27 sentyabr Anım günü münasibətilə dəyərli yazarımız Sevinc Nuruqızının Azərbaycanın Bakı, Belçakanın Brüssel və Norveçin Oslo şəhərlərində yaşayan şagirdlərlə onlayn görüşü keçirilmişdir.
Görüşün təşkilatçısı filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova yazarı təqdim etdikdən sonra müxtəlif ölkə şagirdləıri Sevinc Nuriqızının Cənubi Koreyada yüksək poliqrafik keyfiyyətlə üç dildə - Azərbaycan, koreya və ingilis dillərində çap olunmuş "Ağca və Cuppulu", eləcə də diğər əsərlərindən parçaları, şeirləri ana dilimizdə və ingiliscə səsləndirmişlər.
Görüş Sevinc Nuruqızının müharibəyə həsr etdiyi « Ağca və Cuppulu» əsərinin müzakirəsi və uşaqların suallları ətrafında davam etmişdir. Osloda Nizami məktəbinin koordinatoru Günay Əliyeva şagirdərin müəllifin yaradıcılığı ilə tanış olduğunu bildirmişdir.
Yazıçı "Ağca və Cuppulu"nun 28 ildən sonra yazılmış "Zəfər, Göyərçinlər və Cuppulu" adlı ikinci bölümündən bir parçanı uşaqlar üçün oxumuşdur. Sevinc Nuruqızının Selcan Ağayeva tərəfindən çəkilmiş portreti və Osloda yaşayan balaca rəssam Aidəxanım Ramberqin "Ağca və Cuppulu" hekayəsinə çəkdiyi illüstrasiyalar yazıçıya təqdim olunmuşdur.
Onlayn görüş "Gəlinciklər, göyərçinlər və uşaqlar sülh istəyir" devizi altında maraqlı müzakirələr çərçivəsində keçirilmiş, yazıçının uşaqların suallarına verdiyi cavablar böyük marağa səbəb olmuşdur.
Baki-xeber.com