şənbə günü, 10 oktyabr 2026
     

Milli rəqslərimiz milli dəyərimizdir...

Image


Deyirlər, bir xalqı yaxından tanımaq istəyirsənsə, ilk öncə onun folkloruna nəzər salmalısan. Bu sözlərdə böyük həqiqət payı var. Çünki istənilən toplum haqqında ən doğru informasiya onun qədim xalq yaradıcılığında, milli-mənəvi dəyərlərində gizlənmiş olur. Bu səbəbdən də dünyaya açılan istənilən ölkə düzənlədiyi ən müxtəlif təyinatlı beynəlxalq tədbirlərdə özünün milli koloritinə geniş yer verməklə dünya düzənində özü haqqında daha dolğun və obyektiv təsəvvürün formalaşmasına çalışır və təbii ki, buna nail də olur.
Bunun bariz nümunəsini bu ayın 12-də - Azərbaycanın ev sahibliyi etdiyi İlk Avropa Oyunlarının çox möhtəşəm açılış törənində aydın şəkildə gördük. Açılışın ilk dəqiqələrində səslənən "Cəngi" havası qədim tarixə və bənzərsiz ənənələrə malik Azərbaycan xalqının döyüşkən ruhundan, əzmkarlığından xəbər verirdisə, ardınca səslənən "Sarı gəlin" xalq mahnımız bu xalqın həm də incə ruhlu, şair qəlbli mahiyyətini gözlər önünə sərdi. Alim Qasımovun ifasında əsrlərlə yaşı olan bənzərsiz muğamımızın səslənişi isə sanki qeybdən gələn ilahi bir səda kimi hər kəsi ovsunladı. O üzdən əminliklə demək olar ki, Avropa Oyunlarının açılış mərasimində istər milli folklor nümunələrimizə, istərsə də klassik irsimizə müraciət olunması Azərbaycan haqqında bu günə qədər mövcud olmuş hər cür qısqanc təsəvvürləri darmadağın etdi, ölkəmizə daha müsbət rakursdan baxılmasına və daha obyektiv qiymət verilməsinə ən tutarlı arqument oldu. Ən azı, dünya düzənində barəmizdə o fikrin hakim olmasına yol açdı ki, belə zəngin mənəvi irsi olan xalq cılız hisslərlə yaşamaz, heç kəsin torpağına göz dikməz, eyni zamanda özünə məxsus olanı da heç kəsə güzəştə getməz. Bütün bunların ardından əcdadlarımızın minillər öncə Qobustan qayalarına həkk etdiyi, qədim rəqs elementlərini özündə əks etdirən qayaüstü abidənin Odlar Yurdu Azərbaycanın simvolu olan alovla təsviri qonaqları həqiqi mənada heyrətləndirməklə, həm də bu yurdun nə qədər qədim, bu xalqın nə qədər zəngin milli mənəvi irsə sahib olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu səhnəni izləyənlərin xəyalı isə "Qaval daş"ın sirli-sehrli sədaları altında "Alovlu siluet"in əsrarəngiz rəqsinin ovsununa düşərək minillər öncəyə - xalq rəqslərimizin intişar tapdığı o nağıllar dönəminə uçdu...
Azərbaycan xalq rəqslərinin tarixi, artıq qeyd etdiyimiz kimi, minillərlə ölçülür. Bu rəqslər öz mənşəyini ibtidai insanların müxtəlif səbəblərlə - ov, savaş öncəsi və s. icra etdiyi ritual və ayinlərdən götürüb. O dövrdə bu rituallar əsasən çeviklik, qıvraqlıq, cəsurluq kimi plastik hərəkətlərin nümayişindən ibarət olub insan gücünü göstərmək məqsədi daşıyırdı. Qobustan qayaüstü abidələrində günümüzə gəlib çatan, o tarixdən bizə soraq gətirən təsvirlər də belə düşünməyə əsas verir. Bu təsvirlərdə istər ov, istər döyüş, istərsə də şər qüvvələrdən, yadellilərdən qorunma təsvirlərinin olması dediklərimizə əyani sübutdur. Bəlli məsələdir ki, o zaman musiqi alətləri yox idi və bu ayinləri icra edən insanları kütlə müxtəlif səslər çıxarmaqla müşayiət edirdi. Daha sonra bu səslər çəpik, əl çalma, daşları bir-birinə vurmaqla ritm yaratma və bu digər bu kimi səslərlə əvəz olundu. Bəşər övladı inkişaf etdikcə yeni-yeni kəşflər ortaya qoydu ki, bunun da nəticəsində ilk rəqslər formalaşmağa başladı. Beləliklə də şifahi xalq yaradıcılığının bir qolu sayılan Azərbaycan xalq rəqslərinin əsasları yaranmağa başladı.
Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərindən olan rəqslərini bugünə qədər yaşada bilib. Bu rəqslərdə xalqımıza xas müsbət mental keyfiyyətləri görməmək mümkün deyil. Bu gün də toy və el şənliklərimizin bəzəyi sayılan "Yallı" rəqsi ifa olunduğu məclisdə nə qədər mübariz, qətiyyətli bir aura yaradırsa, "Naz eləmə" bir o qədər incəlik, zəriflik və kövrək duyğular bəxş edir, Azərbaycan qadınını ləyaqət simvolu kimi təqdim edir. Eyni sözləri "Köçəri", "Heyvagülü", "Xançobanı", "Nəlbəki" və yüzlərlə bu kimi milli rəqsimiz haqqında da söyləmək mümkündür. Bu rəqslərin hər birində mental şüurumuzdan süzülüb gələn, Azərbaycan insanının mahiyyətində olan şərəf, ləyaqət, cəsurluq, əyilməzlik kimi ən ali göstəricilər özünü qabarıq şəkildə büruzə verir, bu xalqın nə qədər dəyərli keyfiyyətlərə malik olduğunu gözlər önünə sərir. Eyni zamanda xalq rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətlərini, həyat və məişətini olduğu kimi özündə əks etdirir. Bu rəqslər sırasında əkin-biçinlə bağlı olanların tarixi isə elə əkinçiliyin tarixi qədər qədimdir. Günümüzə gəlib çatan "Araba", "Cütçü" rəqsləri məhz bu kateqoriyadan sayılır.
Milli rəqslərimiz sırasında bayramlarla, xüsusilə Novruzla bağlı rəqslər bu gün daha populyardır. "Kos-kosa", "Qodu-qodu", "Səməni" və digər bu kimi məzəli rəqslərimiz hələ də xalq tərəfindən sevilir və bu günün özündə də Novruz ərəfəsində geniş şəkildə ifa olunur.
Maraqlıdır ki, klassik ədəbiyyatımızda ilk dəfə rəqs sözünü dahi Nizami Gəncəvi XII əsrdə işlədib, lakin təəssüf ki, bu sözün etimologiyası, haradan götürüldüyü tam bəlli deyil. Bununla bağlı Azərbaycan orta əsr miniatür sənətində yer almış dərviş rəqsləri də diqqətlə araşdırılmalıdır. Bəllidir ki, dərviş sufi rəqslərini kişilər icra edir və bu rəqslərin motivini saat əqrəbinin əksinə fırlanmaqlar təşkil edir. Bununla sufi rəqqaslar bir növ göy cisimlərinin hərəkətini təqlid edirlər. Deyilənə görə, müqəddəs Kəbə daşı ətrafında zəvvarların sonsuz olaraq dolanmasının - təvafa mərasiminin kökündə də həmin ayin rəqslərinin fəlsəfi əsasları dayanır. Beləliklə, milli rəqs tariximizdə sufi hal rəqslərinin də xüsusi yer tutduğunu və müasir rəqs sənətimizin formalaşmasında bu cərəyanın da rolu olduğunu qeyd edə bilərik.
Azərbaycan milli rəqslərini digər xalqların rəqslərindən fərqləndirən əsas elementlər kişi rəqslərində türk kişisinə xas məğrurluq, temperament, qadın rəqslərində isə ismət, zəriflik və xanımyanalıqdır. Buna uyğun olaraq bu rəqslərin ritmləri də fərqlənir. Yəni kişi rəqsləri daha çevik ifa olunsa da, qadın rəqsləri özünün ağıryanalığı ilə seçilir. Amma bəlli ki, zaman-zaman milli rəqslərimiz yad elementlərin də təsirlərindən yan keçə bilməyib. Məsələn, orta əsrlərin saray rəqqasları bu rəqslərdəki əzəməti azaltmağa məcbur idilər, əks halda hökmdar tərəfindən başqa cür anlaşılar, bu da onlara həyatları bahasına başa gələ bilərdi. Yaxud saray hərəmxanasına gətirilən kənizlər bəzi hallarda hökmdarın xoşuna gəlməkdən ötrü daha çox əzilib-büzülməyə çalışırdılar ki, bununla da bu tip yad elementlər milli rəqslərimizin harmoniyasına nüfuz edərək onu öz mahiyyətindən uzaqlaşdırırdı. Lakin təbii ki, xalqın mental şüurundan qaynaqlanmayan, onun daxili "mən"i ilə səsləşməyən istənilən element uzunömürlü ola bilməz. Hətta zamanla yerini başqa bir yad elementə versə belə, istənilən "yamaq" element sonunda məhvə məhkumdur. Bunun bariz isbatını bugünkü rəqs sənətimizdə aydın görməkdəyik. Bu gün əsasən kişilərə xas rəqs nümunələrindən olan "Cəngi", "Misri", "Koroğlu", "Yüzbir", "Yallı", "Qaytağı" və sairə bu qəbildən olan rəqslərimiz nə qədər döyüş ruhu, əzmkarlıq aşılayırsa, "Vağzalı", "Tərəkəmə", "Ceyranı", "Naz eləmə", "İnnabı", "Nəlbəki" kimi çoxsaylı rəqslərimiz daha çox zəriflik, incəlik və ləyaqətin harmoniyasını yaradır, istər ifaçı-rəqqasa, istərsə də seyrçiyə xoş ovqat bəxş edir. Bunlarla yanaşı bir qrup məzəli rəqslərimiz də var ki, bu rəqslər əsasən el şənliklərində, bayramlarda küçə və meydanlarda təşkil olunan tədbirlərdə ifa olunub və günümüzə kimi yaşayan məzəli adlar da bu zaman onlara verilib. Belə rəqslərə misal olaraq "Camış bağa girdi", "Üç badam bir qoz", "İki arvadlı", "Asma-kəsmə", "Keçi məməsi", "Çatdadı", "Dartma, yaxam cırıldı" rəqslərini göstərə bilərik ki, bu rəqsləri ifa edənlər əsasən kütləni şənləndirmək məqsədi güddüyündən, gülməli hərəkətlər edərək xalq şənliklərinə rəng qatırdılar.
Təbii, bu gün də rəqslərimiz, digər milli mədəniyyət nümunələrimiz kimi, yad təsirlərdən sığortalanmayıb və zaman-zaman biz bunun fəsadlarını hiss edirik. Elə ötən əsrin əvvəllərində peşəkar rəqs ansambllarının yaradılması zamanı bədii rəhbər qismində digər xalqların nümayəndələrinə üstünlük verilməsi rəqs sənətimizə yad elementlərin gətirilməsinə ciddi şəkildə səbəb olmuşdu. Məsələ burasındadır ki, bütün milli-mənəvi dəyərlərimiz kimi, rəqs sənətimiz də 70 illik sovet dönəmində ciddi kataklizmlər yaşayıb. Əslində rəqs sənətinin o zamankı ideoloji sistemə hər hansı təsir gücü olmadığından bu sahə təzyiqlərə məruz qalmasa da, faktdır ki, yüksək vəzifələrdə təmsil olunanların əksəriyyəti Sovet rəhbərliyinə xoş gəlmək üçün öz xalq yaradıcılığı nümunələrini milli koloritdən uzaqlaşdırmaqdan belə çəkinmirdi. Yalnız mərhum prezident, o zaman Azərbaycan KP MK-nın Baş katibi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmdə, hələ də sovet rejiminin yaşamasına baxmayaraq, milli incəsənətimizə dövlət səviyyəsində qayğı göstərilməyə başlandı ki, bunun sayəsində milli rəqs sənətimiz də özünün yeni inkişaf dövrünə qədəm qoydu. Yəqin bir çoxları hələ də hər tədbir sonrası H.Əliyevin səhnə arxasına keçərək sənətçilərlə ünsiyyət qurduğunu, onlara şəxsən təşəkkür etdiyini xatırlayır. Bu həm də bir insanın öz milli dəyərlərinə verdiyi qiymətin göstəricisi idi...
Azərbaycan peşəkar rəqs məktəbinin milli koloritdə özülünün qoyulması bu il 100 yaşı qeyd olunan Əlibala Abdullayevin adı ilə bağlıdır. Azərbaycan SSR Xalq artisti Ə.Abdullayev sonradan bu sənətdə öz sözünü demiş onlarla rəqqas və rəqqasənin müəllimi olub. Eyni zamanda görkəmli ustad bir çox filmlərimizdə də rəqslərə quruluş verib ki, bunlara misal olaraq "Sehrli xalat", "O olmasın bu olsun", "Görüş", "Əhməd haradadır", "Dəli Kür" və bir çox digər ekran əsərlərimizi göstərə bilərik. Onun özünün Xalq artisti, mərhum sənətkar Leyla Bədirbəyli ilə vaxtilə duet şəklində ifa etdiyi "Bir dənəsən, bir dənə" rəqsi isə uzun illər dillər əzbəri olub. Bundan başqa milli rəqs sənətimizin inkişafında Azərbaycanın ilk balerinası, sonradan Dövlət Mahnı və Rəqs Ansamblına uzun illər rəhbərlik etmiş Qəmər Almaszadə, ünlü rəqqasələr Əminə Dilbazi, Roza Cəlilova, Afaq Məlikova, rəqqas Böyükağa Muradov kimi sənətkarların xüsusi xidmətləri olub.
Azərbaycan rəqs sənəti özünün bənzərsiz plastikası, zərifliyi və gözəlliyi ilə hər zaman digər millətlərin diqqətini çəkib.
Təsadüfi deyil ki, məşhur rus miniatürçü-rəssamı Qaqarin XIX əsrdə Şamaxı rəqqasələrinin portretlərini dönə-dönə işləyib. Xüsusilə Nisə adlı rəqqasənin təsvirinə dəfələrlə müraciət edən rəssam özünün "Şamaxı gözəllərinin rəqsi" adlı əsərində onu böyük ilhamla vəsf edib.
Əslində bu sahənin bir çox biliciləri Azərbaycan rəqs sənətinin hazırda tənəzzül yaşadığını deyir və bu milli dəyərimizin çox ciddi yad təsirlərə məruz qaldığını bildirirlər. Lakin bununla belə, sevindirici haldır ki, bugünkü gənclik milli mədəni sərvətimiz olan rəqslərimizə sayğı ilə yanaşır. Bunun bariz nümunəsini müasir toy şənliklərimizdə görməkdəyik. Elə toylarımızda Azərbaycan mətbəxinin şah əsəri olan plovu milli geyimli gənc oğlan və qizlarımızın milli rəqslərimizi ifa etməklə süfrəyə gətirməsi dediklərimizə əyani sübutdur. Hətta elə gənclərimiz də var ki, buna qane olmayıb toyuna əlavə rəqs qrupu və ya rəqqaslar dəvət edir ki, bu da milli dəyərlərimizdən sayılan rəqslərimizin gələcək nəsillərimizə olduğu kimi çatdırılacağına bir əminlik yaradır. Bu tendensiyanın inkişafı isə bizlərdən asılıdır. Çünki bizə məxsus dəyərlərə sahib çıxmasaq, ona kimlərin əl uzada biləcəyini çox gözəl bilirik - "Sarı gəlin" təcrübəmiz bunu diqtə edir...

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ