzərə alaraq, bütün bunları şərtləndirmək lazımdır.  Bizim vəziyyətimizdə hamı başa düşür ki, bundan başqa alternativ yoxdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və dünyaya nail olmağın ən yaxşı yolu insanlara sülh yolu ilə qarşılıqlı əlaqə imkanı açmaq, ümumi yol qurmaqdır ki, bu yoldan insanlar və mallar daha sonra keçəcək, normal həyat və ticarət başlayacaq və tədricən köhnə şikayətlər arxa plana keçəcək”. Eyni zamanda, Rusiya baş nazirinin müavini vurğulayıb ki, yolların açılmasında əsas məsələ bu marşrutlardan istifadə edən insanların təhlükəsizliyini kimin təmin etməsidir: “Sənəd layihəsi bizim səviyyədə formalaşıb və demək olar ki, tamamilə razılaşdırılıb, baxmayaraq ki, əsas məsələ: sadə azərbaycanlıların və ermənilərin sərhədi keçərkən bir-biri ilə necə qarşılıqlı əlaqədə olması üzərində hələ də işləmək lazımdır”. Amma baş nazir müavinlərinin son üçtərəfli görüşündən sonra rəsmi İrəvan bəyan edib ki, blokada aradan qaldırlacağı təqdirdə Ermənistan ərazisində sərhəd xidməti Ermənistan tərəfindən həyata keçirilməlidir. Amma Moskva və Bakı Rusiya sərhədçilərinin Ermənistanda yola nəzarət etməsində təkid edir. Belə bir vaxtda məlum olub ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə görüş təklifi göndərib. Baş nazirin müavininin ofisindən verilən məlumata görə, təklifin məqsədi xüsusilə Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan cari problemli məsələləri müzakirə etməkdir. Lakin Qriqoryanın görüşün harada və hansı formatda keçirilməsini təklif etdiyi bəlli deyil. Xatırladaq ki, Qriqoryan və Mustafayev regionda kommunikasiyaların qarşısının alınması üçün yaradılmış üçtərəfli işçi qrupuna həmsədrlik edirlər, Aleksey Overçuk isə Rusiya tərəfdən həmsədrdir. İşçi qrupun son iclası bu il iyunun 2-də Moskvada baş tutub. Overçukun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupun növbəti görüşünün nə vaxt keçiriləcəyi məlum deyil: “Biz, demək olar ki, iki il yarımdır işləyirik, lakin görüşlərin dəqiq cədvəlini hazırlamamışıq”. Overçukun sözlərinə görə, prosesə sərhəddə baş verənlər təsir edir: “Atışma dayandırılsa, həll yollarını tapmaq çox asan olardı. Buna görə də tərəflər fasilələr verir, ekspertləri cəlb edir, istənilən təklif və qərarları hərtərəfli və yoxlanılmış təhlildən keçirirlər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ