şənbə günü, 10 oktyabr 2026
     

"Tarixçi hünəri, yazıçı eşqi"

Image


Onun əsərləri Asiyanın "Böyük çöl"ündə, ulu Tetis okeanının varisi Kaspi-Xəzər-Quzğun-Oğuzhun dənizinin ana hövzəsində - əzəli yurd yerlərində ilkin sivilizasiya ocaqları yandıran, çoxsaylı dövlətlər, möhtəşəm imperiyalar yaradan Türkün tarix yollarına güzgü tutur, işıq salır.
Monosentrizmə yox deyən, Passionarlıq işığında yazılan "Attila", "Əmir Teymur - Zirvəyə doğru", "Əmir Teymur - Dünyanın hakimi", "Təhmasib şah", "Şah arvadı və cadugər", "Nadir şah", "Sultan Alp Arslan" və başqa romanlarıyla qədim türklərin, xüsusilə Azərbaycanın böyük tarixi gücünü, etnogenetik potensial imkanlarını, yaddaş enerjisini oyadır, bu günün ürək və beyin meydanlarına istiqamətləndirir, transformasiya edir, ədəbi sözün əbədi hüzurunda fədakar tarixçi hünəri, coşğun sənətkar eşqiylə ciddi yaradıcılıq uğurlarına imza atır yazıçı Yunus Oğuz...
***
Əvvəlcə bioqrafiyasından bir neçə rəqəmi, bəzi portret cizgilərini xatırlatmaq yerinə düşər. Bunlar onun ömür və tale yolunun əsas rəqəm və cizgiləridir: 1960-cı ilin 22 iyulunda Əli Bayramlı (indiki Şirvan) şəhərində, İsaxan kişinin ailəsində dünyaya gəlib. Həmin şəhərdəki 9 saylı orta məktəbi bitirib. 1983-88-ci illərdə Rostov Dövlət Universitetinin Fəlsəfə fakültəsində təhsil alıb. 1988-92-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.
Bu, elmi və ədəbi yaradıcılığın ilkin axtarış, coşğun özünüdərk illəri idi. Tarix qeyri-adi bir cazibəylə duyğularına hakim kəsilir, onu özünə çəkir, qədim türklərin, oğuzların susqun yaddaş yolları çağırırdı onu. Tarix elmində uzun müddət hökm edən monosentirizmin natamamlığı, ədalətsizliyi, davamlı yalanı ruhunu sıxır, sarsıdır, böyük türkoloq Lev Nikolayeviç Qumilyovun konseptual tədqiqatlarla irəli sürdüyü Passionarlıq nəzəriyyəsi tarixçi duyğularında çıraqlar yandırırdı.
Təsadüfi deyil ki, illər ötdükcə "Türklərin tarixinə yeni bir baxış", "Attila", "Türkün gizli tarixi" əsərlərini, xüsusilə "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" monoqrafiyasını yazıb çap etdirdi, öz tarixçi sözünü söylədi, prinsipial elmi-konseptual mövqeyini açıq şəkildə, cəsarətlə irəli sürdü Yunus Oğuz. Bu, dolayısı ilə yad, yabançı imperiya maraqlarına xidmət edən ənənəvi sovet tarixşünaslığından, onun bir çox stereotipləri və ehkamlarından imtina, qədim türklərin və prototürklərin əzəli tarix, sivilizasiya yollarına yeni baxış idi.
"Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" adlı kitabında Yunus Oğuz "Etürk super etnosunun təşəkkül və inkişaf tarixini xüsusi metodika ilə araşdırmaqla, əslində tarix elmindəki bir çox stereotipləri və ehkamları cəsarətlə inkar edir" (Prof. Yaqub Mahmudov). Həmin əsərdə Yunus Oğuz bir sıra elmi avtoritetlər, nüfuz sahibləri ilə polemikaya girməkdən, öz elmi-nəzəri mövqe və münasibətlərini açıq şəkildə bildirməkdən çəkinmir, ciddi, tutarlı arqumentlər, əsaslı analogiyalarla öz həqiqətini irəli sürür və təsdiq edir. Hətta əsərin üçüncü fəsli belə adlanır: "L.N.Qumilyovun "Türklərin Şərqdən Qərbə axını" nəzəriyyəsinə tənqidi baxış". Əsas odur ki, əsərdə tənqid naminə tənqidçilik yox, həqiqət naminə ciddi, realist tənqidlə qarşılaşırıq.
Bir misal: "L.N.Qumilyovdan fərqli olaraq, belə düşünürük ki, daha bir passionarlıq növü də var. Bizcə, bunu ideoloji passionarlıq adlandırsaq daha düzgün olardı. Məsələn, bunun bariz nümunəsi sırf ideologiya, yəni şiəlik əsasında yaranmış Səfəvilər dövlətinin qurulmasıdır. Əvvəlcə passionarlıq sırf təriqət kimi təbliğ olunsa da, sonradan Şeyx Cüneydin dövründə hərbi-siyasi gücə çevrilir. Şah İsmayıl tərəfindən əsası qoyulan bu dövlətin, yaxud imperiyanın və superetnosun yaranmasında əsas rolu ideoloji passionarlıq oynamışdır.
Bunu da qeyd etmək yerinə düşərdi ki, ideoloji passionarlıq coğrafi məkanda yerləşən etnosun passionarlıq hissəsinin tərkibinə daxildir. Belə ki, etnosun təkanı və alovlanması XII-XIII əsr Eldəgizlər, yaxud Atabəylər dövrünə təsadüf edir. Bu təkan nəticəsində Qaraqoyunlular, daha sonra isə Ağqoyunlular dövlətləri yaranır. Dövlətlərin adı müxtəlif olsa da etnos eynidir və dominantlığı oğuz türkləri aparır. Maraqlıdır ki, Osmanlı imperiyasında da passionarlıq oğuz səlcuq türklərinə aiddir. Buradan belə bir nəticəyə gəlmək olar ki, oğuz türkləri arasında VI-VII əsrlərdən başlayan inkişaf təkanı, passionarlıq XI-XIII əsrlərdən iki yerə ayrılmış və sərbəst inkişaf etmişdir".
Və ya həmin əsərin başqa bir yerində oxuyuruq: "Az tayfaları Mərkəzi Asiyaya göytürklərin zamanında hardan gəlib çıxdı? Axı, bu tayfa Ön Asiyada və Azərbaycanda e.ə. III minillikdən yaşayırdı və müxtəlif mənbələrdə adları çəkilir. Bu barədə daha sonra məlumat verəcəyik. Məsələ bundadır ki, mövcud olan tariximizdə "TARİXİN QIRILMA ANI" var..."
Yunus Oğuz Azərbaycan tarixinin qırılma anlarını, boş səhifələrini, unudulan, daha doğrusu, bilərəkdən unutdurulan taleyüklü məqamlarını yada salır, ön plana gətirir, cəsarətli tarixçi hünərilə əsas milli-strateji hədəfləri və dövlətçilik perspektivlərini göstərir, necə deyərlər, əlahəzrət həqiqətin qapılarını taybatay açır.
Və ya əsərin başqa bir məqamında Yunus Oğuzun haqlı qəzəbinə, kinayəsinə, dəmir məntiqinə şahid olur, əsl həqiqətin yollarını görürük. Oxucu tarixi mənbələrin soraq verdiyi bir faktı - 2300 il bundan əvvəl İbrahim peyğəmbərin arvadı Sara öləndən sonra "Etürk hökmdarının qızı Kantura ilə evlənməsi" faktını müəllifin elmi-konseptual şərhində məmnuniyyətlə qəbul edir: "Görəsən, İbrahim peyğəmbər Kanturanı Mərkəzi Asiyadan gətirmişdi? Alınmır, cənab Altay nəzəriyyəsinin tərəfdarları, alınmır! Sizin və L.N.Qumilyovun passionarlıq nəzəriyyəsinə əsasən, etnosun genezisi 1000-1200 il arasında davam edir. XIII əsr ərəb tarixçisi Əbül-Fərəc qədim qaynaqlara əsaslanaraq qeyd edir ki, Kanturanın atası türk hökmdarıdır. Bu o deməkdir ki, türk dövləti yaranmamışdan öncə etnos inkişaf mərhələsini keçməli, dövlət yaratmaq üçün superetnosa çevrilməlidir. Bu o deməkdir ki, əldə olunan qaynaqlara istinad etsək, bu səltənətdə yaşayan türk etnosu, yaxud prototürklərin, L.N.Qumilyovun nəzəriyyəsinə görə, passionarlığı e.ə. IV minillikdə başlayıb. Amma hörmətli Lev Nikolayeviç heç bir əsərində e.ə. IV minillikdə hətta Mərkəzi Asiyada prototürklərin yaşadıqlarını göstərmir. Hələ biz Mərkəzi Asiyada bu dövrlərdə hansısa türk dövlətinin mövcudluğundan danışmırıq. Təsadüfi deyil ki, Əbül-Fərəcdən 500 il öncə digər bir ərəb tarixçisi Curhumi göstərirdi ki, Azərbaycan ta qədimdən türklər ölkəsi sayılır, türklər çoxdan burada məskundurlar".
Bu, tariximizə tam yeni, məhz obyektiv elmi-nəzəri yanaşmadır, tarixçi-filosof Yunus Oğuzun cəsarətlə təsdiq, tədqiq və təqdim etdiyi milli tarixçilik mənzərəsidir. Bu, uğurlu bir yanaşmadır.
"Siyasi hakimiyyətin idarəetmə prinsipləri" adlı ilk kitabını 1994-cü ildə çap etdirən Yunus Oğuz bütün elmi və ədəbi əsərlərində Azərbaycanın tarixi haqlarını, həqiqətlərini, milli-dövləti maraqlarını ön plana çəkir, təsdiq, təbliğ və tərənnüm edir. Lakin bir daha vurğulayıram ki, bu təsdiq, təbliğ, tərənnüm xətti ucuz pafosdan, bayağı patetikadan çox uzaqdır, ilk növbədə ciddi, analitik tarixçi-filosof təfəkkürünə, istedadlı yazıçı müşahidələrinə, sənətkar səmimiyyətinə əsaslanır. Onun tarixi romanları elmi və ədəbi həqiqətlərin doğma övladıdır. Attila, Alp Arslan, Əmir Teymur, Şah Təhmasib, Nadir şah kimi böyük sərkərdə-hökmdarlara həsr edilən bu sanballı əsərlərdə ayrı-ayrı şəxslər, dahilər yox, türkün tarixi gücü, xalqın etno-genetik potensial imkanları, qılınc və qələm qüdrətli fatehlik zirvələri, passionar qabarmaları, möhtəşəm özünütəsdiq məqamları əsas obrazdır, baş qəhrəmandır.
Müxtəlif alim, şair və yazıçılar haqqında çap olunan 10-dan artıq monoqrafiyanın müəllifi, fəlsəfə üzrə fəlsəfə doktoru, Yardımlı rayonunun Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyən fədakar ziyalı, ciddi elmi-filoloji təfəkkür sahibi Sabir Bəşirov 2015-ci ildə işıq üzü görən "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" kitabında haqlı olaraq yazır:
"Milli azadlıq hərəkatının yetirmələrindən, fəal iştirakçılarından biri də Yunus Oğuzdur. Ancaq yaxşı ki, o, siyasət bataqlığına girmədi, siyasət oyunlarında iştirak etmədi, elmi araşdırmalarının arasını kəsmədi. Bu gün biz Yunus Oğuzu iki cəhətdən qiymətləndiririk: ümumtürk və onun tərkib hissəsi kimi, Azərbaycan tarixinin ciddi araşdırmaçısı, tarixin qaranlıq məqamlarını, mübahisəli məsələlərini tədqiq edən, yeni fikir söyləyən ciddi tədqiqatçı-tarixçi-türkoloq və çox istedadlı yazıçı kimi...
...Yunus Oğuz təkcə tarixi mükəmməl bilməsi ilə yox, Azərbaycan tarixini ümumtürk, eləcə də dünya tarixi kontekstindən ayırmadan tədqiq etməsi (alim kimi) və bu tarixi bütün mürəkkəblikləri, ziddiyyətləri ilə təsvir edən bədii əsərlər yazması ilə fərqlənir..."
Yunus Oğuz müraciət etdiyi tarixi dövrlərin panoram mənzərə-həqiqətlərini ciddi alim, mütəxəssis səviyyəsində bilən və bildiklərini istedadlı sənətkar səviyyəsində ədəbiyyata gətirməyi bacaran yazıçıdır. O, Azərbaycan tarixinə, adətən, ümumtürk tarixi miqyaslarından gəlir, elmi-ədəbi haqqa-halallığa xəyanət etmədən, heç bir rəngə, boyaya, kosmetik bər-bəzəyə uymadan təmiz bir milli mövqe, səmimi bir təhkiyə ilə roman-düşüncələrini oxucuya danışır. Və əsası da odur ki, oxucu onu eşidir, ona inanır... Yəqin buna görədir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov Yunus Oğuzun "Nadir şah" tarixi roman-kitabına yazdığı geniş həcmli ön sözü belə adlandırmışdır: "Yunus Oğuz xalqımızın tarixini danışa bilir".
Azərbaycan ədəbiyyatının, ədəbi dilinin, tarix və bütöv mədəniyyətinin dərin bilicisi, böyük zəka sahibi, müasir milli, ümumtürk elmi-mədəni mühitinin fədakar, fenomenal tədqiqatçısı və təbliğatçısı olan professor Nizami Cəfərovun həmin məqaləsindən nisbətən geniş bir sitat gətirməyi bu məqamda gərəkli hesab edirəm:
"Nadir şah" olduqca böyük həcmli romandır. İndiyə qədər yazılan tarixi romanlarla müqayisə etsək, tarixi belə geniş panoramla görmək, onun yetişdirdiyi şəxsiyyətlər, onların mühiti, mövzuya çox həssas və həcmli müraciət etmək baxımından Yunus Oğuzu Məmməd Səid Ordubadi ilə müqayisə etmək olar...
EYunus Oğuzun bir müvəffəqiyyəti də ondan ibarətdir ki, o, Nadir şahın obrazını yaradanda Nadir şaha qədər və Nadir şahdan sonra Azərbaycanın birliyi, bütövlüyü, Azərbaycan millətinin bir millət olaraq yüksəlişinə xidmət etmiş bütün tarixi şəxsiyyətlərdən elementlər toplayıb. Nadir şaha qədər də, Nadir şahdan sonra da hansı böyük dövlət adamları azərbaycanlılara, Azərbaycana xidmət edibsə, onların hər birinin xarakterindən müəyyən elementlər Nadir şahda var. Əsər həm də buna görə mükəmməldir.
Romanın üstün cəhətlərindən biri də odur ki, o yalnız böyük bir coğrafiyanı, Azərbaycanın tarixi coğrafiyasını əhatə etmir, hətta beynəlxalq münasibətlərdə gedən mürəkkəb prosesləri də əhatə edir və Nadir şahın apardığı mübarizə həmin o beynəlxalq mübarizə fonunda verilir. Osmanlı dövlətinin, Rusiyanın, bir az sonra hətta Avropa dövlətlərinin Azərbaycanda gedən proseslərə nəzarəti, mənə elə gəlir ki, nə qədər obrazlı olmasına baxmayaraq, az qala bir sənət dəqiqliyi ilə təqdim edilib. Bu da onunla bağlıdır ki, Yunus Oğuz Azərbaycan tarixini yaxşı bilməklə yanaşı, beynəlxalq münasibətlər tarixini də kifayət qədər dərindən öyrənmiş bir adamdır.
Bu həcmdə və bu keyfiyyətdə əsər yazmaq qüdrətində olan yazıçılarımz çox azdır. Ona görə də bu məqamda da Yunus Oğuzun qədrini bilməliyik. Onu qiymətləndirməliyik ki, o bizə xalqımızın tarixini danışa bilir. Özü də, belə deyək, ustad səviyyəsində danışa bilir".
Bu sözləri oxuya-oxuya professor N.Cəfərovun səmimi həyəcanlarını hiss edirəm, istedadlı, böyük perspektivlərilə seçilən elm və sənət adamlarımızın qorunmasına həqiqi ehtiyac olduğunu düşünürəm...
1991-92-ci illərdə "Ordu" qəzetinin baş redaktoru olan, 1995-ci ildən bu günə qədər "Olaylar" qəzeti və "Olaylar" informasiya agentliyinin baş redaktoru vəzifəsində çalışan Yunus Oğuz müasir Azərbaycan jurnalistikasında özünəməxsus dəsti-xətti, səviyyəli, vətənpərvər publisist mövqeyi ilə seçilir. 2005-ci ildə "Tərəqqi" medalına, 2010-cu ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülən Yunus Oğuz tarixçiliyində, yazıçılığında olduğu kimi jurnalistikasında da ilk növbədə realistdir, həqiqətpərəstdir, fəal vətəndaş mövqeyinin sahibidir. O, bütün elmi, ədəbi, publisistik fəaliyyətində, silsilə əsərlərində Azərbaycandan başlayır və Azərbaycana doğru gedir. Cəsarətlə demək olar ki, Türkçülük, Azərbaycançılıq xətti Yunus Oğuz ünvanlı elm və sənət dünyasının əsas istiqaməti, strateji hədəfidir.
Bir cəhəti də xüsusi vurğulamaq istəyirəm, bu, çox vacib məqamdır.
Yunus Oğuzun elmi və ədəbi əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub, müxtəlif ölkələrdə dəfələrlə nəşr edilib. 2003-cü ildə "Qarabağ-nəzarətsiz zona" kitabı ingilis dilində Londonda, 2006-cı ildə "Türkün tarixinə yeni bir baxış" kitabı fars, türk, rus dillərində muvafiq ölkələrdə çap olunub. 2009-cu ildə "Nadir şah" romanı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qızıl kəlmə" mükafatının "Şans" ödülünə layiq görülüb. Təhsil Nazirliyinin qərarı ilə "Türkün tarixinə yeni bir baxış", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" adlı əsərləri ali məktəblərdə dərs vəsaiti kimi, "Nadir şah" və "Təhmasib şah" romanları isə sinifdənxaric oxu ədəbiyyatı kimi sifariş edilib və bu məqsədlə çap olunub. Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Alma-atada, Bişkekdə, bütövlükdə dünyanın 22 ölkəsində 40-a yaxın kitabı nəşr edilərək yayılıb, bir sıra beynəlxalq mükafatlara layiq görülüb. O, beynəlxalq səviyyədə tərcümə edilmə, çap olunma, yayılma, oxunma miqyaslarına görə seçilən, çoxlarını geridə qoyan azsaylı müasir yazıçılarımızdandır. Əsası da odur ki, Yunus Oğuzun xarici ölkələrdə tərcümə və çap edilərək yayılan, kütləvi oxucu marağına səbəb olan əsərləri hansısa tolerant, kosmopolit mövqeyi ilə yox, məhz yüksək standartlara cavab verən Türkçülük, Azərbaycançılıq elmi-ədəbi xətti ilə seçilir. Onun əsərləri dünyaya Azərbaycan haqq və həqiqətlərini danışır.
Bütün bu dediklərim elmin, ədəbiyyatın ümumxalq taleyinə, millətin yaşam tərzinə canlı qovuşma mənzərəsidir, alimin, yazıçının mənsub olduğu xalqa, millətə, dövlətə yaradıcı enerjiötürmə qüdrəti, keyfiyyətli xidmət nümunəsidir. Necə deyərlər, əsər yazılır və xalqın, millətin, dövlətin taleyində İŞ GÖRÜR.
***
O, elmə, sənətə könül verdiyi gündən tarixin yaxın-uzaq yollarında dolaşır, keçmişin gizli, qaranlıq yaddaş hücrələrində qəlbinin, Vətən sevgisinin çıraqlarını yandırır, Azərbaycan həqiqətlərini bütün dünyaya danışır, olduğu kimi təqdim edir. Hər təzə əsəri, yeni romanıyla tarixin qaranlıqlarına işıqlı qapılar açır, oxucularını Vətən müqəddəsliyinin işıqlı qapılarına çağırır Yunus Oğuz. Və həmin işıqlı qapılardan tarixçi hünərinin, yazıçı eşqinin səsi gəlir...
Sadıq Elcanlı




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ