şənbə günü, 10 oktyabr 2026
     

Ta­rix­də iz bu­ra­xan­lar: Yu­nus Əm­rə

Image


Türk ədə­biy­ya­tı­nın bö­yük şəx­si, XIII əsrdə ya­şa­mış tə­səv­vüf şa­i­ri Yu­nus Əm­rə­nin hə­ya­tı və şəx­siy­yə­ti haq­qın­da düz­gün bil­gi­lər mə­lum de­yil. Şe­ir­lə­ri əsrlər bo­yun­ca zövqlə və hey­ran­lıq­la, yal­nız biz­də de­yil bir çox öl­kə­lər­də də bö­yük zövqlə oxu­nan müs­təs­na şa­i­ri­miz Yu­nus Əm­rə 1240-cı il­lər­də ana­dan olub və təx­mi­nən 80 il ya­şa­yıb.

Əs­lən bo­lu­lu olan da­hi şa­i­ri­miz Əs­ki­şə­hər Sa­rı­köy­də (Bu­gün­kü adı Yu­nus Əm­rə) və­fat edib və bu­ra­da dəfn edi­lib. Onun An­ka­ra - Əs­ki­şə­hər də­mir­yo­lu­nun kə­na­rın­da olan tür­bə­si­nin yo­lun ge­niş­lən­mə­si məq­sə­di­lə sö­kül­mə­si la­zım gəl­dik­də (1948-ci il) bu işi ye­ri­nə ye­ti­rə bil­mə­yib­lər. Bu­na gö­rə Yu­nus Əm­rə üçün bir tür­bə ti­ki­lə­rək qa­lıq­la­rı­nın ora­ya kö­çü­rül­mə­si­nə qə­rar ve­ri­lib. Be­lə­cə, Yu­nus Əm­rə tür­bə­si de­yə ad­lan­dı­rı­lan tür­bə köh­nə mə­za­rın­dan təx­mi­nən 100 metr irə­li­də olan bir tə­pə­nin ba­şın­da ti­ki­lib. Beş nə­fər­lik bir he­yət heç kə­sə xə­bər ver­mə­dən və heç bir mə­ra­sim ke­çir­mə­dən Yu­nus Əm­rə­nin mə­za­rı­nı köh­nə ye­rin­dən ye­ni mə­za­ra ke­çi­rə­cək­di. An­caq sa­ba­hı­sı gün Yu­nus Əm­rə­nin qəb­ri­nin ət­ra­fın­da də­vət­siz 30 min­dən ar­tıq in­san top­la­nır. Yu­nus Əm­rə­nin qəb­ri çox bö­yük diq­qət­lə açı­lır və o, ye­ni mə­za­rı­na dəfn edi­lir. Hə­lə hə­yat­da ikən Yu­nus Əm­rə­nin və­siy­yə­ti be­lə olub: "Mə­ni mü­əl­li­mi­min tür­bə­sin­də, gi­riş yo­lu üzə­rin­də dəfn et­sin­lər!" Onun bu və­siy­yə­ti, mu­ra­dı şey­xi­ni zi­ya­rə­tə gə­lən­lə­rin onu tap­da­la­yıb keç­mə­lə­ri an­la­mı­na gə­lir­di. Bu onun mü­əl­li­mi­nə nə qə­dər bağ­lı ol­du­ğu­nu gös­tə­rir.

Yu­nus Əm­rə Ha­cı Bək­ta­şi Və­li həz­rət­lə­ri za­ma­nın­da ya­şa­yıb, onun­la söh­bət­lər edib. O, Tap­dıq Əm­rə­nin tə­lə­bə­si olub. Otuz il­dən ar­tıq ona xid­mət edib, on­dan feyz alıb. Hət­ta bə­zi mən­bə­lər Tap­dıq Əm­rə­nin öz qı­zı­nı Yu­nus Əm­rə­yə ver­di­yi­ni, onu həm tə­lə­bə­si, həm də kü­rə­kə­ni et­di­yi­ni qeyd edir.

Yu­nus Əm­rə Tap­dıq Əm­rə­nin xid­mə­tin­də ikən mə­nə­vi alə­min­də bir irə­li­lə­mə ol­ma­dı­ğı­nı zənn edə­rək qüs­sə­sin­dən dağ­la­ra, çöl­lə­rə dü­şür, il­lər bo­yu mü­əl­li­mi­nə dağ­dan odun da­şı­yır. Onun gə­tir­di­yi odun dar­tıl­mış ip ki­mi düm­düz olar­mış. Mü­əl­li­mi: "Ey Yu­nus, bu nə iş­dir? Heç əy­ri odun gör­mə­dim", - de­dik­də, o, "Əfən­dim, bu qa­pı­ya əy­ri odun ya­raş­maz", - de­yə ca­va­bı­nı ve­rir...

Yu­nus Əm­rə Ana­do­lu xal­qı tə­rə­fin­dən elə se­vi­lir ki, bu sev­gi və hey­ran­lı­ğın zən­gin­li­yi qə­dər baş­qa bir mi­sal gös­tər­mək müm­kün de­yil. O, hər ba­xım­dan mil­lə­ti­mi­zi bir-bi­ri­nə bağ­la­yan mə­nə­vi bir bağ olub. On­da cə­miy­yə­ti­mi­zin da­xi­li qu­ru­lu­şun­da­kı ey­ni hisslər, duy­ğu­lar və də­yər var­lıq­la­rı olub. Onu unut­dur­ma­yan sə­bəb də elə bu­dur.

Yu­nus Əm­rə şe­ir­lə­ri­ni əruz­la və da­ha çox he­ca vəz­ni­lə ya­zıb. Onun şe­ir­lə­ri açıq, də­rin mə­na­lı, sə­mi­mi və hə­yə­can­lı­dır. İla­hi eşq, var­lıq, yox­luq, hə­yat, ölüm mə­sə­lə­lə­ri və bun­la­ra bağ­lı ola­raq dün­ya­nın fa­ni­li­yi ki­mi mə­sə­lə­lə­ri şe­ir­lə­rin­də ən gö­zəl şə­kil­də an­la­dıb.

Bə­zi­lə­ri Yu­nus Əm­rə­nin təh­sil gör­mə­di­yi­ni id­dia edir­sə də, onun şe­ir­lə­rin­dən ərəb­cə­ni, farsca­nı, İs­lam di­ni­ni və ta­ri­xi­ni yük­sək sə­viy­yə­də bil­di­yi və bir haqq aşi­qi ol­du­ğu ay­dın olur. Yu­nus Əm­rə­nin şe­ir­lə­rin­də ki­çik mə­sə­lə­lə­rə yer ve­ril­mir. Onun to­xun­du­ğu mə­sə­lə­lər in­san­lı­ğın ümu­mi ta­le­yi, öm­rün axı­şı, ölüm, Al­lah-Tə­a­la­ya iman, di­ni əsas­lar, nə­si­hət­lər və hə­ya­tın qa­yə­si ki­mi in­san­lı­ğa xas mə­sə­lə­lər­dir.

Yu­nus Əm­rə­nin şe­ir­lə­rin­də is­la­mi bir dü­şün­cə sis­te­mi olan tə­səv­vüf el­mi ha­kim­dir. Bu­na gö­rə də onun şe­ir­lə­ri bə­zən yan­lış mə­na­lan­dı­rı­lıb. Be­lə şe­ir­lə­ri üçün şa­ir be­lə de­yir:


Yu­nus bir söz söy­lə­di,
Heç bir sö­zə bən­zə­məz.
Ca­hil­lə­rin için­də
Ör­tər mə­na üzü­nü.


Yu­nus Əm­rə­nin şe­ir­lə­rin­də çox in­cə­lik­lər se­zil­di­yi­nə gö­rə oxun­duq­ca in­sa­na ye­ni­dən oxu­ma hə­və­si ve­rir. Onun şe­ir­lə­ri­nin ço­xu son­ra­dan afo­riz­mə, ata­lar sö­zü­nə çev­ri­lib. Mə­sə­lən, dün­ya­nın fa­ni­li­yi haq­qın­da o be­lə de­yir:


Mal sa­hi­bi, mülk sa­hi­bi,
Ha­nı bu­nun ilk sa­hi­bi?
Mal da ya­lan, mülk də ya­lan,
Var, bir az da sən oya­lan.


Yu­nus Əm­rə çox da­nış­ma­ğı be­lə də­yər­lən­di­rib: "Az da­nı­şıq ki­şi yü­kü­dür, çox da­nı­şıq hey­van yü­kü­dür".

Yu­nus Əm­rə "Əzab­lı yol­dan keç­mə­dik­cə Al­lah-Tə­a­la­ya qo­vu­şa bil­mə­yə­cə­yi­ni..." an­la­dıb. Onun pey­ğəm­bə­ri­mi­zə olan sev­gi­si sev­dik­lə­ri ara­sın­da ilk sı­ra­da yer alır. O: "Al­lah-Tə­a­la bü­tün alə­mi Mə­həm­məd əley­his­sə­la­mın eş­qi­nə ya­ra­dıb", - de­yir.


Ax­ta­ra-ax­ta­ra tap­sam izi­ni,
İzi­nin to­zu­na sürtsəm üzü­mü,
Haqq nə­sib et­sə, gör­səm üzü­nü,
Ya Mə­həm­məd, ca­nım ar­zu­lar sə­ni...


Yu­nus Əm­rə­nin şe­ir­lə­ri ahəng, mə­na, mə­caz, duy­ğu, dü­şün­cə zən­gin­li­yi ilə se­çi­lir. Bir ki­ta­bı dol­du­ra­caq də­rin­li­yi və ge­niş­li­yi olan fi­kir­lə­ri asan­lıq­la bir ne­çə mis­ra­da söy­lə­mək Yu­nus Əm­rə bö­yük­lü­yü­nün əsas xü­su­siy­yə­ti­dir:


"Ətə-sü­mü­yə bü­rün­düm,
Yu­nus de­yə gö­rün­düm..."


Bö­yük fi­lo­sof­lar­dan bi­ri olan Ni­ya­zi Mi­sir­li Yu­nus Əm­rə­nin məş­hur şəx­siy­yə­ti ilə əla­qə­dar sək­kiz ay dü­şü­nüb-ça­lış­dıq­dan və ge­cə rö­ya­sın­da gö­rə­rək onun­la da­nış­dıq­dan son­ra şe­i­ri­ni təf­sir edə bil­di­yi­ni söy­lə­yib.

Yu­nus Əm­rə pey­ğəm­bə­ri­mi­zin bü­tün ya­xın­la­rı­nın, dörd xə­li­fə­nin, Hz.Pey­ğəm­bə­rin so­yun­dan gə­lən­lə­rin və İs­lam alim­lə­ri­nin aşi­qi­dir. O, heç bir ba­til cə­rə­ya­na qa­pıl­ma­dı­ğı ki­mi, on­la­rın qar­şı­sın­da əx­laq ni­za­mı­nı, din sev­gi­si­ni və hə­qi­qət tə­səv­vü­fü­nü qo­ru­yan mə­də­niy­yət və sə­nət səd­di olub. Yal­nız əzab qor­xu­su ilə de­yil, Al­lah qor­xu­su ilə iba­dət et­mə­yi şe­ir­lə­rin­də təl­qin edir.

"Ya­ra­dıl­mı­şı xoş gör Ya­ra­dan­dan öt­rü" - de­yən Yu­nus Əm­rə­yə gö­rə, bü­tün in­san­lar, hət­ta bü­tün can­lı və can­sız­lar Al­lah-Tə­a­la­nın ya­rat­dı­ğı ol­duq­la­rı­na gö­rə soy, mil­lət, rəng, möv­qe və ri­fah fər­qi qoy­ma­dan on­la­rı sev­mək la­zım­dır. Tə­səv­vü­fün və Mü­qəd­dəs İs­la­mın bu uca el­mi üzə­rin­də Yu­nus Əm­rə çox iş­lə­yib, bu­na gö­rə bü­tün çağ­la­ra və mil­lət­lə­rə xi­tab edən bir dil ha­lı­na gə­lib:


"Gə­lin ta­nış olaq, işin asa­nın­dan tu­taq,
Se­və­yin, se­vi­lə­yin, dün­ya kim­sə­yə qal­maz."


Kim­dir bu Yu­nus Əm­rə? O, sül­hün, qar­daş­lı­ğın, saf ima­nın ifa­də­si, Mü­qəd­dəs İs­la­mın özü­nü türk kö­nül­lə­ri­nə iş­lə­yən na­xış us­ta­sı, türk di­li­nin ən cəz­be­di­ci gö­zəl­li­yi­lə şe­ir söy­lə­yən qo­ca bir türk idi! Gə­lin, onun hə­ya­tı­nı və dün­ya­sı­nı sey­rə çı­xaq.

1240-cı il­lər­də Ana­do­lu­da, bə­zi mən­bə­lə­rə gö­rə Sa­rı­kənddə, bə­zi­lə­ri­nə gö­rə Ka­ra­man­da Yu­nus ad­lı bir uşaq gə­lir dün­ya­ya... O, söz və dil mey­dan­la­rın­da ne­çə-ne­çə hü­nər­lər gös­tə­rir. Ya­ra­da­nın eş­qi ilə qov­ru­lur, son­ra da kö­nül­lər alış­dı­rır.

Sö­zü ədə­biy­yat ta­rix­çi­lə­ri­nə ver­sək, on­lar be­lə de­yə­cək­lər: "Yu­nus Əm­rə mü­kəm­məl bir təh­sil al­mış, İs­lam ta­ri­xi­ni öy­rən­miş, iba­dət­də ne­çə yol­lar aş­mış, kö­nül­lər­də taxt qur­muş bir şa­ir idi. Yu­nus Əm­rə kö­nül­lər­də taxt qur­du­ğu­na gö­rə onu an­caq kön­lün­də taxt qur­muş in­san­lar, xalq an­la­da bi­lər. Ba­xaq gö­rək xal­qı­mız ne­cə nəql edir o kö­nül sul­ta­nın­dan.

Əh­məd Ye­sə­vi­dən kö­nül yo­lu al­mış, Xo­ra­san ərən­lə­rin­dən do­lub-da­şan, Möv­la­nə­nin, Ha­cı Bək­ta­şi Və­li­nin və da­ha ne­çə­lə­ri­nin mə­ka­nı olan Ana­do­lu­da, Siv­ri­hi­sa­rın şi­ma­lın­da, Sa­rı­kənd de­yi­lən yer­də Yu­nus ad­lı ka­sıb bir kəndli ya­şa­yır­dı.

O za­man­lar Ana­do­lu­da qor­xunc bir qıt­lıq ol­du. Tar­la­lar buğ­da ver­mə­di, bağ­ça­lar, bağ­lar qu­ru­du. Yox­sul Yu­nus "Uşaq­lar ac qa­la­caq" dü­şün­cə­si­lə çox dərdli gö­rü­nür­dü. O, ye­mə­yə buğ­da tap­ma­lı idi. Am­ma ne­cə, ha­ra­dan?

O za­man Ha­cı Bək­ta­şi Su­lu­ca Qa­ra­bö­yük de­yi­lən yer­də pay da­ğı­dır, ka­sıb­la­ra nə­fəs ve­rir­di. Onun söh­bə­ti­nə Ana­do­lu­nun dörd bir ya­nın­dan in­san­lar gə­lir, onun söh­bət­lə­ri­ni din­lə­yir, pay­la­rı­nı ala­raq ge­ri dö­nür­dü­lər.

Yox­sul Yu­nus da bun­dan xə­bər tut­muş­du. Ha­cı Bək­ta­şi qa­pı­sı­na gə­lə­ni boş qay­tar­mır­dı. O, öz-özü­nə: "Bəl­kə, mən də ge­dim, ha­lı­mı da­nı­şım, əl­bət mə­nə də bir şey­lər ve­rər, mən də gə­ti­rib uşaq­la­rı­mın qar­nı­nı do­yuz­du­ra­ram", - de­yə dü­şün­dü.

O bu dü­şün­cə­lər­lə ara­ba­sı­nı ha­zır­la­yıb yo­la çı­xır. Fi­kir­lə­şir ki, ora əli­boş get­mək ol­maz. Dağ­dan alıc (mey­və tinglə­ri) top­la­yıb ara­ba­sı­na yük­lə­yir. Ha­cı Bək­ta­şi­nin hü­zu­ru­na gəl­dik­də düş­dü­yü ağır və­ziy­yə­ti an­la­dır, hə­diy­yə­si­ni ve­rir, son­ra da on­dan buğ­da is­tə­yir. Ha­cı Bək­ta­şi Yu­nu­su gör­dük­də onun in­cə kön­lü­nün yed­di gül ve­rən sev­gi gül­lə­ri­nin bi­tə­cə­yi bir bağ­ça ol­du­ğu­nu an­la­yır və: "Buğ­da ye­ri­nə sə­nə nə­fəs ve­rim", - de­yir.

Yu­nu­sun fik­ri ev­də­ki ac uşaq­la­rı­nın ya­nın­da idi. O, tə­kid­lə buğ­da is­tə­yir. Ha­cı Bək­ta­şi Və­li də Yu­nu­sun ara­ba­sı­nı buğ­da ilə dol­du­rub yo­la sa­lır.

Yu­nus Ha­cı Bək­ta­şi doq­qa­zın­dan bir az uzaq­laş­dıq­dan son­ra səhv et­di­yi­ni an­la­yır: "Buğ­da ye­yi­lin­cə qur­ta­rır, am­ma nə­fəs heç tü­kən­məz!" - de­yə dü­şü­nür və bu fi­kir­lə Ha­cı Bək­ta­şi­nin qa­pı­sı­na dö­nür. Bu də­fə Ha­cı Bək­ta­şi: "O iş bun­dan son­ra ol­maz. Biz o ki­li­din açar­la­rı­nı Tap­dıq Əm­rə­yə ver­dik, get on­dan al", - de­yir.

Yu­nus bu­ra­dan ay­rı­la­raq ara­ba­sı­nı Tap­dıq Əm­rə­nin qa­pı­sı­na sü­rür və onun hü­zu­ru­na gə­lə­rək Ha­cı Bək­ta­şi­nin söz­lə­ri­ni çat­dı­rır. Tap­dıq Əm­rə de­yir: "Sə­nin ha­lın bi­zə mə­lum­dur, an­caq sən gəl bi­zə xid­mət et, əmək ver, son­ra da nə­si­bi­ni al", - de­yir.

Yu­nus uzun il­lər bo­yun­ca Tap­dıq dər­ga­hı­na xid­mət edir. Elə bir xid­mət ki, hət­ta dər­ga­hın ya­nın­da­kı dağ­dan odun da­şı­yan za­man gə­tir­di­yi ağac­la­rın əy­ri olub-ol­ma­dı­ğı­na be­lə diq­qət edir. So­ru­şan­la­ra da: "Bu qa­pı­dan içə­ri odu­nun be­lə əy­ri­si gi­rə bil­məz!" - de­yir.

Vaxt gə­lir, Şeyx Tap­dıq Əm­rə­dən izin çı­xır, Yu­nu­sun kö­nül ki­li­di açı­lır, di­li çö­zü­lür, hik­mət də­ni­zin­dən ne­çə in­ci­lər sa­çı­lır... O, ar­tıq ka­mil bir in­san­dır. Mən­lik ən­gə­li­ni aş­mış, ger­çək in­san­lı­ğa çat­mış­dır. Ya­ra­dıl­mış­la­rın ən şə­rəf­li­si olan in­san Yu­nus Əm­rə üçün uca­dır, xoş­bəxtdir. Bu "ölüm­lü dün­ya­da" ya­şa­yan in­sa­nın in­sa­na pis­lik et­mə­si, kö­nül qır­ma­sı Yu­nu­sa gö­rə qı­na­nır, onun şe­ir oxu­nun hə­də­fi olur. Qo­ca Yu­nus çox şey­lər söy­lə­yir, ba­xaq gö­rək nə de­yir...

Bir də­fə kö­nül yıx­dın­sa,
Bu qıl­dı­ğın na­maz de­yil,
Yet­miş iki mil­lət da­xil,
Əlin-üzün yu­yan de­yil.

Kö­nül cə­na­bın tax­tı,
Al­lah kö­nü­lə bax­dı.
İki ca­han bəd­baxtdı,
Kim kö­nül yı­xar isə.

Onun içi in­san sev­gi­si­lə do­lu­dur. Han­sı mil­lət­dən olur­sa-ol­sun, Yu­nus üçün in­san uca­dır, xoş­bəxtdir.
 

Bü­tün ya­ra­dıl­mış­la­ra
Bir göz­lə bax­ma­yan
Xal­qa mü­əl­lim­dir­sə də,
Hə­qi­qət­də üs­yan­çı­dır.


XIII və XIV əsrlər­də ya­şa­yan Yu­nus Əm­rə ata­mı­zın ha­ra­da və­fat et­di­yi də­qiq ola­raq bi­lin­mir. Əs­lin­də bu­nun heç bir əhə­miy­yə­ti yox­dur. Onun mə­za­rı is­tər Ka­ra­man­da ol­sun, is­tər Sa­rı­kənddə, fərq et­məz. Əs­lin­də onun əbə­di ye­ri kö­nül­lər­də­dir. Kö­nül­lər­də qön­çə­lə­nən Yu­nus Əm­rə çi­çə­yi bir Türk və İs­lam gö­zəl­li­yi­dir. Bu gö­zəl­lik­də Yu­nus Əm­rə­nin fi­kir tə­məl­lə­ri, ulu Türk eli­nin hik­mət­lə­ri var.

Yu­nus Əm­rə­nin üç mi­nə ya­xın şe­i­ri var və bun­lar bir "Di­van" ha­lın­da top­la­nıb.

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ