şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Milli rəqslərimiz milli dəyərimizdir
Tarix: 04.06.2015 / 10:45
Bölmə: Mədəniyyət
Uşaq vaxtı başı buludlarla görüşən sıra dağlara baxanda mənə elə gəlirdi ki, dağlar qolboyun olub ayaqlarını torpağın köksünə dayayıb rəqs edir. Öz ahənginə, havasına uyğun oynayır dağlar... Tərpənmədən, qımıldanmadan öz ruhunun səsinə yallı gedir. Sıra dağlar yallı oynayan azman insanlara bənzəyir. Təbii, uşaq vaxtı adam dağların möhtəşəmliyini, əzəmətini anlamır, ancaq ruhi-mənəvi yaxınlıq duyur.
Gözümü açıb toylarda, el şənliklərində rəqs edən insanlar görüb onlara valeh olmuşam. Çoxlarımız peşəkar rəqqas və rəqqasələrdən əvvəl kənd toylarında el qızlarının, el oğlanlarının, yaşlı insanların rəqslərini görmüşük. Mənim yadımdadır ki, kəndimizdə hər insanın öz havası var idi. Bunlar sırf rəqs musiqisi kimi ifa olunurdu. Sözsüz, amma dərin məna daşıyan, insanların ruhuna hakim kəsilirdi danışan rəqslər. "Telooyu", "Nənəm göyəmdən gəldi", "Camış bağa girdi", "Ağırsazı", "Qəzəməti" kimi unikal rəqslər toyları bəzəyərdi. Qara zurnanın ahəngindən qopan bu rəqslərin hər birinin tarixi qədimdən-qədim, uludan-uludur. Özündə böyük tarixi mədəniyyəti, mənəvi dünyanı daşıyan rəqslərimiz minillər boyu mövcud olub, bu gün də mövcuddur. Azərbaycan mədəniyyətinin vacib qolu olan rəqs sənəti incəsənətin qədim növü kimi həm tarixiliyini, qədimliyini qoruyur, həm də müasir çalarlarla zənginləşir. Milli rəqslərimiz milli dəyər kimi böyük təsir gücünə malikdir. Mayasında mədəniyyətin bir neçə şəklini, formasını birləşdirən rəqslərdə həm milli oyun tərzi, həm milli geyim forması, həm folklorumuz, həm də böyük mənəvi dəyər özünü ifadə edir. Milli dəyərlərimiz sırasında rəqslərin yeri özəldir. Etnoqraf və folklorşünaslarımız da müxtəlif tarixi dövrlərə aid aşkarladıqları nümunələrdə rəqslə bağlı kifayət qədər məlumatların olduğunu qeyd edirlər. Onu da bildirim, zaman olub ki, rəqslər insanların danışıq dilinə, ünsiyyət vasitəsinə çevrilib. Bəzən insanlar sözlə deyə bilmədiyini musiqi ahənginin gücü ilə ifa etdikləri rəqslərlə deyib. Ona görə də rəqslərdə böyük düşüncə, ürəkləri riqqətə gətirən möcüzə, güc var.
Qədim zamanlarda babalarımız həyatlarının vacib elementlərindən birinə çevrilən rəqsləri gələcək nəsillərə ötürmək məqsədilə daşların, qayaların üzərinə rəqs səhnələri həkk ediblər. Köhnə çağların insanları öz sevinc hisslərini, şadlığını, kədər və ağrısını rəqslə ifadə edib və yaddan çıxmasın deyə, o elementləri daşlara yazıb. Daşların yaddaşından da bizim yaddaşımıza, yazıya, kitaba köçən bu rəqsləri rəqqaslar, rəqqasələr oyun hərəkətlərilə ifadə ediblər. Rəqs zəngin bir mədəniyyət və milli dəyərdir. Bu dəyər Qobustan qayalarında, Gəmiqaya abidəsində yaşayır. Cənubi Azərbaycanda, Göyçədə, Dərbənddə, Borçalıda və digər tarixi yurdlarımızda mövcud olan və alimlər tərəfindən aşkar edilən daş salnamələrində öz əksini tapıb. Danışan şəkillərdə qədim insanın, əcdadlarımızın ruhu, həyat tərzi yaşayır. Bugünkü nəsil üçün mənəvi dəyərə çevrilən
bu rəsmlər böyük bir tarixi gerçəkliyi ifadə edir.
Yeri gəlmişkən, eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Sənətşünaslar qeyd edir ki, dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalması ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçirirdilər. Sənətşünaslar qeyd edir ki, beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Azərbaycan peşəkar rəqsinin atası Əlibaba Abdullayevdir. O, Azərbaycan rəqs sənətinin inkişafında, rəqslərimizin toplanıb səhnəyə qoyulmasında, bərpasında önəmli rol oynayıb. Özündən sonra onlarla rəqs ustadı yetişdirib. Azərbaycanın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov, Tutu Həmidova, Ramiz Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsi xeyli inkişaf etdirə biliblər. Onlar Əlibaba Abdullayev məktəbinin yolçuları olub. Onu da qeyd edək ki, Azərbaycan rəqslərinin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün olub. Bu Kabinet xalq musiqisinin, eləcə də rəqslərin toplanması və nota yazılmasına aid iş planını sözügedən vaxtdan həyata keçirməyə başlayır. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbül bu Elmi-Tədqiqat Kabinetinə rəhbərlik edirdi. Onun E.T.M.K-nin işində, folklorun toplanıb çap olunmasında müstəsna xidmətlərini qeyd etmək lazımdır. Onu da bildirim ki, ilk toplunun çapı 1937-ci ilə aiddir. "Azərbaycan rəqs havaları" adlanan bu toplu Səid Rüstəmov tərəfindən hazırlanıb. Məcmuəyə 30 rəqs daxil edilib. Bunlar ən məşhur rəqslərdir. Bu gün də həmin rəqslər öz təravətini itirməyib. Bu məcmuə S.Rüstəmov tərəfindən 1950-ci ildə yenidən redaktə edilib və nəşr olunub.
1951-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov və Məmməd Saleh İsmayılovun not yazılarına əsasən "Azərbaycan xalq rəqsləri" toplusu buraxıldı. Toplunu redaktə edən və ona ön söz yazan bəstəkar S.Rüstəmov idi. Bu məcmuəyə qədim xalq rəqsləri daxil edilmişdi. 1954-cü ildə Rauf Hacıyev zurnaçı Əli Kərimovun çalğısından "Sünbülü" və "Yarış" rəqslərini nota salıb və piano üçün işləyib. Bu rəqslər əsasən konsert pyesi kimi maraq doğurur.
Bir məsələ də var, xalqın keçdiyi tarixi yolu, mədəniyyəti, sahib olduğu mənəvi dəyər xəzinəsinə bələd olmayan insan heç bir vaxt rəqs sənətini anlamaz. Milli maddi dəyər kimi mədəniyyət tariximizdə ayrıca yeri olan milli rəqslərimizin inkişafı, təbliği, rəqs korifeylərinin irsinin öyrənilməsi, onların dəyərləndirilməsi Azərbaycan dövlətinin diqqətindədir. Dövlətimiz bu sahədə çox böyük işlər görür.
Bir məqamı xüsusi qeyd edim ki, Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda azərbaycanlıların kompakt yaşadığı məkanlarda rəqs sənəti zənginliyi ilə özünü ifadə edir. Son 20-25 ilə qədər bizim ellərdə insanlar mərasim rəqsləri təqdim edirdi. İndi də Novruzu, Kos-kosa, Xıdır İlyas, Qodu-qodu rəqsləri xatirələrdə yaşayır. Düzdür, mərasim və bayram rəqslərinin bir qismi rəsmi səviyyədə qorunur, el şənliklərində, bayramlarda təqdim edilir. Amma etiraf edək ki, xalqın içində mövcud olan bir sıra rəqslər itib-batıb. Keçən illərdə günəşi çağırma mərasimi keçirilərdi və insanlar bunun üçün xüsusi mərasim keçirirdi. Bəzilərimiz uşaq vaxtı bu mərasimlərdə iştirak etmişik. Adətən çənli-çiskinli günlərdə yaylaqda olan nənə-babalarımız günəşi çağırmaq üçün uşaqlara deyirdi ki, "dodu-dodu", "qodu-qodu" gəzdirin, "gün çıx, gün çıx" oxuyun. Bu, rəqslə keçirdi, oynaya-oynaya "gün-çıx, gün çıx, kəhər atını min çıx" deyə uşaqlar oxuyardı... İndi bütün bunlar şirin bir yuxu kimidir. Yaddaşlarda ona görə qalıb ki, ömür-günümdən keçib. İndi də o mənzərə gözlərim qarşısındadır.
Bayaq da qeyd etdim ki, Azərbaycan rəqsləri, xalqımızın milli dəyəri olan bu uca sənət toylarda, el şənliklərində yaşayıb uzun əsrlər. O da məlumdur ki, milli rəqslərin yaşaması, təbliğ olunması, onun milli dəyər kimi nəsillərə ötürülməsində rəqs təəssübkeşlərinin böyük əməyi var. Rəqs insanın mənəviyyatı, daxili aləmi ilə sıx bağlıdır. Düşünürəm ki, bu daha çox ruhi-mənəvi mədəniyyətdir. Rəqs ruhi aləmlə sıx bağlı olduğu üçün onu ifa edəndə bütün varlığın ona səfərbər olunur.
Bəlkə də yeri deyil, ancaq yazını işləyərkən bir məqamı xatırladım. Bir neçə il əvvəl Məhəmməd Peyğəmbərin doğum gününə həsr edilən ənənəvi Mövlud mərasimlərində meyxana oynayan insanların rəqsi gözüm önünə gəldi. Ona görə qeyd etdim ki, rəqs insanın ruhi aləmi ilə bağlıdır. Dərvişlər və sadə insanlar ritmə, avaza elə oynayırdılar ki, adam məətəl qalırdı. Rəqs edən insanlar ənənəyə uyğun olaraq oynayır və özü də bilmədən ətrafı unudurdu, sanki onlar uca Tanrıya qovuşurdu. Yəni rəqs edərkən bütün bədənləri, varlıqları səfərbər olunurdu. Bu da qədim milli dəyərdir. Rəqs sənəti ilə əlaqəsi olan bu mənzərə inanın ki, qeyri-adidir...
Sözümün canı odur ki, milli rəqslərimiz milli dəyər kimi özündə çoxşaxəli bir mədəniyyəti birləşdirir. İnsanın rəqslə özünü ifadə etməsi heyrət doğuran bir məqamdır.
Azərbaycan toylarında milli dəyər olan rəqsin qorunması vacibdir, onun düzgün istiqamətdə təqdim edilməsi, təbliğ olunması mütləqdir. Çünki Azərbaycan toyları bir zamanlar, sözün birbaşa mənasında, məktəb rolunu oynayıb. Rəqqas və rəqqasələrin çoxu bu məktəbdən pöhrələnib. Musiqi və rəqs biliciləri toylarda iştirak etdiyindən oynayanlar yalnız oynamaq üçün meydanda olmadıqlarını anlayır, qədim bir sənəti təqdim etdiklərini bilirdi.
Azərbaycan rəqs sənətinin milli dəyər kimi təbliğində böyük əmək sərf edən görkəmli rəqs ustadı Əlibaba Abdullayevin quruluş verdiyi rəqslərin ən uca zirvəsi "Azərbaycan toyu" sayılır. Milli adət-ənənələr üzərində qurulan, ən incə, plastik ritmlərlə ifa edilən "Qarabağ maralı" rəqsi unudulmazdır. "Azərbaycan toyu" rəqs silsiləsində Ramiz Məmmədovun solo ifasında təqdim edilən "Bəy rəqsi" də yaddaşlara yazılıb.
Azərbaycan rəqsləri sırasında öz qədimliyi, xalqa dərin köklərlə bağlılığı ilə seçilən, rəqs mədəniyyətimizin unikal nümunələri sayılan saysız rəqslər var ki, biz onların ifaçılarına valeh oluruq. Bu rəqslər xalqımızın uludan-ulu rəqs sənəti tarixini özündə ifadə edir. Milli rəqslər milli dəyərlər sistemində elə yer tutub ki, onu heç bir incəsənət növü ilə müqayisə etmək olmaz. Bu da sirr deyil ki, rəqs insan oğlunun yaratdığı ən qədim incəsənət çələngidir. İnsan övladı o çələngi məmləkətimizin hər guşəsindən dərdiyi füsunkar, rəngbərəng, əlvan çiçəklərlə cilalayıb. Bu cila heç vədə pozulmur, əsrlər ötsə də, o gözəllik solmur, daha da parlaq olur. Çünki milli rəqslərimiz Azərbaycan ellərinin mənəvi-ruhi ovqatını daşıyır, milli dəyər kimi öz qiymətini qoruyur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ