çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan ABŞ və Rusiyanın əsas tərəfdaşı statusunda - Ermənistan sazişə məcbur edilir...

Image


Ermənistanda və Qarabağda qalan bəzi ermənilərin fəaliyyəti regonda yenə vəziyyətin gərginləşməsinə xidmət etməkdədir. Hər halda, baş verən silahlı insidentlər də bunu təsdiq edir.

Qeyd edək ki, bu vaxta qədər məhz erməni tərəfinin fəaliyyəti üzündən sülh müqaviləsinin imzalanması mümkün olmayıb. Elə bu da vəziyyətin gərgin həddə qalmasına, eyni zamanda geosiyasi ziddiyyət predmetinə çevrilməsinə gətirib çıxarır. Məsələn, son günlərdə Rusiyanın bir çox media orqanları Qarabağda, Laçın yolunda və Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətdən, ən başlıcası, bu proseslərə ABŞ-ın müdaxilə cəhdlərindən yazırlar.

Rusiya mediasının iddialarına görə, ABŞ tərəflərə Bakı ilə Xankəndi arasında mümkün dialoqun vasitəçiliyini qəbul etdirməyə çalışır. Rusiya Xarici İşlər Nazirliyi TASS dövlət xəbər agentliyinə bu xəbərlərdən narahat olduğunu bildirib. Rusiyanın “Komsomolskaya Pravda” qəzeti öz mənbələrinə istinadla yazıb ki, ABŞ Qarabağ separatçılarından Azərbaycanla üçüncü bir ölkədə və ABŞ kuratorlarının müşahidəçiliyi ilə dialoqa razılıq vermələrini ultimativ şəkildə tələb edib. Qəzet iddia edir ki, Qarabağ rejimini, bu dialoqdan imtina edərsə, Azərbaycanın antiterror əməliyyatı ilə hədələyirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  keçirdiyi brifinqdə bu media məlumatlarından agah olduğunu bildirib. O əlavə edib ki, faktlar təsdiqlənərsə, ABŞ tərəfi buna görə izahat verməli olacaq. Rusiyanın “Novıye İzvestiya” qəzetinin yazarı Sergey Kron da çox maraqlı məqamlara toxunur: “Vaşinqton Azərbaycana doğru yeni dönüşə başlayıb. Prezident Co Baydenin fikrincə, Rusiyanı Cənubi Qafqazdan qovmaq və Bakını regionda əsas müttəfiq etməyin vaxtı çatıb. Buna görə də Azərbaycana erməni lobbisi ilə heç bir şəkildə bağlılığı olmayan Mark Libbini səfir göndərmək qərarı verilib”. Məqalədə deyilir ki, bundan əvvəl Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) və ABŞ Konqresindəki nüfuzlu erməni lobbisi vəd etmişdilər ki, Libbi əlini “İncil”ə basaraq ABŞ-ın Azərbaycana silah satmayacağını vəd etməyənədək onun Bakıya səfir təyin edilməsinə imkan verməyəcəklər. Amma Kron bunu da qeyd edir ki, səfirlər silah təchizatı ilə məşğul olmurlar: “ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi artıq bir ildir boş qalır. Ağ Evin Azərbaycanda səfir vəzifəsinə namizədi Mark Libbi iyunun 12-də ABŞ senatorları qarşısında çıxış edib. Əvvəllər ABŞ-ın Brüsseldə, Varşavada, Nassau, Nikosiya və Bağdaddakı missiyalarında çalışmış Libbi bu görüş zamanı ehtiyatla danışmağa çalışırdı. O bildirirdi ki, Azərbaycandakı fəaliyyəti “ərazi bütövlüyü, suverenlik və regionun bütün sakinlərinin hüquq və təhlükəsizliyi” kimi məsələlərlə bağlı olacaq. Diplomatın dediyinə görə, Bakı və İrəvan arasında sülh müqaviləsinin əldə olunması ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə yol açacaq, bu isə regionda sabitlik yaradacaq və münaqişədən fayda götürməyə çalışan rəqiblərin qarşısını alacaq. Libbi Konqresdə erməniyönlü mövqeyi ilə tanınan senator Bob Menendesin Laçın dəhlizi barədə sualına belə cavab verib: “Mən bu məsələyə qərəzli yanaşmaq istəmirəm və nəzərə alıram ki, bu çox mürəkkəb məsələni münaqişə tərəflərinin özləri həll etməlidir”.

“Novıye İzvestiya” yazır ki, erməni lobbiçiləri Rusiya sülhməramlılarının Laçın dəhlizindən çıxmasını tələb edirlər: “Beləliklə də, Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah və erməni döyüşçülərin gətirilməsi mümkün olardı”. Rusiyanın “Vestnik Kavkaza” portalının baş təhlilçisi Andrey Petrov iddia edir ki, ABŞ-ın Laçın dəhlizi məsələsində Bakıya təzyiq göstərməsi Qarabağ iqtisadi rayonuna hər hansı beynəlxalq missiyanın göndərilməsi məqsədi ilə bağlıdır: “İrəvan da Rusiya sülhməramlılarının amerikalı hərbçilərlə əvəz olunmasını istəyir. Amma  Azərbaycan öz ərazisində heç bir “beynəlxalq missiyaya” razılıq verməyəcək. ABŞ Azərbaycanı Cənubi Qafqazda əsas müttəfiqi edə bilməyəcək. Əksinə, İrəvan Kollektiv Təklüləsizlik Müqaviləsi Təşkilatından çıxaraq ABŞ-ın əsas müttəfiqi olacaq. Onda Azərbaycan Rusiyanın regiondakı yeganə müttəfiqi olacaq. Məsələ burasındadır ki, amerikalıların Bakıya təklif etmək üçün onun milli maraqlarından, qonşu Rusiya ilə iqtisadi və mədəniyyət əlaqələrindən üstün olacaq heç nələri yoxdur. Gələcəkdə necə olacaq? Nə qədər ki, İlham Əliyev prezidentdir heç nə dəyişməyəcək”. Bəzi müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Rusiya hakimiyyət dairələrində və Rusiya mediasında belə bir narahatlıq Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ərəfəsinə təsadüf edib. İyunun 12-də keçirilməli olan danışıqlar Azərbaycan tərəfinin ricası ilə təxirə salınıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə məlumatında görüşün başqa vaxtda keçiriləcəyinə ümid ifadə olunur, amma təxirə salınmanın səbəbinə aydınlıq gətirilmir: “Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri rəhbərlərin növbəti görüşünün tarixinin dəqiqləşdirilməsi üzərində iş davam edir və ümid edirik ki, bu görüş yaxın vaxtlarda baş tutacaq. Bir qayda olaraq, müəyyən olunmuş praktikaya əsasən, görüşün tarixini danışıqları təşkil edən tərəf elan edir”. Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov isə qeyd edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Rusiya və ABŞ-ın yanaşmaları arasında fərq var: “Rusiya üçün son dərəcə vacibdir ki, sülh məsələsində irəliləyiş Rusiya ilə bağlı olsun və Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində vasitəçi, memar Rusiya olsun”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ