çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

İlyarımlıq pandemiya sükutu teatrlarımızı nə günə qoydu?..

Image


Pandemiya ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən teatrlarda müvəqqəti olaraq qapılarını tamaşaçıların üzünə qapadmışdı. Amma məlum olduğu kimi, oktyabrın 1-dən ölkəmizdə teatrların fəaliyyəti bərpa ediləcək. İlyarımlıq fasilədən sonra teatrlarımız yenidən açılır. Teatrlar qapalı olduğu müddətdə hansı problemlər yaranıb, texniki və yaradıcı heyət fəaliyyətə hazırdırmı? Yaranan fasilə zamanı hansı çətinliklər meydana çıxıb?    

Teatrların tamaşaçıları teatra cəlb etmək üçün hansı planları olacaq?

Ekspertlər deyir ki, sözsüz, ilkin vaxtlarda ən azından pandemiyaya görə tamaşaçı qıtlığı olacaq.

  • Cavid Zeynallı: “Teatrlar 17 ay bağlı oldu və əlbəttə bunun fəsadları, mənfi təsirləri də az olmadı”

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı “Bakı-Xəbər”ə bildirdi ki, təbii olaraq fasilə teatrın həyatına da mənfi təsir göstərib. “Teatrlar 17 ay bağlı oldu və əlbəttə bunun  fəsadları, mənfi təsirləri də az olmadı. Bu şübhəsiz ki, qaçılmazdır. Mənfi təsirlər, fəsadlar təkcə yaradıcı və texniki tərəfdən deyil, eyni zamanda maliyə və iqtisadi cəhətdən də özünü göstərdi. 17 ay ərzində teatrda billet satışı həyata keçirilmədi, bunun da teatra maliyə və iqtisadi baxımdan mənfi təsiri qaçılmaz oldu. Bundan əlavə, texniki baxımdan hər hansı bir problemlə qarşılaşmadıq. Çünki faktiki olaraq fəaliyyət olmayıb. Akademik Milli Dram Teatrın texniki sahədə heç bir sıxıntısı və problemi yoxdur. Səhnə ən yaxşı projektorlarla, işıqlarla, texniki təhcizatla təmin olunub və teatrdan oktyabrın 1-dən etibarən artıq fəaliyyətini bərpa edir. İşimizi necə quracağıq? Əlbəttə, ilk növbədə cari repertuarda olan tamaşalar bərpa olunacaq. Daha doğrusu, onların məşqi ilkin növbədə həyata keçiriləcək. İntensiv məşqlər lazımdır. Çünki 17 aydır ki, bu tamaşaların heç biri oynanılmır. Təsəvvür edin ki, təkcə “Ölülər” tamaşasına yaradıcı və texniki heyət olmaqla təxminən 50 nəfər cəlb olunub. Burada həm texniki, həm də yaradıcı tərəflər uzlaşdırılmalıdır, yenidən məşqlər həyata keçirilməlidir”.

C.Zeynallının sözlərinə görə, hazırlıqsız kollektivin tamaşaçı qarşısına çıxması mümkün deyil, ona görə də, Akademik Milli Dram Teatrının rəhbərliyi qərara gəlib ki, məşqlər mərhələli şəkildə həyata keçirilsin və ilk növbədə “Ölülər”, “Almaz”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Bir – iki bizimki”, “Ah bu uzun sevda yolu”, “Xanuma” və başqa tamaşaların məşqləri bərpa edilsin. Səhər və axşam məşqlərinin olacağını deyən C.Zeynallının sözlərinə görə, Akademik Milli Dram Teatrını oktyabrın 15-dən bütün şərtlərə əməl etməklə tamaşaların təqdimatını planlaşdırır, əlbəttə, tamaşalar tam hazır olduğu təqdirdə:”Şübhəsiz ki, teatrın fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərərgahın və eyni zamanda Mədəniyyət Nazirliyinin karantin rejimi ilə bağlı nəzərdə tutduğu bütün təlimatlara uyğun olaraq həyata keçiriləcək”.

  • Sumqayıt Dövlət Dram Teatrı: “Uzun fasilədən sonra  teatrların fəaliyyətinin bərpa olunması...”

Sumqayıt Dövlət Dram Teatrınından “Bakı-Xəbər”ə verilən məlumata görə, teatr fəaliyyətə hazırdır: “Əlbəttə, uzun fasilədən sonra teatrların fəaliyyətinin bərpa olunması hər kəsi sevindirdi. Heç şübhəsiz, müəyyən peşə vərdişlərinin yadırğanması üzündən yaradıcı heyət qısa müddət çətinliklə qarşılaşacaq. Amma Sumqayıt Dövlət Dram Teatrının aktyor truppasının  yaradıcılıq potensialı bu çətinliyi tezliklə aradan qalxmasına rəvac verəcəkdir.

Şübhəsiz, tamaşaçılar  canlı tamaşadan ayrı düşüblər. Tamaşaçıları yenidən teatra, səhnə əsərlərinə cəlb etmək üçün yeni kreativ versiyalar üzərində işləyirik. Eyni zamanda cari repertuar planı üzərində düşünürük. Tamaşaçının diqqətini çəkən, həmçinin aktual məsələlərə həsr olunmuş pyeslər arasında seçim edirik.

Biz öncə yarımçıq tamaşaların bərpasından başlayacağıq. Proses başa çatdıqdan sonra noyabrın əvvəllərindən sevimli tamaşaçılarımızla canlı görüşləri  planlaşdırırıq. Gənc, istedadlı yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq!” və “Pələng” monotamaşaları xalq artisti Firudin Məhərrəmov və gənc rejissor Ümid Abbas tərəfindən səhnə həllini tamamlayacaq. Rejissor Fuad Kazımov  görkəmli ədib Əbdülrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” əsərinə yeni yozum sərgiləmişdi. Lakin pandemiya üzündən tamaşa yarımçıq qalmışdı. Güman edirəm ki, əsərin yeni, müasir konseptdə və kamera xarakterli versiyası tamaşaçıların xoşuna gələcək. Uşaqlar üçün nəzərdə tutulmuş “Göyçək Fatma” nağıl-tamaşası da bərpa edilərək balacaların ixtiyarına  veriləcək Cari repertuarda olan əsərlərin məşqlərinin başlanmasına da start veriləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi İli”nin elan edilməsi hər kəsə məlumdur. Biz də dahi Nizami Gəncəvi xəzinəsinə müraciət etmişik. Yazıçı-kulturoloq Hafiz Ataxanlı dahi şairin “Xəmsə”sinin motiovləri əsasında “Xəzinə” adlı tamaşa-kompazisiya yazıb.  İlin sonuna qədər bu işi də Nizami dühasına layiq başa çatdırıb  təqdim etmək niyyətindəyik.Əlbəttə  bütün  yaradıcılıq prosesində, tamaşa vaxtında tibbi qaydalara, Operativ  Qərargahın tövsiyyələrinə əməl ediləcək.

Monotamaşaların səhnədə tamaşaçılarla birgə oynanılması nəzərdə tutulduğundan, səhnədəki tamaşaçılar arasında məsafə bir metr təşkil edəcək. Digər tamaşalarda isə üç oturacaqdan biri tamaşaçıya ayrılacaq.

Bir sözlə, teatr artıq öz maarifçilik, əyləncə və düşündürücü funksiyasını layiqincə yerinə yetirməyə hazırdır”.

  • İntiqam Soltan: “Bizim teatrın texniki şəraiti sıfırdan on pillə aşağıdadır”

Bakı Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan bizimlə söhbətində bildirdi ki, teatr cəmiyyətin güzgüsüdür və bu baxımdan teatrların fəaliyyətinin yenidən bərpası çox müsbət haldır: “Əgər bir aktyor ki, cəmiyyətdən, öz tamaşaçısından inciyirsə həmin aktyor iflic duruma düşür, amma bundan cəmiyyət heç nə itirməyə bilər. Əgər bir teatr, (söhbət təkcə bir teatrdan getmir-İ.S) cəmiyyətdən inciyirsə onda cəmiyyət iflic vəziyyətinə düşəcək. Mən bunu təcrübəmə əsaslanıb deyirəm və kimə aydın olmayacaqsa bunu konkret olaraq izah edə, aydınlaşdıra bilərəm. Teatrların bərpasına gəlincə, çox şükürlər olsun ki, teatrlarımız açılır. Bu məsələdə canfəşanlıq edən teatr adamlarına, onların sayı bir əlin barmaqları qədərdir, onlara və cənab nazirə təşəkkür etmək istəyirəm dirəm. Teatrların böyük əksəriyyətində aktyorlar tempdən düşüblər. Mənim başqa teatrlar haqqında nəsə deməyim mümkün deyil, amma ümumi şəkildə bu temp bərpa olunmalıdır. Bunu deyə bilərəm. Bərpa prosesini artıq keçirik, onsuz da xırda-xırda onsuz da bunları edirdik. Çünki həm Nazirliyin, həm də Teatr Xadimləri İttifaqının 44 günlük Vətən müharibəsinin, mübarizəmizin nəticəsi olan qələbəmizin ildönümü münasibətilə festival elan ediblər, teatr festivalı keçiriləcək. Biz hər iki təşkilatın keçirəcəyi festivala tamaşa hazırlayırıq. Ona görə də, istər-istəməz bu işi görürdük. Bizim bir fərqimiz var, məsələn, hansısa teatrlarda 60-70 nəfər aktyor varsa, bizim teatrda 20-25 aktyor var. Bu sayda aktyorun yüz faiz bərpası, onların səhnədə görünməsi daha tez baş verə bilər, nəinki başqa teatrlarda. Amma başqa tərəflər də var ki, onlarda çox böyük şərait var, bizim teatrın texniki şəraiti isə sıfırdan on pillə aşağıdadır…”

İ.Soltan qeyd etdi ki, artıq rəhbərlik etdiyi teatrda tamaşaların bərpasına başlanılır, kollektiv bir neçə yeni tamaşa üzərində işləməyə hazırlaşır. Biri 15, biri isə 35 dəqiqə həcmində iki tamaşanın festival üçün hazırlandığını deyən İ.Soltan sözlərinə görə, “Vətən” tamaşası da bərpa ediləcək: “İlk növbədə qələbə günü münasibətilə “Vətən” tamaşasını bərpa edəcəyik. Bizim uşaq tamaşalarından biri olan “Vətən” tamaşası bayrağa, himnə, milli birliyə, vətənə, vətəndaşlığa, dövlətə, dövlətçiliyə   həsr olunub. Yarım saatlıq bir tamaşadır və yarım saat ərzində bir neçə dəfə zalı ayağa qaldırmaq iqtidarında olan bir tamaşadır. Klassikaya müraciət edəcəyik, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə müraciət etmək istəyirəm. Çünki “diri ölülərimiz” hər zaman var, olub, olacaq da. Cəlil Məmmədquluzadə dramaturgiyası  düşünürəm ki, teatr repertuarlarından heç zaman kənarda qalmamlıdır...” - deyə İ.Soltan qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ