şənbə günü, 15 avqust 2026
     

Azər­bay­ca­nın su­fi mü­tə­fək­kir­lə­ri­nin gö­rüş­lə­rin­də to­le­rantlıq ide­ya­la­rı və azər­bay­can­çı­lı­ğın vəh­də­ti...

Image


Azər­bay­can­da to­le­rantlı­ğın bö­yük ta­ri­xi ol­du­ğu­nu qə­dim mən­bə­lər təs­diq­lə­yir. Həm qə­dim dövrlə­rə, həm də or­ta əsrlə­rə aid olan əsər­lər­də, mən­bə­lər­də to­le­rantlı­ğın qiy­mət­li nü­mu­nə­lə­ri­nə rast gə­li­rik. To­le­rantlı­ğın Azər­bay­can mo­de­li əsrlər bo­yu for­ma­la­şıb.

Azər­bay­can­çı­lıq ör­nə­yi olan to­le­rantlıq da­hi­lə­ri­mi­zin, mü­tə­fək­kir­lə­ri­mi­zin dün­ya­gö­rü­şün­də özü­nü gös­tə­rir. Azər­bay­can alim­lə­ri­nin əsər­lə­rin­də to­le­rantlı­ğın də­rin iz­lə­ri­nə rast gə­li­nir. Azər­bay­can­çı­lı­ğa xid­mət edən mü­tə­fək­kir­lə­ri­miz, qüd­rət­li su­fi alim­lə­ri to­le­rantlı­ğa bö­yük töh­fə­lər ve­rib.  

Təd­qi­qat­çı­lar Azər­bay­ca­nın su­fi mü­tə­fək­kir­lə­ri­nin dün­ya­gö­rü­şün­də to­le­rantlıq ide­ya­la­rı­nı araş­dı­rıb. Araş­dır­ma za­ma­nı ol­duq­ca ma­raq­lı faktlar üzə çı­xıb.

"Mul­ti­kul­tu­ra­liz­mə gi­riş" dərsli­yin­də bu mə­sə­lə­yə ge­niş yer ve­ri­lib. Azər­bay­ca­nın su­fi mü­tə­fək­kir­lə­ri­nin gö­rüş­lə­rin­də to­le­rantlıq ide­ya­la­rı bu gün də ak­tu­al­dır. Bu həm də on­dan irə­li gə­lir ki, öl­kə­miz ta­ri­xən to­le­rantlı­ğın qay­naq­la­rın­dan olub.

"Mul­ti­kul­tu­ra­liz­mə gi­riş"də mü­va­fiq möv­zu­nu araş­dı­rıb təq­dim edən mü­əl­lif­lər ya­zır ki, or­ta yü­zil­lik­lər­də is­lam alə­min­də, o cüm­lə­dən Azər­bay­can­da ge­niş ya­yı­lan di­ni cə­rə­yan­lar­dan bi­ri ide­ya-nə­zə­ri ba­xım­dan zən­gin, elə­cə də ri­tu­al və ayin­lə­rin çox­lu­ğu və rən­ga­rənkli­yi ilə diq­qə­ti çə­kən su­fizm mü­hüm əhə­miy­yət kəsb edir­di: "Su­fi­li­lər baş­qa din­dən olan­la­ra, di­gər di­ni inancla­ra hör­mət bəs­lə­yir, hət­ta baş­qa din­dən olan­la­rı öz ara­la­rı­na al­maq­dan be­lə çə­kin­mir­di­lər. On­lar de­yir­di­lər ki, "nə qə­dər in­san var­sa, haq­qa da o qə­dər yol var". Bö­yük su­fi bi­lik ada­mı İbn Ərə­bi de­yir­di: "Mə­nim kön­lüm is­tə­ni­lən for­ma­nı gö­tür­mə­yə baş­la­yıb: o həm cü­yür­lər üçün ot­laq, həm xris­ti­an­lar üçün mo­nas­tır, büt­pə­rəstlər üçün­sə mə­bəd­dir. O tə­vat edən­lər üçün Kə­bə, Töv­ra­tın, Qu­ra­nın sə­hi­fə­lə­ri­dir". Bü­tün din­lə­ri bir ara­da gö­rən Möv­la­na isə de­yir­di: "...ka­fir­sən, mü­səl­man­san, büt­pə­rəstsən, hət­ta din düş­mə­ni­sən­sə, bi­zim ümid qa­pı­mız sə­nin üzü­nə açıq­dır, gəl", "...ay­rı­lıq ge­diş tər­zin­də­dir, yo­lun hə­qi­qə­tin­də de­yil". Hət­ta İs­tan­bul ci­va­rın­dan bir nə­fər ke­şiş onun mü­ri­di ol­muş­du. Şəms Təb­riz­li isə bil­di­rir­di: "Mən ka­fi­rəm, sən mü­səl­man­san. Mü­səl­man ka­fi­rin için­də am­ma. Aləm­də ka­fir ha­nı? Gös­tər, səc­də edim ona".

Or­ta əsrlər Azər­bay­ca­nın en­sik­lo­pe­dik bi­lik­lə­rə ma­lik şəx­siy­yət­lə­rin­dən bi­ri də Mah­mud Şə­büs­tə­ri idi. Sə­dəd­din Mah­mud ibn Əb­dül Kə­rim ibn Yəh­ya Şə­büs­tə­ri Təb­ri­zi 1287-ci il­də Təb­riz ya­xın­lı­ğın­da yer­lə­şən Şə­büs­tər­də do­ğu­lub. O, ila­hiy­yat, fəl­sə­fə, astro­no­mi­ya, tibb, fi­lo­lo­gi­ya və s. elmlər­lə ya­na­şı, su­fiz­min də ən gör­kəm­li nə­zə­riy­yə­çi­lə­rin­dən bi­ri olub. O, təh­si­li­ni da­vam et­dir­mək üçün ila­hiy­yat və elm mər­kəz­lə­ri ki­mi ta­nı­nan Mi­sir­də, Hi­caz­da, Su­ri­ya­da, İraq­da və di­gər öl­kə­lər­də olub. Şə­büs­tə­ri ya­ra­dı­cı­lı­ğı­nın çi­çək­lən­di­yi bir dövrdə - 1320-ci il­də 33 ya­şın­da və­fat edib. Bu­na bax­ma­ya­raq, o, özün­dən son­ra çox zən­gin bir irs qo­yub ge­dib: "Sə­a­dət­na­mə", "Kən­zül-xə­qa­iq" ("Hə­qi­qət­lər xə­zi­nə­si"), "Həq­qül-yə­qin fi Mə­ri­fə­ti rəb­bül alə­min" ("Alə­min ya­ra­dı­cı­sı­nı dərk et­mək üçün şək­siz hə­qi­qət­lər"), "Mi­rat ul-mü­həq­qi­qin" (Hə­qi­qət ax­ta­ran­la­rın güz­gü­sü) və "Gül­şə­ni-raz" (Sir­lər bağ­ça­sı). Onun su­fiz­min bir sı­ra nə­zə­ri mə­sə­lə­lə­ri­nin şər­hin­də mü­hüm rol oy­na­yan "Gül­şə­ni-raz" əsə­ri çox po­pul­yar­lıq qa­za­nıb və XIV yü­zil­lik­dən eti­ba­rən bir çox dil­lə­rə tər­cü­mə olu­nub (1426-cı il­də əsər Şi­ra­zi tə­rə­fin­dən Azər­bay­can di­li­nə tər­cü­mə olu­nub). Bu əsə­rin po­pul­yar­lı­ğı­nı və əhə­miy­yə­ti­ni təs­diq edən faktlar­dan bi­ri də odur ki, bu əsə­rə za­man-za­man mü­ra­ci­ət­lər olu­nub və şərhlər ya­zı­lıb. Mə­lu­mat­la­ra gö­rə, tək­cə Şə­büs­tə­ri­nin bu əsə­ri­nə 49 şərh ya­zı­lıb. Şə­büs­tə­ri xo­ra­san­lı alim şeyx Mir Hü­sey­ni Sə­a­də­ti­nin su­al­la­rı­nı ca­vab­lan­dır­dı­ğı və su­fi­li­yə da­ir bir sı­ra ba­xış­la­rın və an­la­yış­la­rın iza­hı­nı ver­di­yi "Gül­şə­ni-raz" əsə­ri şərh edə­cə­yi­miz möv­zu ba­xı­mın­dan əhə­miy­yət­li­dir. Büt, zün­nar (xris­ti­an­la­rın bel­lə­ri­nə bağ­la­dı­ğı qur­şaq) və tər­sa­lıq (xris­ti­an­lıq) qal əh­li­nin nə­zə­rin­də küfr he­sab edi­lir. "Gül­şə­ni-raz" mü­əl­li­fi­nə gö­rə, bu əsl hə­qi­qə­ti dərk et­mə­yən za­hir əh­li, qal əh­li üçün be­lədr. Mə­na əh­li­nə, ir­fa­ni tə­səv­vü­rə gö­rə isə, büt eşq və vəh­dət məz­hə­ri, hə­qi­qi sev­gi­li, zün­nar Haqq yo­lun­da xid­mə­tə bağ­lan­maq, sa­li­kin tə­ri­qət yo­lun­da et­di­yi xid­mət və ita­ət, tər­sa­lıq­sa ka­mil mür­şid, hər cür dün­yə­vi hə­vəs­lər­dən, pis si­fət­lər­dən qur­tu­lan və ali mə­nə­vi-ru­ha­ni mə­qa­ma yük­səl­miş ir­şad si­fət­lə­ri­nin tə­cəl­li­si, ru­hi yük­sə­liş an­la­mın­da­dır".

Mü­əl­lif­lər ya­zır ki, M.Şə­büs­tə­ri­yə gö­rə, küfr də, din də var­lı­ğa bağ­lı ol­du­ğun­dan, töv­hid­lə büt­pə­rəstlik ara­sın­da heç bir fərq yox­dur. Çün­ki mad­di ger­çək­lik­də­ki bü­tün əş­ya­lar va­hid bir var­lı­ğa-Al­la­ha bağ­lı­dır. Be­lə ki, var­lıq­da­kı bü­tün əş­ya­la­rı, o cüm­lə­dən də bü­tü Al­lah ya­ra­dıb. Ona gö­rə də büt pis ola və küfr he­sab edi­lə bil­məz. O sə­bə­bə gö­rə ki, "yax­şı­dan sa­dir olan hər şey yax­şı­dır". Əgər bü­tü də, baş­qa məx­lu­qa­tı da Al­lah-ta­a­la, yə­ni yax­şı ya­ra­dıb­sa, on­la­ra pis de­mək ol­maz. Bu mə­qam­da büt eş­qin və vəh­də­tin (bir­li­yin) rəm­zi­dir, zün­nar bağ­la­maq isə xid­mə­tə bağ­lan­maq­dır. Küfr də, din də var­lıq­la bağ­lı ol­du­ğu üçün vəh­dət (bir­lik) elə büt­pə­rəstli­yin özü­dür.

Bü­tün əş­ya­lar, var­lı­ğın rəm­zi­dir,
O cüm­lə­dən bi­ri də elə büt­dür.
Ey ağıl­lı in­san, yax­şı­ca dü­şün,
Büt var­lıq ba­xı­mın­dan ba­til de­yil.
Bil ki, bü­tü ya­ra­dan da ulu Tan­rı­dır,
Yax­şı­nın ya­rat­dı­ğı hər şey yax­şı­dır. (M.Şə­büs­tə­ri "Gül­şə­ni- raz").

Ya­zı­lan­la­ra gö­rə, M.Şə­büs­tə­ri tə­səv­vü­fi nöq­te­yi-nə­zər­dən onu da izah edir ki, mü­səl­man əgər bil­səy­di ki, büt nə­dir, ona si­ta­yi­şin Haq­qa si­ta­yiş ol­du­ğu­nu an­la­yar­dı.

Təd­qi­qat­çı Ya­qub Ba­ba­yev "Tə­ri­qət ədə­biy­ya­tı: su­fizm, hü­ru­fizm" (Ali mək­təb­lə­rin fi­lo­lo­ji fa­kül­tə­lə­ri üçün dərs və­sa­i­ti) ki­ta­bın­da ya­zır ki, Şə­büs­tə­ri­yə gö­rə, büt­pə­rəst isə bü­tün nə ol­du­ğu­nu dərk et­səy­di, di­nin­dən dö­nüb gü­nah iş­lət­məz­di: "Şa­ir fi­lo­sof is­rar edir ki, din­lər, eti­qad­lar, inanclar, iba­dət və ita­ət­lər ara­sın­da heç bir fərq yox­dur. İn­san­la­rı di­ni, ir­qi, cin­si və s. əla­mət­lə­ri­nə gö­rə fərqlən­dir­mək, mü­səl­ma­nı xris­ti­an­dan, bi­ri­ni baş­qa­sın­dan üs­tün tut­maq ol­maz. Çün­ki son məq­səd bü­tün din­lər və eti­qad­lar üçün ye­ga­nə mə­bud olan Al­lah­dır. İn­san­la­rı fərqlən­di­rən yal­nız on­la­rın müt­ləq olan Haq­qı və onun hə­qi­qət­lə­ri­ni han­sı də­rə­cə­də dərk et­mə­lə­ri, ca­hil­lik­lə­ri və ka­mil­lik­lə­ri, bu yol­da tut­duq­la­rı mə­qam­dır".

Ş.Təb­ri­zi­nin bir şe­i­ri­nin di­li­mi­zə sət­ri tər­cü­mə­si aşa­ğı­da­kı ki­mi­dir: Eşit mə­ni, mən özüm özü­mə ta­nın­maz bir kə­səm, in­di Al­la­hın adı­na mən nə et­mə­li­yəm? Mən nə xa­ça, nə də ay­na­pa­ya sidq-ürək­dən vu­rul­ma­mı­şam, mən nə ga­vur, nə də yə­hu­di de­yi­ləm. Nə Şərq, nə Qərb, nə tor­paq, nə də də­niz mə­nim evim de­yil, mən nə ila­hə, nə də cin­lə qo­hum de­yi­ləm. Mə­nim nə od, nə də kö­pük­lə işim yox­dur, mən nə toz, nə də şeh­dən yoğ­rul­ma­mı­şam. Mən nə Çin­dən uzaq­lar­da, nə Sak­sin, nə də Bul­qar öl­kə­sin­də do­ğul­ma­mı­şam, nə beş çay axar­lı Hin­dis­tan­da, nə İraq­da, nə də Xo­ra­san­da bö­yü­mə­mi­şəm. Nə bu dün­ya­da, nə də ki, o dün­ya­da, nə cən­nət­də, nə də cə­hən­nəm­də ya­şa­ma­mı­şam, mən nə Be­hiştdən (cən­nət­dən) və onun mə­lək-mü­ha­fi­zin­dən ye­rə düş­mə­mi­şəm. Nə də Adəm­dən nə­sil şə­cə­rə­mi al­ma­mı­şam. Dün­ya­nın ən uzaq bir gu­şə­sin­də hə­yat yo­lu­nun köl­gə­si düş­mə­yən bir yer­də qəlblə bə­də­nin hədd-hü­du­du aşıb keç­di­yi bir mə­kan­da mən sev­di­yim bir kə­sin qəl­bin­də tə­zə­dən ya­şa­yı­ram.

Təd­qi­qat­çı­lar ya­zır ki, Şəms in­sa­nın qar­şı­sı­na çox çə­tin və­zi­fə qo­yur: "Al­lah-ək­bər de­yir­sən, yə­ni Al­lah bö­yük­dür. On­da sən də ça­lış ki, bö­yük ola­san!" - yə­ni ka­mil­lə­şə­sən. O gös­tə­rir­di ki, pey­ğəm­bə­rin yo­lu ilə get­mək za­hi­rən ona təq­lid et­mək de­yil, mə­sə­lən, o qo­vun ye­mə­yib­sə, sən də ye­mə (Mə­həm­məd pey­ğəm­bər qo­vun ye­mə­di­yi üçün məş­hur su­fi şey­xi Ba­yə­zid Bəs­ta­mi də qo­vun ye­mir­miş), pey­ğəm­bə­rin yo­lu ilə get­mək odur ki, o, Me­ra­ca ge­dib­sə, sən də onun ar­dın­ca get!".

Təd­qi­qat­çı­lar ya­zır ki, Nə­si­mi ya­ra­dı­cı­lı­ğın­da da to­le­rantlı­ğın də­rin iz­lə­ri var. "Mul­ti­kul­tu­ra­liz­mə gi­riş"in "Hü­ru­fi­lik və Nə­si­mi" böl­mə­sin­də qeyd edi­lir ki, hü­ru­fi­li­yi fərqlən­di­rən cə­hət­lər­dən bi­ri də on­la­rın hü­ru­fi­li­yi mo­no­te­ist dün­ya din­lə­ri ilə bə­ra­bər tut­ma­la­rı və fərq qoy­ma­dan ey­ni ma­hiy­yət­də gör­mə­lə­ri ilə bağ­lı idi: "On­lar mu­sə­vi­lik, xris­ti­an­lıq, is­lam və hü­ru­fi­lə­rin di­ni ki­tab­la­rı sa­yı­lan Töv­ra­tı, İn­ci­li, Qu­ra­nı və Ca­vi­dan­na­mə­ni ey­ni də­rə­cə­də Al­la­hın kə­la­mı he­sab edir, bu din­lə­rin pey­ğəm­bər­lə­ri - Mu­sa, İsa, Mə­həm­mə­di, elə­cə də Fəz­lül­la­hı Al­lah­dan gəl­mə pey­ğəm­bər­lər ola­raq qə­bul edir­di­lər.

Bu ba­rə­də Nə­i­mi Ca­vi­dan­na­mə­də ya­zır­dı: "Ən­bi­ya­lar de­miş­di ki, bir vaxt Mə­sih gə­lə­cək və küf­rü ara­dan qal­dı­ra­caq. Xalq ha­mı­sı Al­la­hı ta­nı­yan ola­caq. Be­lə ki, aləm­də za­hir və ba­til, yu­xu və xə­yal, xe­yir və şə­rin ma­hiy­yə­ti də ila­hi kəl­mə­lər­də ifa­də olu­nub. Mə­sih zü­hur edə­rək küfr və məz­hə­bi ara­dan qal­dır­dıq­da dil­lə­rin də fər­qi yox ola­caq, adam­lar qə­ri­bə bir dil­də da­nı­şa­caq. Bu mü­la­hi­zə Fit­ro­sun ki­ta­bın­da da var. Mə­sih de­yib ki, mən həm bü­tün şey­lər­də va­ram, həm də on­lar­da yo­xam. Uzun­luq, en, də­rin­lik, rəng cis­ma­ni key­fiy­yət­lər­dir. Bun­lar da mən­dən uzaq­dır. Yə­ni mən Al­la­hın sö­zü­yəm, Al­lah­da da bu key­fiy­yət­lər yox­dur.

Əgər bi­ri so­ruş­sa ki, nə üçün tək­cə Mə­sih ila­hi gəl­mə­dir? Nə üçün Mu­sa, Ha­run və elə­cə də Nə­si­mi­nin şe­ir­lə­rin­də də pey­ğəm­bər­lə­rin Al­lah­lı­ğı və Fəz­lin on­la­ra bən­zə­mə­si haq­qın­da çox­lu nü­mu­nə­lər var".

Təd­qi­qat­çı­lar ya­zır ki, Fəz­lul­la­ha gö­rə, dün­ya­nın üç tə­məl dö­nə­mi var: pey­ğəm­bər­lik (nü­büv­vət), imam­lıq (ima­mət) və tan­rı­lıq (ulu­hi­yət). Pey­ğəm­bər­lik dö­nə­mi Adəm ilə baş­la­mış, Mə­həm­məd ilə so­na ça­tıb. İmam­lıq dö­nə­mi Əli ilə baş­la­mış və on bi­rin­ci imam Hə­sən Əs­gə­ri ilə bi­tib. Tan­rı­lıq dö­nə­mi isə Fəz­lül­lah­la baş­la­yıb. Bü­tün pey­ğəm­bər­lər "Meh­di" olan Fəz­lül­la­hın xə­bər­çi­si və müj­də­çi­si­dir. Fəz­lül­lah­dan son­ra gə­lə­cək olan "Ka­mil in­san" (İn­san-i ka­mil) Fəz­lül­la­hı qə­bul et­mək məc­bu­riy­yə­tin­də­dir. Fəz­lül­lah mu­sə­vi­lə­rin göz­lə­di­yi "Mə­sih", xris­ti­an­la­rın və mü­səl­man­la­rın göy­dən ye­rə enə­cə­yi­nə inan­dı­ğı "İsa"dır. Təd­qi­qat­çı­la­ra gö­rə, hü­ru­fi­li­yin mər­kə­zi ide­ya­la­rın­dan bi­ri­ni təş­kil edən Fəz­lül­la­hın al­lah­lıq ide­ya­sı İsa Mə­sih haq­qın­da eh­ka­ma bən­zə­yir. On­lar be­lə he­sab edir­di­lər ki, İsa Mə­sih Al­la­hın ya­nı­na qa­yı­da bi­lib­sə, de­mə­li, Fəz­lül­lah da, baş­qa iman­lı hü­ru­fi­lər də Al­la­hın ya­nı­na qa­yı­da bi­lər. Hü­ru­fi­lər Al­la­ha mə­həb­bət, Al­la­hı həm də öz var­lı­ğın­da gö­rə bil­mək qa­bi­liy­yə­ti nə­ti­cə­sin­də Al­la­ha qo­vuş­ma­ğa, bu­nun­la əbə­diy­yə­tə na­il ol­ma­ğa ina­nır­dı­lar.

Ə.Əh­məd ya­zır ki, Nə­si­mi­nin şe­ir­lə­rin­də də pey­ğəm­bər­lə­rin Al­lah­lı­ğı və Fəz­lin on­la­ra bən­zə­mə­si haq­qın­da çox­lu nü­mu­nə­lər var. "Söz" rə­dif­li qə­zə­lin­də Nə­si­mi de­yir:

Ka­fi nun­dan vü­cu­da gəl­di ca­han,
Əgər an­lar isən, əyan­dır söz.
İsi­yi-pak, Adə­mü-Əh­məd,
Meh­di­yi-sa­hi­büz-zə­man­dır söz.
"Ca­vi­dan­na­mə"yi gə­tir­gil ələ,
Ta bi­lə­sən ki, nəs­nə­can­dır söz.
Sö­zə bu iz­zü cah yet­məz­mi,
Kay­da­lar Fəz­lü-qeybdan­dır söz.

Şa­ir bu­ra­da ca­ha­nın ka­fi-nun­dan ya­ran­dı­ğı­na işa­rə edə­rək, İsa Mə­sih ilə "adə­mü-Əh­məd" ad­lan­dır­dı­ğı Mə­həm­məd pey­ğəm­bə­rin ila­hi­li­yi­ni vur­ğu­la­yır. "Fəz­lü-qeybdan" de­mək­lə Fəz­lin ila­hi­li­yi­nə və öl­məz­li­yi­nə işa­rə edir.

Bir cə­hə­ti qeyd edək ki, is­tər Fəz­lin, is­tər­sə də Nə­si­mi və di­gər hü­ru­fi­lə­rin ya­ra­dı­cı­lı­ğın­da hü­ru­fi­lə­rin İsa pey­ğəm­bə­rə xü­su­si rəğ­bə­ti hiss olu­nur. Çox bö­yük eh­ti­mal­la bu is­tək xris­ti­an­lı­ğın Al­lah-in­san, Al­lah-oğul kon­sep­si­ya­sı ilə bağ­lı idi. Çün­ki bu kon­sep­si­ya hü­ru­fi­lə­rin Al­la­hın in­san­da tə­cal­la­sı kon­sep­si­ya­sı­na ya­xın idi və Fəz­lül­la­hın da İsa pey­ğəm­bər ki­mi ila­hi­ləş­di­ril­mə­si­nə əsas­la­nır­dı.

Nə­si­mi de­yir­di:
Ey Hə­qi hər yer­də ha­zır­dır de­yən əg­ri­nə­zər,
Bəs nə mə­ni­dən se­çər­sən Kə­bə­dən büt­xa­nə­yi?

Tan­rı hər şe­yi qap­sa­yır və Tan­rı­ya ge­dən yol bir­dir. Bu yol nə şi­ə­lik yo­lu, nə sün­ni­lik yo­lu, nə yə­hu­di­lik yo­lu, nə xris­ti­an­lıq yo­lu­dur. Bu yol in­san­lıq, mə­nə­vi tə­ka­mül, ka­mil in­san yo­lu­dur və Nə­si­mi də "yol", "ər­kan" de­yər­kən məhz bu in­san­lıq marşru­tu­nu nə­zər­də tu­tur­du, bu yol­dan çı­xan­la­ra "əg­ri­nə­zər" de­yir­di­lər...

Azər­bay­can­da su­fi mü­tə­fək­kir­lə­rin ya­ra­dı­cı­lı­ğın­da to­le­rantlıq ba­xış­la­rı ol­duq­ca bö­yük də­yə­rə ma­lik­dir.

Ta­rix­də iz qo­yan mü­tə­fək­kir­lər bü­tün ənə­nə­vi din­lə­rin, ənə­nə­vi cə­rə­yan­la­rın Tan­rı­ya xid­mət et­di­yi­ni vur­ğu­la­yır. Bi­zim ədə­biy­yat­da mil­lət­lə­rin, din­lə­rin, pey­ğəm­bər­lə­rin ay­rı­seç­ki­li­yi­nə yol ve­ril­mir. Ək­si­nə, on­la­rın hər bi­ri­nin məq­sə­di, mə­ra­mı və mə­qa­mı uca tu­tu­lur.

To­le­rantlı­ğın əbə­di və­tən­lə­rin­dən olan Azər­bay­can və onun da­hi­lə­ri azər­bay­can­çı­lı­ğa, to­le­rantlı­ğa xid­mət edib­lər.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ