Cümə axşamı günü, 01 oktyabr 2026
     

Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub

Image


Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit tane, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.

Dövlət Tərcümə Mərkəzindən Trend-ə bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur. Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

Ağrını bədii sözə çevirmək istedadı...

Lesya Mudrak kitabdakı “Ağrını bədii sözə çevirmək istedadı...” sərlövhəli “Ön söz”ündə yazır: “Əlində tutduğun bu kitab Azərbaycanın gənc, istedadlı şairi, imzası təkcə Qafqaz oxucu auditoriyasına yox, Avropa poeziya xiridarlarına da yaxşı tanış olan Leyla Əliyevanın ukrain dilinə tərcümə olunmuş “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabıdır.

Şairin xaricdə işıq üzü görən ilk kitabı – 2016-cı ildə Minskdə (Belarus dilində) nəşr olunmuş “Ліст” şeirlər toplusudur. Eyniadlı kitabın 2018-ci ildə ingilis dilində Londonda (“The World Dissolves like a Dream”) təqdimatı keçirilmişdir.

Heç şübhəsiz ki, Ukrayna oxucusu tarixi diskursu dərin köklərə söykənən bu şərq ölkəsinin qədim və məşhur poetik ənənələri ilə yaxından tanışdır. Azərbaycanın kişi poeziyası ilə yanaşı, bərabər şərtlərlə inkişaf etmiş qadın poeziyası ənənələri hər zaman xüsusi maraq doğurmuşdur. Gözəl qəzəllər müəllifi olan klassik Azərbaycan şairi Məhsəti Gəncəvi böyük Ömər Xəyyamın müasiri olub. Azərbaycanda qədim dövrlərdən bəri “aşıq sənəti” deyilən ədəbi cərəyan mövcud olub ki, burada qadın şairlər hər zaman kişi şairlərlə yaradıcı rəqabət aparıblar. Burada söhbət sevgi lirikasından gedir. Belə ki, “aşıq” sözü ukrain dilinə “aşiq”, “vurğun” kimi tərcümə edilir. Azərbaycanın ən məşhur aşıq-şairlərindən Ağabəyim ağa Ağabacı, Heyran xanım, Fatimə xanım Kəminənin və digərlərinin adını çəkmək olar. Azərbaycanın şərq ənənələrinin zərif örtüyünə bürünən qadın poeziyası irsinin unikal səmimiyyətini və paklığını heç də təsadüf saymaq olmaz. Əlbəttə, zaman ötdükcə poetik üslublar dəyişir, amma qədim dövrlərin əbədiyaşar bədii yaradıcılıq xüsusiyyətləri müasir ədəbi prosesdə də öz özəlliyini qoruyub saxlayır.

Leyla Əliyevanın “Свiт тане, як сон” kitabını dilimizə çevirərkən, bacardığım qədər müəllifin obrazına girməyə, daxilən onun yaradıcı monotamaşasının bir növ “ifaçısı” olmağa çalışdım. Səmimi deyim ki, iş heç də asan başa gəlmədi, tərcümə prosesi bir neçə ay çəkdi. Təəssüflə deməliyəm ki, heca poeziyası ənənələri XVIII əsrə dayaqlansa da, bu gün demək olar ki, itirilib. Sillabotonikanın (yunanca “Syllabe” – tərkib, tonos – vurğu deməkdir) əsas prinsipləri misrada vurğulu və vurğusuz hecaların bölgüsü ilə təkrarlanaraq, ritm – ahəng axıcılığı yaratmasına əsaslanır. Mətnin quruluşu burada mahiyyət etibarilə təyinedici qismində çıxış edir, üstəlik, bu quruluşu yaradan normativlərin gözlənilməsi zəruriliyi meydana çıxır. Tərcüməçinin fövqəlvəzifəsi də bundan ibarətdir. Orijinalla işləyən tərcüməçi yuxarıda qeyd olunanlarla yanaşı, əsərin daxili dramatizmini, emosional özəlliklərini və ana süjetini bütünlükdə oxucuya çatdıra bilməlidir.

Leyla Əliyevanın lirik qəhrəmanı kimdir? Mənim təəssüratlarıma görə bu, son dərəcə həssas qəlbə, romantik təbiətə, ADİ-də XÜSUSİ olanı görmək qabiliyyətinə malik olan bir qadındır. Üstəlik, o altruistdir – həyatda baş verənlərin çoxdan göylərdə həll olunduğuna, bəşəriyyətin bütün sirlərindən yalnız Tanrının agah olduğuna, günahları bağışlayanın, iman gətirənləri hər zaman İlahi sevginin işıqlı yoluna çıxaranın məhz O olduğuna inanır.

Leylanın yaradıcılığı süjetli, çoxşaxəli, müəyyən mənada pritçavaridir. Bu mənada onun şeirlərində irihəcmli poemalara xas hekayə üslubu nəzərə çarpır. Kitaba daxil edilmiş şeirləri bu mövzular üzrə təsnifatlaşdırmaq olar: “Sevgi”, “Vətən”, “Fəlsəfə”. Eyni zamanda bu müxtəlif səpkili mövzuların üzvi şəkildə bir-birilə vəhdət təşkil etdiyi və müəllifinin fərdi üslubunun bütöv mənzərəsini yaratdığı nəzərə çarpır.

“Свiт тане, як сон” kitabını əlinə alan hazırlıqsız oxucu, bəlkə də, səhifələrdə rastlaşdığı dərin sətiraltı mənaları dərhal anlamaya da bilər. Bunun səbəbi gənc şairin daxili aləminin klassik təmkinli üslubla açılması, əslində hər şeiri ilə bizə Şekspirin əbədi “olum, ya ölüm” sualı ilə müraciət etməsidir.

Azərbaycanın Xalq yazıçısı Afaq Məsud Leyla Əliyevanın kitabına yazdığı “Ön söz”də qeyd edir ki: “İlahi Sevgidən və Mərhəmətdən bədirlənmiş bu aləmi islanmadan, üşümədən, titrətmədən tərk etmək, oralardan sakitcə uzaqlaşmaq olmur”. Eyni zamanda o əmindir: “ağrını bədii sözə köçürmək“ istedadı heç də hər kəsə verilmir...

Həqiqətən də, gənc şairin misralarında Ağrı əsas ontoloji ölçü vahididir, bu ağrının gizli mahiyyəti isə alleqoriya və metaforlarla üzə çıxır:

Ey qara qu quşu, yalqızsan yenə

İnanım deyirsən, itmiş ruhlara?

Sən qəmli, həm zərif, həm çox gözəlsən,

Çox da sevimlisən… həm də lap tənha.

Ey qara qu quşu, ölmüş anları

Əridib qərq edir çaylar dibinə…

Minlərlə ifadə qeyb olur burda

Unudulmuş ruhlar görüşür yenə…

Qəlbi işıq dolu, qara qu quşu!

Mənə sən yaşatdın ötən çağları!

Çox şeyi anlatdın bu gün dostuna,

Bil ki, unutmaram bu yaxşılığı...

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, gənc şair öz nəsildaşlarının əksəriyyətindən fərqli olaraq, urbanist şair deyil. Leyla təbiətə, onun şəfaverici mahiyyətinə, bütün canlı aləmin eksiztensial düsturuna yaxından bələddir.

Leyla Əliyevanın şeirlərində müxtəlif şəhər və ölkələrə səfərlərindən aldığı təəssüratları yer alsa da, doğma vətəni Azərbaycana olan sonsuz sevgisi yaradıcılığından qırmızı xətlə keçir:

Xəzərin qoxusu, İçərişəhər...

Abşeron bürküsü, Xəzri, Gilavar...

Qəfil qonaqların səsi, hay-küyü...

Mənim doğma Bakım,

darıxdım yaman...

Bəzən adama elə gəlir ki, Leylanın qəhrəmanı formaca sadə, məzmunca isə mürəkkəb olan qadın səadətini axtarmaqdan yorulub-usanmır. “Dayanacaq”, “İntizar”, “Gözləyirəm sakitcə”, “Gəlib yetişməz olan qırmızı avtobus...” Axşamlar arzu rənginə boyanaraq, onu təkrar-təkrar, özünü doğma və rahat hiss etdiyi evinə qaytaran qırmızı avtobus...

Qəm sakit axşamla döydü qapımı,

 

Qapını bağlamaq çıxıb yadımdan.

Sən ay qəfil qonaq, gəl, keç içəri,

Qonaq olan evdə darıxmır insan.

Buyur, keç, mən sənə bir çay da süzüm,

Seçim mürəbbənin ən yaxşısından.

Qəm, mən səninləyəm, sən heç darıxma,

Hələ darıxmağa taparıq zaman.

Axşam qayıtmağa söz verib mənə

Yenə gedəcəksən səhərə yaxın...

Yox, əgər bu səhər yağışlar yağsa,

Dərhal geri qayıt, köksümə sığın.

Gözləmirdim səni, bilirsənmi, qəm?

Səninlə küsməyə ürəkdən şadam.

İkicə fincana çay da süzmüşəm,

Bilirəm, hər zaman yaxınlıqdasan.

Mən üzlü olsaydım, qəm, bilirsənmi,

Şübhəsiz, yanımdan qovardım səni.

Mənsə gözləyirəm... rəhm et, başa düş,

Dəyərli vaxtımı alma əlimdən.

Bütün saatları, bəlkə, sındıraq?

Onların başqa bir çarəsimi var?

Qərar vermisənsə, qonaq qalmağı,

Gəl, ay qəm, şənləndir məni, nə olar?!

Leyla Əliyevanın kitabı dünyanın faniliyindən doğan hiss və həyəcanların dramatik ifadəsidir. Bu poetik ədəbi irsin sadəliyi və təbiiliyi sözün pramateriyası ilə qəribə bir vəhdət təşkil edir. Öz dövrünün və dünyanın səyahətinə çıxan yeni nəslin, yenicə doğulmaqda olan fərqli bir müasirliyin ayrılmaz hissəsi olan bu kitab, hansısa tarixdənkənar, daha doğrusu, tarixəqədərki ümumbəşəri kosmik empiriyalardan xəbər verir...

Yaşanmış anları yaddaşdan silib

Qoy aparsın külək, üzülmə amma.

Yazın göz yaşına çevrilsə də qar,

Özgə dərdlərindən təsəlli umma.

Bir gün Yer üzündə lap tək də qalsan,

Qalsan bu taleyin yol ayrıcında,

Görsən kimsə yoxdu, boşdu bu dünya,

Bil ki, tək deyilsən, O var yanında...”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ