Bazar ertəsi günü, 02 noyabr 2026
     

BMT-nin Bakı Forumunda qlobal həmrəylik ayı elan edilməsi təklif edildi

Image


"İnsanlar müxtəlif hüquqlarından məhrum olur, yoxsulluqdan əziyyət çəkir. İqlim dəyişikliyi, münaqişələr insanlar üçün ciddi problemlər yaradır, miqrasiyaya səbəb olur”. APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Malta prezidenti Marie Louise Coleiro Preca söyləyib.

M. Preca qlobal həmrəylik ayı elan etməyi təklif edib: "Biz zorakı ekstremizmə qarşı uzunmüddətli strategiyalar hazırlamağa çağırmalıyıq. Cəmiyyətdən təcrid olanları artıq kənarda saxlamamalıyıq, onlara əl uzatmalıyıq. Sülhə, tolerantlığa, müxtəlifliyə rəğbət bəsləyən prinsipləri əsas götürməliyik. Təhsil sahəsində də bu addımlar atılmalıdır. Biz növbəti humanitar fəlakətə imkan verməməliyik. Mən Aralıq dənizində yaşananları nəzərdə tuturam. Biz artıq tədbirlər görməliyik. Münaqişələr bizim sülh mədəniyyətinin formalaşmasına kömək etmir. Beynəlxalq miqrasiyanın mürəkkəbliyi artır, hökumətlər miqrasiya problemlərinin həlli, inklüzivlik sahəsində addımlar atmalıdır”.

Malta prezidenti qeyd edib ki, qadınların cəmiyyətdə, dünyada rolu unudulmamalıdır: "Qadınlar çox zaman zorakı münaqişələrin qurbanı olsalar da, onlar həm də sülhün qurucuları ola bilər. Sosial inklüzivlik böyük əhəmiyyət daşıyır, dünyamızın transformasiyasına çalışmalıyıq. Sosial zorakılıqdan can qurtarmalıyıq, sosial inklüzivliyin katalizatoru olmalıyıq”.

Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev isə çox keşməkeşli bir dövrdə yaşadığımızı söyləyib: "Biz qlobal təhdidlərə qarşı mübarizə aparmalıyıq. Anlamalıyıq ki, yeni müharibələrdə qaliblər olmur. Konstruktiv danışıqlarla bütün münaqişələrə son qoyulmalıdır. Hərbi blokların qarşısını almağa çalışmalıyıq. BMT-nin Sivilizasiyalar Alyansının oynayacağı çox mühüm vəzifələr var. Biz insanların vahid mövqedən çıxış etməsini istəyirik. Mədəniyyətlərin yanaşı yaşaması mühümdür. Qazaxıstan da bir çox etnik qrupların vətənidir, biz mədəni müxtəlifliyin qorunub saxlanılmasının tərəfdarıyıq. Qazax milləti müxtəlif dövrlərdə deportasiyaya məruz qalıb. Ancaq hesab edirik ki, bizim xalq etnik qruplar arasında həmrəyliyin yaxşı nümunəsi ola bilər. Etimadın, qarşılıqlı ünsiyyətin zəifləməsi qarşılaşdığımız əsas problemlərdəndir. Biz yeni baxışlardan çıxış etməliyik ki, hər hansı toqquşmaların aradan qaldırılmasına nail olaq. İstəyirik ki, bundan sonra da ekstremizmə qarşı daha qətiyyətlə mübarizə aparaq. Atdığımız addımlar qanuna əsaslanmalıdır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2003-cü ildən Astanada din xadimlərinin ənənəvi görüşü təşkil olunur. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünya dini liderlərinin Bakıda görüşü keçirilib. Qazaxıstan mayın 30-da terrorçuluğa qarşı din mövzusunda tədbir keçirəcək. İnanıram ki, bugünkü Forumda da sülhün bərqərar olunmasına töhfə verəcək qərarlar qəbul ediləcək. Müzakirələr zamanı ortaya çıxan suallara birgə cavablar axtarmalıyıq”.

Belarus Nazirlər Kabinetinin sədri Mixail Myasnikoviç isə bildirib ki, bu gün dünya müxtəlif maneələrlə üzləşib: "Dialoq əvəzinə sanksiyalar, zorakılıq meyllər müşahidə edilir. Alyans sivilizasiyaların yaxınlaşmasında mühüm rol oynaya bilər. Bu gün Belarusun hər hansı ölkə ilə ərazi münaqişəsi, mübahisəsi yoxdur, çoxlu sayda xalqlar ölkəmizdə mehriban yaşayırlar. Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada problemlərin həllində aktiv iştirak edir. Bu gün Belarusda Çernobıl qəzasının 30 illiyi qeyd edilir. Bu texnogen qəzanın nəticəsinin aradan qaldırılması gələcəkdə də diqqət mərkəzində olmalıdır. Belarus Yaponiyada Fukusima Atom Elektrik Stansiyasında qəza baş verən zaman da öz dəstəyini əsirgəmədi”.

M. Myasnikoviç bildirib ki, Lukaşenko Avrora İttifaqı və Avrasiya İttifaqı arasında inteqrasiya təşəbbüsü ilə çıxış edib: "Biz inteqrasiya sahəsində parlamentlərarası əməkdaşlığı da önəmli hesab edirik. İnanırıq ki, Alyansın tribunası da siyasi xarakterli bəyanatlardan uzaq olacaq”.

Qətərin baş nazirinin müavini Əhməd bin Abdulla Əl Mahmud isə bildirib ki, ölkəsinin məqsədi təhlükəsiz, çiçəklənən cəmiyyətin qurulmasıdır. "Dialoqun, sülhün təşəkkül tapmasının tərəfdarıyıq. Beləliklə inklüziv cəmiyyətin qurulmasına nail ola bilərik. Müasir dövrdə sivilizasiyalar arasında dialoqun qurulması üçün mənfi stereotiplərin aradan qaldırılması üçün mübarizə aparmalıyıq. Əgər biz lazımi addımlar atmasaq, xalqlar arasında etimad daha da zəifləyəcək. Biz bu halda islamı terrorla bağlayan dairələrin də qarşısını ala bilərik. Söhbət terrorçuluqdan gedirsə, onun sosial, dini kökü ola bilməz. Terrorçuluq nəinki Orta Şərqdə, Qərbdə və Şimalda da özündə təhdid ehtiva edir. Əgər insan başqa bir insanı məhv edirsə, deməli, bütün bəşəriyyətə hücum çəkmiş olur. Ona görə də inklüzivlik bizə çoxdan gözlədiyimiz dəyərləri gətirə bilər. İslam dünyası ilə Qərb dünyası arasında münasibətlərin tənzimlənməsi elə bir konteksti formalaşdırır ki, bu, ekstremistlər tərəfindən istifadə edilir. Qətər hökuməti Alyansın fəaliyyəti ilə bağlı atılacaq addımları qəbul edir. Bu addımlar atılan halda mədəniyyətlər arasında körpü salına bilər. Qətər həm də mətbuat azadlığına dəstək verən ölkədir, terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Hamımızın üzərinə düşəni ümumi öhdəlik odur ki, birgə çalışmalıyıq. Sülhsevər cəmiyyətin qurulmasına, insanlara hörmətlə münasibətlərin bəslənməsinə çalışmalıyıq. Dünya bir kəndə bənzəyir, əl-ələ verərək birgə yaşamalı, sülhü təmin etməliyik. Qətər dövlətinin Bakı Bəyannaməsinə dəstək verdiyini bəyan edirəm”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ