şənbə günü, 10 oktyabr 2026
     

"Məşhur yazıçı Ələviyyə xanım Babayeva ölümündən əvvəl 15 şəxsin adını çəkdi"

Image


Artıq bir ildir ki, Respublikanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sevimli yazıçı Ələviyyə Babayeva aramızda yoxdur. Artıq bir ildir ki, onun maraq dolu duzlu, şirin söhbətlərinin, ipək kimi yumşaq səsini eşitmirik. Hansısa bir müdrik deyib ki, qürurlu və həssas duyumlu insanların səsi çox vaxt özünə bənzəyir. Onun səsində bir məlahət, yanğı və xeyirxahlıq var idi. Onun səsində hər kəsi öz sehrində saxlaya biləcək bir cazibə var idi.
Ələviyyə xanım 94 il yaşadı. Ulu Tanrı hər adama belə bir uzun ömür bəxş eləmir. Bu qədər yaşamağın özü də qəhrəmanlıqdır.
Ələviyyə xanımda olan xeyirxahlıq, haqqa və ədalətə inam onun əsərlərinə də köçüb. Ona görə də böyük yazıçının hekayələrindən tutmuş romanlarına qədər bütün əsərləri sevilə-sevilə oxunur. Şair Nəbi Xəzri keçən əsrin 70-ci illərində ən çox oxunan yazıçıların sırasında böyük qürurla Ələviyyə Babayevanın və Əlibala Hacızadənin də adını çəkirdi.
Ələviyyənin uşaqlığı məşəqqətli keçmişdi. 3 yaşında ikən atası gəmi ilə İrana gedəndə yoxa çıxmışdı. 1924-25-ci illər çox narahat bir dövr idi. Onun üstündə çoxlu pul var idi. Bəlkə də duyuq düşən quldurlar onu öldürmüşdü. Bir sözlə, Ələviyyənin atasından indiyədək xəbər-ətər yoxdur. Ələviyyəni atalığı Hənifə böyütmüş öz adını və soyadını ona vermişdi. Son nəfəsinədək Hənifə kişi ona "əziz balam"-deyərdi.

Bakının əsilzadələr ailəsindən olan qeyri-adi istedad sahibi...

Ələviyyə xanım Bakının əsilzadə ailələrindən birində doğulub. Şəhərin baş memarı məşhur memarı Hənifə Ələsgərov Ələviyyənin dayısı, SSRİ xalq artisti Ələsgər Ələkbərov və məşhur alim, Nizamişünas Azadə Rüstəmova xalası uşaqları, SSRİ xalq artisti Hökümə Qurbanova gəlinləri, respublikanın xalq rəssamı Rasim Babayev isə dost-doğma qardaşı idi. Bacısı Aidə ədəbiyyat üzrə alimdir, elmlər doktorudur. Ələviyyənin Bakının Zirə kəndində yaşamış xalası oğlu qoçu Əliabbasın adı bakılılara yaxşı tanış idi. Yazıçı Manaf Süleymanov danışırdı ki, Əliabbas Bakı qoçularının başçısı idi. Hamı ondan qorxar, tük salardı. Əliabbas kasıb-küsubun, əzilənin tərəfində idi. O qoymazdı ki, Abşeronda bir adamın haqqı tapdasın. Nəriman Nərimanov qoçu Əliabbasa böyük hörmətlə yanaşardı. Çünki Əliabbas düzəlməsi müşkül olan məsələləri həll edərdi. 1918-ci ildə erməni-azərbaycanlı qarşıdurmasında o, Hacı Zeynalabdin Tağıyevin yanında olar, müsəlmanları erməni təhlükəsindən qoruyardı.
Bir sözlə, Ələviyyə məşhur ziyalılar, necə deyərlər, əsilzadələr ailəsində böyümüşdü. Geniş dünya görüşü, yüksək intellektual səviyyəsi, ən başlıcası isə böyük ürək sahibi olan Ələviyyə xanımın əsərlərindəki yüksəklik, sivillik və ciddilik elə buradan qaynaqlanır.

Süleyman Rəhimov onun evinə "ziyalılar evi" adı vermişdi

Xalq yazıçısı Süleyman Rəhimov Ələviyyə xanımın evini ziyalılar evi adlandırırdı. Bu həqiqətən belə idi. Mən bu evdə dəfələrlə Süleyman Rəhimovu, Qılman Musayevi, Maral Rəhmanzadəni, Azad Mirzəcanzadəni, Nigar Rəfibəylini, Sara Qədimovanı, Böyükağa Mirzəzadəni, Cəmil Əlibəyovu, Zəhra Quliyevanı, Nəbi Xəzrini, Bəxtiyar Vahabzadəni, Manaf Süleymanovu, Süleyman Vəliyevi, Fidan və Xuraman Qasımova bacılarını və başqalarını görmüşəm. Onlar Ələviyyə xanımın söhbətlərini maraqla dinləyir, özləri də canlı bir tarixə dönüb keçmişin və bu günün problemlərindən danışırdılar.
Ələviyyə xanım çox xeyirxah bir adam idi. Onunla təmasda olanlar böyük yazıçının bu xüsusiyyətini yaxşı bilirdilər. Bir gün bəstəkar Şəfiqə Axundova və yazıçı Əzizə Cəfərzadə Ələviyyə xanımgilə gəlmişdilər. Xeyli söhbətdən sonra onlar yarı zarafat, yarı gerçək ona "bizim xilaskarımız" deyə müraciət etdilər. Düzü, bu ifadəni başa düşmədim. Bu sözün məğzinə nə onlar, nə də Ələviyyə xanım sonralar da qayıtmadı.
Ələviyyə xanım bu barədə mənə bir söz deməsə də, mən bilirdim ki, o, insanların müdafiəsinə qalxar, onlara əl tutar, yaxşılıqlar edərdi və etdiklərindən də özünə bir rahatlıq tapırdı. Məsələn, Cəmil Əlibəyovu, "xalq düşməni"nin oğlu olmasına baxmayaraq, himayədarlıq edib keçək əsrin qırxıncı illərində "Azərbaycan qadını" jurnalının redaksiyasına işə götürmüşdü. Buna görə yazıçının başı çox ağrımışdı.
Ələviyyə Babayevanın romanları milli səviyyəmizdir desəm, yanılmaram. Bu əsərlərdə şərq mədəniyyəti ilə qərb mədəniyyətinin sintezi açıq-aydın hiss olunur. Bunu görmək üçün "Əlvida" və "Bəlkə sabah olmadı" romanlarını oxumaq kifayətdir.

Sadədən sadə insanın unikal mənəvi zənginliyi...

Ələviyyə xanımın əsərləri ona görə yüksəkdə dayanır ki, onun özünün şəxsiyyəti də, dünya görüşü də çox yüksək idi. Onda primitivlikdən əsər-əlamət yox idi, əsl ziyalı idi. Mən onun qədər oxuyan, mütaliə edən ikinci bir yazıçı tanımıram. Gecə də yazırdı, gündüz də, başqa işi yox idi. Ondakı yüksək intellektuallıq Qərb ədəbiyyatını çox mükəmməl bilməsi ilə əlaqədar idi. Onun şəxsiyyəti də böyük maraq doğurur; ömründə dilinə yalan gəlməz, özünü öyməz, heç kəsin qarasına danışmaz, hiylədən, fitnə-fəsaddan uzaq bir adam idi. Sözünü adamın üzünə şax deyər, haqsızlığa dözməzdi, qorxu-hürkü bilən deyildi. Əsl bakılı kimi sözü adamın gözünün içinə deyərdi. Haqsızlığa, ədalətsizliyə, insanların alçaldılmasına dözümü yox idi. Məhz buna görə də bədxahları onun dalınca min söz danışırdılar. Ələviyyə xanım son dərəcə prinsipal olduğuna və öz mövqeyini çılğınlıqla müdafiə etdiyinə görə onu gözü götürməyənlər çox idi.Sadədən də sadə yaşayan bu el ağbirçəyinin evində 20 min kitabı, bir stolu, 5 stulu və bir divanı vardı. Başının üstündə divardan L.N.Tolstoyun şəkli asılmışdı. Daha heç nəyi yox idi. Var-dövləti qələmindən çıxan 60 kitab idi.
Ələviyyə xanım bər-bəzəyə, var-dövlətə uymayan bir xanım idi. O, ömründə sırğa-üzük gəzdirməz, süni boyalardan qətiyyən istifadə etməzdi. Allahın verdiyi gözəllik ona bəs edərdi. Qarderobunda ən çox 1-2 paltar olardı. Lakin bu paltarları o qədər səliqəli geyərdi ki, hamı heyranlıqla baxardı. Onun son 30 ildə bir paltosu olmuşdu. Lakin indi də bu palto öz təravətini itirməmişdi.
Ələviyyə xanımın 9 romanı vardı. Bu romanları, yazıçının povestlərini, hekayələrini, tərcümələrini, ona gələn məktubları, təbrik teleqramlarını dəfələrlə oxumuşam. Bu gün vicdan əzabı çəkmədən deyə bilərəm ki, Ələviyyə xanım əsrimizin ən məhsuldar yazıçıların biri idi. Onun saysız-hesabsız oxucu ordusu var idi. Dəfnində bir dəstə gənc oğlan və qızın iştirak etdiyini gördükdə bunu bir daha yəqin etdim.
1970-ci ildə bir qrup gənclə birlikdə Türkiyədə olarkən yazıçı Cəmil Əlibəyovla vaxt tapıb məşhur yazıçı Suat Dərvişlə görüşdük. Yazıçı söhbətinin şirin yerində barmağını dişləyib dedi:
- Mən sizin yazıçı Ələviyyə Babayevanın hekayələrini oxumuşam. Çox maraqlı təsir bağışlayır. O, gələcəyin böyük romançısı olacaq.
Böyük yazıçı nə qədər uzaqgörən idi. Ələviyyə xanım heç bir əsər yazmasaydı belə, təkcə "Adamlar və talelər", "Hardasan, dost, harda?" və "Bəlkə sabah olmadı" romanları ilə tarixə düşəcəkdi.
Ələviyyə xanımın "Adamlar və talelər" romanı bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. Yazıçı bu əsərində adamların çətin taleyini yana-yana, hiss edə-edə, çətinliklərdən qorxmaya-qorxmaya qələmə alıb. Əsərdə evlərdə gedən axtarışlar, həbslərə həsr olunmuş səhifələr, məşhur aktyor Saleh Yanarın taleyindəki bəzi nüanslar, həmçinin həyat yoldaşı Leylanın anasının işlədiyi doğum evində gecə doğuş qəbul etdiyi məqamı da, onun həbsini də həyəcansız oxumaq olmur. Bu roman çıxar-çıxmaz böyük əks-səda yaratdı.

Ələviyyə xanımı kövrəldən İraqdan gələn məktub...

Bu əsər İraqa da gedib çıxmışdı. Kərkükdən radio əməkdaşı olan Fidan adlı qız Ələviyyə xanıma yazdığı məktubda həyəcan doğuran fikirlər səsləndirmişdi. Fidan yazırdı:
- Ələviyyə xanım, "Adamlar və talelər" kitabının oxucusu o qədər çoxdur ki, məcburiyyət qarşısında qalıb onu ikiyə bölmüşük. Bu kitabı bütün türkmənlər məhəlləsi oxuyur. Mənim babam hər gün namaz üstə Sizə dua oxuyur və deyir: bu qız yəqin Hüseyn Cavidin qohumlarındandır.
Fidanın məktubunu oxuyanda həmişə Ələviyyə xanımın gözləri yaşarardı. O deyərdi:
- Gərək nə qədər xoşbəxt və böyük yazıçı olasan ki, ölümündən 50 il keçsə də, vətəndə yaxşı nə varsa sənin adınla bağlasınlar.
2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında səfərdə olarkən Ələviyyə Babayevanın çin dilinə tərcümə olunmuş "Adamlar və talelər" əsərini ona təqdim edərək böyük iftixarla demişlər: "Biz Azərbaycan yazıçısı Ələviyyə Babayevanın əsərini çin dilinə tərcümə etmişik. Bu kitab ölkədə çox populyar olub".
Heydər Əliyev Prezident təqaüdünün verilməsi ilə əlaqədar Ələviyyə Babayeva ilə telefon əlaqəsi saxlayarkən bu hadisəni sevinclə qeyd edib.
"Adamlar və talelər" romanında bir fikir təlqin olunur: - Bizim mürəkkəb zəmanəmizdə ən çətini insan olmaqdır. Istər alim, istər sənətkar ol, istərsə də xəstə baxıcısı... fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə, heç bir şeysən.
Ələviyyə Babayevanın iki cildlik əsərlərinin müqəddiməsində mərhum xalq yazıçımız Bayram Bayramov yazır: "Bu yazımda mən yazıçının bütün əsərlərini araşdırıb, açıb təhlil etmək, məzmunu söyləmək fikrindən uzağam. Bu əsərlər 2-3 yazıçıya bəs edəcək qədər çoxdur. Həm də ən çox gecəli-gündüzlü yaradıcılığın amansız-ağır zəhmətinə qatlaşanlar, fikirlərini, duyğularını ürəklərinin yağı ilə işıqlandıranlar hiss edə bilər ki, Ələviyyə Babayeva - ömrü də, günü də asan olmayan bu fədakar yazıçı çətinliklərə məruz qalmışdır".

Ələviyyə xanım xoşbəxtdir ki...

Böyük yazıçımız Bayram Bayramovun sözlərinin adamda necə təsəlli yaratdığını dilə gətirmək olmur:
"Ələviyyə xanım xoşbəxtdir ki, öz yaradıcılığının, öz qələminin kölgəsinə sığınıb, heç kəsdən də az hörmət, rəğbət qazanmayıb. Məndən olsa, hamımız adlarımızı, mükafatlarımızı qoyardıq yerə, necə ki, sələflərimiz qoymuşdur. Hər kəs fərmanla verilən ad-sanla deyil, öz yaradıcılığı ilə qiymətləndirilməlidir".
Ələviyyə xanıma böyük xalq məhəbbətinin İran İslam Respublikasında olarkən canlı şahidi oldum. Böyük İran mütərçimi Məmmədhüseyn Fərzanə yazıçının "Hardasan, dost, harda?" romanını fars dilinə tərcümə etmişdi. Bu kitab Təbrizdə böyük marağa səbəb olmuşdu.
M.Fərzanə danışırdı ki, kitab nəşr olunan kimi satılıb qurtarıb. Məcbur olub romanı yenidən nəşr ediblər.
Mənə danışdılar ki, İranda bu kitab əsasında film çəkmək istəyirlər.
Ələviyyə Babayevanın "Səni axtarıram" romanı xüsusilə jurnalistlər tərəfindən böyük məhəbbətlə qarşılandı. Bu roman 2 hissədən ibarətdir. Kitabın təqdimatında böyük yazıçı demişdi: "Müasir həyata həsr olunmuş əsərin hər sətri elektrik teli olmalıdır. Əl dəyən kimi bu tellərdən gərək qığılcım sıçrasın. Bu sahədə mənim bir köməkçim var ki, bu da zəhmətdir."
Ələviyyə Babayeva "Səni axtarıram" romanı haqqında televizordakı çıxışında demişdi ki, "Mən jurnalist peşəsinin nə qədər çətin, nə qədər kəşməkeşli və nə qədər gərəkli, jurnalist adlanan adamların insanın səadəti, ədalətin bərqərar olması uğrunda mübarizə aparan, bu yolda bəzən hətta səadətini, rahatlığını itirən mərd qəhrəmanlar olduğunu qələmə almışam."
Müəllif daim həyatın qaynar yerlərində olan qəribə adamlar- jurnalistlər haqqında yazır: Qızılaxtaranların həyatı dağlarda, düzlərdə, məhrumiyyətlər qaynağında keçir. Onlar ən adi rahatlığa - yumşaq yatağa, isti yeməyə çox vaxt həsrət qalırlar. Yayın istisində mığmığadan, qışın sazağında şaxtadan əzab çəksələr də hey gəzir, hey qızıl axtarırlar. Nə üçün? İnsanın səadəti üçün.

Ələviyyə yaradıcılığının Fransadan gələn əks-sədası...

"Küləyin tərkində" romanı barədə Fransadan Ümbülbanun yazırdı: "Mən kiril əlifbasında çox çətinlikdə də olsa "Küləyin tərkində" romanını oxudum. Əsər məni keçmişə apardı. Məni Bakını küçəbəküçə gəzdirdi. Xəzri və gilavar mənə həm hərarət, həm də sərinlik gətirdi. Sizin nə gözəl adınız var: Ələviyyə. Bu ad Sizdə hardandır? Bu əsəri fransız dilinə tərcümə etmək fikrindəyəm. Məni qədim Bakı ilə yenidən görüşdürdüyünüz üçün çox sağ olun".
Ə.Babayeva öz müstəqil düşüncə tərzi ilə, özünəməxsus istedadı ilə ən çox seçilən sənətkarlardan idi. O heç vaxt kimsəyə xoş gəlmək məqsədi güdməyib - nə əsərlərində, nə də şəxsi həyatında. Ən böyük idealı ədalət, düzlük, vicdan və həyat həqiqətinin gözəgörünməz düyünlərini açmağa cəhd göstərirdi.
Ələviyyə xanımın ən çox oxunan əsərlərindən biri də "Bəlkə sabah olmadı" romanıdır. Əsərin adı böyük maraq doğurduğu üçün indi də əldən-ələ gəzir. Roman tarixin "bu gün" adlanan yönü ilə qarşılaşan sənətkar və ziyalıların həyatına həsr olunub.
Müəllif deyir: "Romançı öz dövrünün sadəcə müşahidəçisidirsə, bu çox azdır. O, həyatın burulğanından keçən - yaşadığı zəmanənin tədqiqatçısı və gözü olmalıdır.
"Bəlkə sabah olmadı" romanında belə bir qənaət var: -Öz dövrü ilə ayaqlaşan sənətkarı adi bəşər övladından fərqləndirən əsas bir şey onun "üçüncü" gözüdür. Allah vergisi-"üçüncü" gözlə çoxlarının görmədiyini görür. "Üçüncü göz" əsərin əsas qəhrəmanı İldırımoğlunun da qisməti və tale ulduzudur.

"Xəzrinin vıyıltısında mənim səbr etməkdən bezən səsimi eşidəcəksiniz"

Qardaşı, xalq rəssamı Rasim Babayevə ithaf etdiyi bu roman aşağıdakı sözlərlə başlayır: "Hər şey ötüb keçəcək...Bizə belə deyiblər, belə öyrədiblər. Ancaq köçməyən, əbədi qalan da olacaq. Daşlar, qayalar qalacaq. Xəzər qalacaq, Abşeronun xəzrisi, gilavarı qalacaq. Bir də...bir də ümid qalacaq, həyatı çiyinlərində gəzdirən ümid.
Mənim doğma şəhərimdə xəzri qopanda onun vıyıltısına, fəryadına qulaq asın. Bu fəryadda mənim səbr etməkdən bezmiş səsimi eşidəcəksiniz."
Ələviyyə xanım nə yazıbsa, nədən yazıbsa həmişə özü olmağa çalışıb. O bütün ömrünü sözə həsr edib, sözə böyük məsuliyyətlə, böyük hörmətlə yanaşırdı.
"Dəli Sona" romanı barədə ayrıca danışmaq istəyirəm. Bu əsər gənc bir qızın faciəvi həyatına həsr olunub, real həyatdan götürülüb. Bu əsər əldən-ələ gəzir, evləri dolaşır. Rejissor Rasim Ocaqov bu əsəri çox sevirdi. Onu oxuduqdan sonra heç özünə gələ bilmirdi. Deyirdi ki, necə olursa olsun-bu əsərin ssenarisi əsasında film çəkəcək. Lakin qəfil ölümü buna imkan vermədi.
Onun "Yanar su" romanı mənim keçməkeşli, əzablı keçən həyatıma həsr olunmuşdu.

"Yanar su" romanının yanğısına pərvanə olan ustad...

Yazıçı Ələviyyə Babayevanın "Yanar su" romanı asanlıqla başa gəlməmişdi. Bir gün Şuşadan mənə zəng elədilər ki, Ələviyyə xanım bir aydan çoxdur Şuşadadır. O, böyüyüb başa çatdığım 5 nömrəli uşaq evində olub, tərbiyəçi və müəllimlərindən mənim barədə ətraflı məlumat alıb. Mənim oxuduğum Kənd Təsərrüfatı texnikumunda isə Ələviyyə xanımı yüksək səviyyədə qarşılayıb, mənim barəmdə kitab yazdığına görə onu texnikumun kollektivinin fəxri üzvlüyünə qəbul ediblər.
Az sonra eşitdim ki, o, vaxtilə işlədiyim, hazırda Xızı rayonunun tabeliyində olan Altıağac kəndində olub, mənim barəmdə zəngin materiallar toplayıb.
1983-cü ildə mən Astara rayon Partiya Komitəsinin birinci katibi işləyirdim. Ələviyyə xanım Astarada olub əhali ilə görüşür, hətta mənim vətəndaşları qəbul günlərimdə və apardığım büro iclaslarında iştirak edib məni dərindən öyrənirdi.
"Yanar su" romanı belə çətinliklə, böyük yazıçının min bir əzab-əziyyəti hesabına yarandı.
Romanın əsas əsas qayəsi belədir ki, insan hər şeydən yüksəkdə dayanmalı, düzlüyün, ədalətin carçısı olmalıdır. Bu əsər elə bir sadə dildə, böyük maraqla yazılmışdı.
Ələviyyə xanım son dərəcə zəhmətkeş insan idi. Bütün ömrünün nəinki aylarını, günlərini, saatlarını, hətta dəqiqələrini belə yazı masası arxasında keçirirdi: ya yazırdı, ya oxuyurdu, ya da tərcümə edirdi. 26 əsər tərcümə etmişdi. Deyərdi ki, mən yalnız sevdiyim müəllifləri tərcümə etmişəm. Kimlərdir onlar? L.Tolstoy, M.Qorki, B.Korolenko, K.Paustovski, A.Qaydar, B.Astafyev, R.Stivenson və başqaları.
Ömrünün son on ilində onun ayaqları tutulmuşdu, yeriyə, həyət-bacaya çıxa bilmirdi. Lakin əsərləri onun əvəzinə ayaq açmışdı, ölkələri gəzirdi: "Adamlar və talelər" romanı Çində, "Hardasan dost, harda" romanı İranda fars dilində, "Küləyin tərkində" romanı Fransada, "Bəlkə sabah olmadı" romanı isə İsraildə nəşr olunmuşdu. Hələ Rusiyada, Türkiyədə nəşr olunan əsərləri demirəm. Elə buna görə də yazıçı Sadıq Elcanlı Ələviyyə Babayevanı "Azərbaycan ədəbiyyatının xarici ölkələrdə "səfiri " adlandırırdı.
Ələviyyə xanım rus dilini mükəmməl bilirdi. Onun evində olan 10 min kitabın əksəriyyəti rus dilində olan bədii əsərlərdi. Rus dilində olan kitabları oxumaq onun intellektual səviyyəsinə güclü təsir göstərmişdi.
Böyük şairimiz Bəxtiyar Vahabzadənin xatirələrindən:
Keçən əsrin 70-ci illərində SSRİ Yazıçılar İttifaqı bir qrup yazıçı və şairi Sibirə ezamiyyəyə göndərmişdi. Bu göndərişdə əsas məqsəd Azərbaycan ədəbiyyatını geniş təbliğ etmək idi. Qrupda Nəbi Xəzri, Söhrab Tahir və digərləri yanaçı Ələviyyə Babayeva və mən də var idik. Tümendə, Barnaulda, Altayda çoxlu görüşlər keçirdik. Ələviyyə xanım rus dilində elə gözəl danışırdı ki, hamını valeh edir və böyük uğurlar qazanırdı. O, ensiklopedik bilik səviyyəsi ilə bizim üzümüzü ağ, başımızı uca etdi.
Keçən əsrin 60-70-ci illərində Moskvada onun əsərləri tez-tez çap olunurdu. Ələviyyə xanım mərdi-mərdanə, qorxmaz, sədaqətli bir insan idi. Onun bu keyfiyyətləri əsərlərinə də sirayət etmişdi.

Ələviyyə Babayevanın hələ də gözlər yaşardan vəsiyyəti...

Ölümünə bir neçə gün qalmış məni yanına çağırdı. Qardaşı Rasim Babayevin uşaqları Elnur və Çingiz də burada idilər. Son vəsiyyətini mənə diqtə elədi:
- Çingiz, - dedi, istəyirəm hamı bilsin ki, Heydər Əliyev olmasaydı, yəqin ki, mən acından ölərdim. Ona görə də mən birinci növbədə ona dönə-dönə rəhmət diləyirəm.
Mənim ömrümün axırıdı, son günlərimi yaşayıram. Tək-tənha adamam. Yəqin ki, mənim yas günlərimə qohum-əqrabamdan başqa heç kəs gəlməyəcək. Ancaq man sənə 15 nəfərin adını deyəcəm. Gözlərimi yumanda onlara xəbər ver, qoy onlar mənim yasımda iştirak etsinlər. Ələviyyə xanım Sabir Rüstəmxanlının, Söhrab Tahirin, Zəlimxan Yaqubun, Tənzilə xanımın, İntiqam Qasımzadənin, Aqil Abbasın, Musa Ələkbərlinin, İlyas Tapdığın, redaktor Aydın Quliyevin, Çingiz Əlioğlunun, Cəmil Əlibəyovun, İradə adlı bir xanımın, Flora Xəlilzadənin, Akif İslamzadənin və Şərafət Dağıstanlının adlarını yazdırdı.
Sonra isə vəsiyyətinə davam edərək dedi:
- Mən yoldaşımla ailə quranda məni qınayırdılar, çəpəki baxırdılar, haqqımda çoxlu söz-söhbət, dedi-qodu yaradırdılar. Lakin o mənim səbirli olmağımı məsləhət görürdü, dedi-qoduya uymamağı tapşırırdı. Bir sözlə, mənə çox hörmət edirdi. Əlimi ağdan-qaraya vurmağa qoymazdı. Deyərdi ki, Allah sənə böyük istedad verib, sən ancaq yazmalısan. Azərbaycan dilini gözəl bilirdi. Yazdığım əsərlərin ilk oxucusu o idi. Əsərlərimə tənqidi yanaşardı. Onun məsləhətlərinə əməl edərdim. Əgər bu gün gənc bir qız olsaydım, yenə də onu seçərdim, yenə də onunla ailə qurardım. Mənim bu səviyyəyə yüksəlməyimdə ömür-gün yoldaşımın böyük rolu olmuşdur. O başqa millətdən olsa da, Azərbaycan adət və ənənələrinə hörmətlə yanaşırdı. Onun məscidə gedib islam dinini qəbul etməsi hamımızı kövrəltmişdi. Dönə-dönə tapşırmışdı ki, Azərbaycan qəbristanlığında, islam qayda-qanunları əsasında dəfn edilsin. Belə də oldu. Həyat yoldaşım ailəmizdə ən çox hörmət etdiyi anamın yanında dəfn edildi.
Bu dünyada mənə çox əzablar verdilər, illər məni çox yordu. Xahiş edirəm, həyat yoldaşımın qəbrini açarsınız, onun sür-sümüklərini mollalarımız necə lazımdırsa, o qaydada kəfənləsinlər. Məni həmin qəbrdə basdırsınlar. Ömür-gün yoldaşımın kəfənlənmiş sür-sümüklərini mənim başımın altına qoyun. Mən onun dizləri üstündə əbədi uymaq istəyirəm.
Belə də oldu. Ələviyyə xanımın arzusu yerinə yetirildi.
İndi bir baş daşında 2 adamın adı yazılıb: Həyat yoldaşının və görkəmli Azərbaycan yazıçısı Ələviyyə Babayevanın.

Qardaşı Rasimi "görmədən" getmədi...

Ələviyyə xanım Babayevanın sevimli qardaşı, xalq rəssamı Rasim Babayev 6 ildir ki, vəfat etmişdir. Onlar çox mehriban qardaş-bacı idilər. Rasimin ölümünü ondan gizlədirdilər. Ölən günədək Ələviyyə xanıma deyirdilər ki, Rasim İngiltərədə uzunmüddətli yaradıcılıq ezamiyyətindədir. O, hər dəfə deyirdi ki, Rasim niyə mənə zəng etmir, nə üçün həyat yoldaşını tək-tənha qoyub gedib?! Bir gün mənə dedi:
- Rasimdən çox incimişəm. Qoy gəlsin, ona 1-2 sözüm var. Səidə kimi dəyərli bir qadını tək-tənha qoyub çıxıb gedib, gəlmək bilmir.
Hər dəfə saatlarla onun divardan asılmış şəklinə və "İçəri şəhər" tablosuna baxıb kədərlənərdi. Ölümündən 2-3 dəqiqə əvvəl qəfildən möcüzə baş verdi. O, başını qaldırıb dedi:
- Rasim, gəldin? Bəs adam həyat yoldaşını, uşaqlarını, bacılarını qoyub belə uzaq səfərə gedərmi? Əyil üzündən öpüm.
Sonra isə başını yastığa qoyub, gözlərini həmişəlik yumdu.
Evdəkilərin hamısı bu səhnəyə dözə bilməyib, göz yaşları axıtdılar.
Allah ona rəhmət eləsin.
Elə bu dəm, böyük müğənnimiz Sara xanım Qədimovanın oxuduğu bir mahnının qəlbyandıran avazı açıq pəncərədən evə doldu:
Gəldi, haradan gəldi,
Könlü qaradan gəldi.
Göydə bulud yox idi,
Bu sel haradan gəldi...
Çingiz Fərəcov
"Qızıl qələm" mükafatı laureatı

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ