çərşənbə günü, 30 sentyabr 2026
     

Polisin kitabı haqqında qeydlərim...

Image


Şair ruhlu bir qanun keşikçisinin qələmindən süzülən Vətən sevgisi və dünyəvi eşqin harmoniyasını əks etdirən “Arzu ömrü uzatmır”, “Dərdimdən ölən dərdlərim” və “Sevgi də bir Vətəndir” kitablarını oxuduqca bir daha əmin oldum ki, sözə sığal çəkmək, onu mənalandırmaq olduqca çətindir.

Şeirin insan taleyi ilə yanaşı insan ömrünə də misilsiz faydası var və şeir insanları mənəvi zənginliyə, ədalətə, haqqı nahaqdan ayırmağa, yaşamağı öyrənməyə səsləyir. Şairlik istedadına sahib olan şəxsin xəyal dünyası, estetik düşüncələri ətraf aləmlə vəhdətdə cərəyan edir. Bəs qeyri-adi duyum hissini, sərt xarakteri, əzmkarlığı, çevik düşünmə və qərarvermə bacarığını ruhunda daşıyan bir qanun keşikçisinin bədii estetik idealı nələrdən ibarətdir? Onun yaradıcılığının ana xəttini hansı mövzular təşkil edir?

Hacxalıl təxəllüsü ilə dövri mətbuatda tanınan, şair, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis-müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov çoxumuza tanışdır. Onun şeirlərində və publisistikasında ana torpaq, yurd sevgisi, nakam qalmış məhəbbət, habelə, Vətən və eşq mövzuların vəhdəti öz təzahürünü tapmışdır.

“İçim, çölüm, ruhum, bütün,

Vətəndir, oy anam, Vətəndi!..”, - deyən bir polis polkovnik-leytenantının ürəyindəki Vətən eşqini, xalqa ehtiramı, qərib nisgili görməmək mümükün deyil. Şair ruhun qidasını, öz iç dünyasını ancaq “Vətən” kəlməsində tapır. Onun könlündəki  qubar hissi ürəkdən-dilə uzun, əzablı, sinfonik bir yol keçib. Hər dəfə “Vətən” motivinə toxunduqca bu gün yad əllərdə qalan dədə-baba yurdlarımıza, doğulduğu Dağ İlməzli kəndinə qayıtmaq arzusu, o həsrət, o nisgil yenidən baş qaldırmağa başlayır:

Yaman ümidliyəm gələn novruza,
Haray, ay ellilər! Məncə, qayıtdıq.
Qolumu açmışam dağlara sarı,
Dərdimi qoymuşam küncə, qayıtdıq.

Hafiz  Hacxalıl ilk cümhuriyyətimizdən bugünə kimi ötən dövr ərzində isti-soyuq bilmədən gecə-gündüz Vətənin keşiyində duran, asayişi qoruyan Azərbaycan polisini bir an olsun belə unutmur. “Polisim” adlı şeirində  şair 1990-ci illərin təzadlı prosessləri, I Qarabağ münaqişəsi zamanı erməni işğalçılarına qarşı döyüşən polis əməkdaşlarını yad edir:

Cümhuriyyət yaşıdı, illərin yadigarı,
Sinəsi döyüşlərdə səngər olan Polisim.
Vətənin dar günündə harayına yetişən,
Şəhid olan polisim, əsgər olan Polisim.

Lakin şair yalnız daxili işlər orqanları əməkdaşlarını yad etməklə yetinmir, “Sərhədçi qardaşım, əmrə hazır ol! “ şeirində sərhədçilərimizi daima ayıq-sayıq olmağa səsləyir:

Sənə əmanətdir, bu ana Vətən,
Bu şirin, bu gözəl miras sənindir!

Hafiz Hacxalıl yaradıcılığını araşdırarkən vətən motivləri ilə yanaşı eşq, aşiqlik yolu, sevginin insana çəkdirdiyi əzabların necə zərif notlarla ifadə olunduğunun da şahidi oluruq. Sevgi- gizli, ucu-bucağı görünməyən ümman, yaxud sonu olmayan şüa kimidir. Sevgini olduğu kimi təsvir eləmək- eşqin təkamül mexanizminə bələd olmaq deməkdir. Eşq, sevgi, fəlsəfilik anlayışını bədii dillə ifadə etmək, oxucunun qəlbinin zərif simlərinə toxunaraq böyük istedad tələb edir. Hafiz Hacxalıl yaradıcılığında bu istedadın özünü qabarıq şəkildə ifadəsini görürük. Şairin “Qalmışam”adlı lirik şeirində sevginin insana iztirab, həsrət, dərd çəkdirdiyi aydın görünür:

Heç görəsən düşürəmmi yadına,
Mən ki, bir vaxt can verərdim adına.
İllərdir ki, bu sevginin oduna,
Öz canımı yaxa-yaxa qalmışam.

-söyləyən şair yarın həsrətinin aşiq üçün möhnət olduğunu, hər eşqin sonunun isə ölümə vardığını diqqətimizə çatdırır:

Bu elə eşqdi ki, yönü ölümdü,
Sağı ayrılıqdı, solu ölümdü.
Səni unutmağın sonu ölümdü,
Ölümmü?

Şair poeziyasında eyni zamanda lirik peyzaj lövhələrini əks etdirməkdən yan keçmir, gözoxşayıcı təşbehlərdən ustalıqla istifadə edərək, ədəbiyyatımızdakı “payız” leytmotivini canlandırmağa müvəffəq olur:

Yer qızıl, göy qızıl, hər tərəf qızıl,
Deyən zərgərlərin xəbəri yoxdur.
Payız qızılını hamıya qıyır,
Onun hasarı yox, çəpəri yoxdur.

Və ya

Sarı yarpaqların payız sevgisi,
Sevdalı könlümün yalqız sevgisi
İşləsin ruhumun dərinliyinə.

Payızın xəzan çağı, şairin sarı sevdası eyni notlar üzərində rəmzi məna daşıyır. Mən bunu Musa Yaqub poeziyası ilə əlaqələndirib, düşünürəm ki, Musa Yaqub yaradıcılığında olduğu kimi, Hacxalıl yaradıcılığında da payıza üz tutmaq, payız fəslinə qəribə yönüm var: sarı sevda, sarı gəlinə aşiqlik, saralmış yarpaqlar, küləyin tədirgin gəzintisi, kimsəsizlik, bəlkə də nələrdənsə peşmançılıq, payızın keçmişi xatırlatması, xəfif giləvarın aşiqə məşuqun ətrini gətirməsi...

Beləliklə, insan hansı sahədə çalışmasından asılı olmayaraq ruhunu, xəyal gücünü, intellektual səviyyəsini ortaya qoymalı, bir sözlə, istedadına, bilik və bacarığına söykənərək Vətəninə və xalqına xidmət etməlidir.

Bir şair ruhlu polisin bədii yaradıcılıq yolunu araşdıraraq, bacardığım qədəri ilə qanun keşikçisinin mənəvi dünyasına işıq salmağa çalışdım. Sözsüz ki, Hafiz Hacxalıl kimi qanun keşikçilərinin, gecə-gündüz xidmət edən dövlət qulluqçularının vətənə, xalqa saf hislərlə yanaşması bütün gənc nəsillərə örnəkdir. 

Sevinc ƏLİYEVA
Azərbaycan Dillər Universitetinin məzunu



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ