çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ABŞ BMT TŞ-da islahatlara qəti qərar verdi - Türkiyənin yolu genişlənir...

Image


ABŞ prezident administrasiyası BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini təklif edəcək. Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Baydenin planlarına görə, altıya qədər ölkə Təhlükəsizlik Şurasının daimi üzvü statusunu ala bilər, lakin veto hüququ olmayacaq. Bu tədbir dünyanın ən böyük təşkilatında qlobal təmsilçiliyi genişləndirmək məqsədi daşıyır.

Qəzetin yazdığına görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild bu ilin payızında Nyu-Yorkda dünya liderlərinin illik sammiti ərəfəsində Təhlükəsizlik Şurasının genişləndirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən olan diplomatlarla fəal danışıqlar aparır.

Məlumdur ki, anonsu edilən bu islahat Azərbaycanın da marağına uyğundur. Çünki Azərbaycan Prezidenti də dəfələrlə TŞ-nin genişlənməsinin zəruruliyini vurğulayıb, eyni zamanda qeyd edib ki, Qoşulmama Hırəkatı, Türk Dövlətləri Birliyini də təmsil edən bir dövlət TŞ-yə daxil edilməlidir.  

ABŞ-ın planının baş tutma ehtimalı nə dərəcədədir və bu olarsa Türkiyənin TŞ-yə üzvlük perspektivi necə qiymətləndirilə bilər?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, İkinci Dünya müharibəsindən sonra “bretton woods”  beynəlxalq ticarət sistemi məhz qalib tərəfin özünün maraqlarını qlobal bir konsepsiyada qəbul etdirmək və ümumilikdə daha sonrakı mərhələlərdə dünya müharibələrinin olmaması üçün sülhün  formalaşması konsepsiyasını tətbiq etdi: “İlkin mərhələdə bu konsepsiyanı irəli sürərək “bretton woods” beynəlxalq ticarət sisteminin əsasını qoyanlar ümumilikdə qlobal səviyyədə bir sıra dövlətlərin maraqlarının müdafiəçisi qismində meydan gəldilər. Onlar hesab edidilər ki, İkinci Dünya müharibəsindən sonra formalaşan bu sistem ümumilikdə həm də sülh və sabitliyə gətirəcək. Bu sistemin formalaşması qloballaşmanın ilkin mərhələsi idi. Burada da vacib alət kimi BMT və BMT Təhlükəsizlik Şurası oldu. Təhlükəsizlik Şurası “bretton woods” beynəlxalq sisteminin formalaşmasında mexanizm kimi nəzərdə tutuldu və get-gedə dünya üç hissəyə, üç sinfə bölündü. Nəticədə bütün dünyada bərabərsizlik artdı. Təhlükəsizlik Şurasının daimi üzvlərinin əsas missiyası BMT-ni öz maraqlarını yeritmək üçün alət kimi istifadə edərək Afrika, Yaxın Şərq kimi regionlarda resurslar ələ keçirmək oldu. BMT TŞ-də ən çox qazanan ölkə həmişə Fransa olub.

Son illərdə, xüsusən COVİD-19 pandemiyası zamanı “bretton woods” sisteminin, yəni BMT TŞ-nin dünya üçün müsbət nəsə vermədiyi, yetərsiz olduğu bir daha ortaya çıxdı. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi hücumu isə qlobal səviyyədə problemləri, BMT TŞ-nin tamamilə iflic olduğunu ortaya çıxardı. BMT TŞ-nin beş daimi üzvündən biri BMT-nin üzvü olan dövlətin ərazisinə hərbi hücum etdi və ərazisinin bir hissəsini işğal elədi. TŞ-nin digər üzvü bu məsələni müzakirəyə çıxardı. Amma 5 daimi üzvdən biri olan aqressor dövlət buna veto qoydu. Beləliklə, TŞ-nin iflic durumunda olduğu, işlək olmadığı bir daha isbat olundu. Bu sistemin özünü doğrultmadığı, islahatlara ehtiyac olduğu şəksizdir. İdarə edənlərlə idarə olunanlar arasında uçurum, qeyri-uzlaşma bu sistemi iflic vəziyyətinə gətirdi. BMT TŞ dəfələrlə beynəlxalq hüququ çeynəyib. Artıq dünyada onlara etimad qalmayıb".

Ekspertin sözlərinə görəz, dünyanın bir nömrəli beynəlxalq təşkilatının Təhlükəsizlik Şurası xristian klubu kimi tanınır: “İslahatlara ciddi ehtiyac var. İlk növbədə daimi üzvlər sırasında iki milyarddan çox müsəlmanı təmsil edən dövlət olmalıdır. İslam dünyasının maraqları “bretton woods”  sistemində qorunmadı və qorunmur. Ona görə də İslam Əməkdaşlıq Təşkilatının rotasiya qaydasında müəyyən edəcəyi bir müsəlman dövləti TŞ-nin daimi üzvü olmalıdır. BMT-nin yenidən qurulması, orada islahatlar aparılması məsələsi son illərdə gündəmin əsas müzakirə olunan məsələlərindən birinə çevrilib. Hamı yaxşı bilir ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələr özlərinin veto hüququndan istifadə edərək fərqli xarakterli məsələlərin müzakirəsi zamanı həmin məsələlərə dair qərar və qətnamələrin qəbul edilməsini bloklayırlar. Bu nöqteyi-nəzərdən BMT dünyanın bütün coğrafi mövqelərini əhatə edən qlobal xarakterli məsələləri müzakirə edərkən həmişə bu 5 dövlətin geosiyasi maraqlarının toqquşmasından irəli gələn qərarsızlıqlara tuş gəlir və bu səbəbdən də səmərəli fəaliyyət göstərə bilmir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin yenidən qurulması, eyni zamanda qurumun həm Təhlükəsizlik Şurasının, həm də Baş Məclisinin fəaliyyətini artırmaq üçün təkliflər verib. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 5 daimi, 10 da keçici, 2 il müddətinə seçilmiş üzv ölkəsi var. Keçici üzvlərin heç bir veto qoymaq səlahiyyəti yoxdur. Onların tərkibi hər iki ildən bir təzələnir. Amma 5 daimi üzv orada qəbul edilən qərarların hamısını öz nəzarətində saxlayır. Ona görə də bu gün bir çox dövlətlər - islam ölkələri, Qoşulmama Hərəkatı, digər qurumlar tərəfindən belə səslər eşidilməkdədir ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli, oraya yeni üzvlər qəbul olunmalıdır. Almaniya kimi böyük dövlət Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddia edir. Bunu demək mümkündürsə, BMT-nin ilk növbədə, Təhlükəsizlik Şurasının üzvlərinin tərkibinin dəyişdirilməsini, onların sayının 15-ə qaldırılmasını təklif edən dövlətlər çoxdur. Azərbaycan da, İslam Əməkdaşlıq Təşkilatı da, Qoşulmama Hərəkatı da bu mövqedədir. BMT-nin işini daha səmərəli qurmaq üçün Baş Məclisində dəyişikliklər aparması təklifləri var. Bir sözlə, BMT-nin dünyada sülh və əminamanlığın başlıca qoruyucusu kimi səmərəli fəaliyyəti üçün bu təşkilatda ciddi struktur islahatlarına ehtiyacın olduğunu əksər dövlətlər deyir. Artıq elə vəziyyət gəlib yetişib ki, BMT baş katibi də BMT-də islahatların vacibliyindən danışır.

Lakin islahatlar təklifinin reallaşmasına məhz Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlər -“bretton woods” sisteminin üzvləri imkan vermir. Eyni zamanda Türkiyənin TŞ daimi üzvü olmasını istəmirlər. Çünki onlar BMT-nin öz monopolyalarından çıxmasına qarşıdırlar. ABŞ-ın bu fəallığı getməkdə olan prosesə özünü qoşmaq cəhdidir. Bu prosesi ABŞ aparmır. İlk olaraq belə bir təkliflə Türkiyə prezidenti, ardınca da cənab İlham Əliyev bunu konsepsiya formasında genişləndirərək çıxış etdi. BMT-nin sədri tərəfindən İlham Əliyevə təşəkkür edilməsi onu deməyə əsas verir ki, təkliflər ciddi şəkildə nəzərdən keçirilib. Proseslərin yerindən tərpəndiyini görən ABŞ özünə dividend qazanmaq istəyir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ