Bazar ertəsi günü, 02 noyabr 2026
     

Azərbaycan Prezidentinin yüksək reytinqi Forum günlərində də bir daha üzə çıxdı

Image


Azərbaycan əhalisinin 92,8 faizi Prezident İlham Əliyevi dəstəkləyir. Trend-in məlumatına görə, bunu "Rəy" Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirdiyi sorğunun nəticələri göstərir. Qeyd olunur ki, Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti - 86,2% bu seçkilərə qatılardı. Respondentlərin 68,1%-i birmənalı olaraq "səsvermədə iştirak edərdim", 18,1%-i isə "yəqin ki, iştirak edərdim" cavab variantlarını seçib.

Məlum olub ki, paytaxt əhalisinin böyük əksəriyyəti - 92,8%-i öz səsini İlham Əliyevə verərdi. Rəyi soruşulanların 97%-i İlham Əliyevə tam etibar etdiyini, 89%-ə yaxını İlham Əliyevin onlar kimi insanların maraqlarına cavab verdiyini qeyd edib.

Sorğu həmçinin müəyyən edib ki, respondentlərin 78,8%-i prezident postunda İlham Əliyevə alternativ görmür.

Sorğu zamanı əldə edilmiş məlumatların təhlili göstərir ki, dövlət başçısının belə yüksək reytinqə və etimada sahib olması bütövlükdə uğurlu xarici siyasətin, iqtisadi inkişafla bağlı atılan addımların, milli ordunun əldə etdiyi uğurların və s. nəticəsidir.

Belə ki, rəyi soruşulanların əksəriyyəti prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87, 3 % bu siyasəti "çox yaxşı" və ya "əsasən yaxşı" qiymətləndirib.

Cəmi 5% dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6%-i bu siyasəti "pis", 2,1%-i isə "çox pis" adlandırıb.

Respondentlərdən həmçinin xarici siyasətimizdəki hansı hadisəni son vaxtların ən uğurlu hadisəsi hesab etdikləri soruşulub və cavab üçün bir neçə variant seçmək imkanı verilib.

Nəticədə 65,5% xarici siyasətin ən uğurlu hadisəsi kimi prezident İlham Əliyevin Barak Obamanın dəvəti ilə Dördüncü nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtona səfər etməsini göstərib.

Təxminən o qədər - 63,8% respondent son vaxtların ən uğurlu xarici siyasət hadisəsi kimi prezident İlham Əliyevin Ankara səfərini seçib. Özü də rəyi soruşulanların əksəriyyəti bu səfəri Türkiyəyə və terror aktları ucbatından Bakıya səfərini iki dəfə təxirə salmış prezident R.T. Ərdoğana dəstək kimi qiymətləndirib.

Daha 38% xarici siyasətdəki uğurlu addımlar sırasında dövlət başçımızın İrana səfərini, 19% isə Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin Bakıdakı görüşünü göstərib.

Araşdırmaya görə, Dağlıq Qarabağda gərginliyin artması fonunda İlham Əliyevə Ali Baş Komandan kimi dəstək də artıb - ona Ali Baş Komandan kimi rəyi soruşulanların 97%-i etimad göstərir.

Prezident və hökumətin iqtisadi sahədə atdığı addımlar da Bakı sakinləri arasında müsbət qarşılanır.

Belə ki, 28% respondent Azərbaycandakı iqtisadi vəziyyəti "yaxşı", 44% - "orta" və cəmi 18% - "pis" qiymətləndirib. Daha 10% sualı cavablandırmaqda çətinlik çəkib.

Paytaxt sakinlərinin əksəriyyəti əmindir ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları iqtisadi sahədə vəziyyəti kökündən dəyişir və ölkəni dünya bazarında neftin ucuzlaşmasının və qlobal iqtisadi böhranın mənfi təsirindən qoruyur.

Rəyi soruşulanların 62%-i hesab edir ki, prezident İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və lisenziyalaşdırmanın sadələşdirilməsi barədə sərəncamı kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək. Bu zaman 17,7% hesab edir ki, bu tədbirlər, yəqin ki, kömək etməyəcək, 8,2% isə əmindir ki, bunun heç bir köməyi olmayacaq.

Bakı sakinlərinin 68,2%-i hesab edir ki, bu tədbirlər kiçik və orta sahibkarlıq sahəsində lazımsız yoxlamaları aradan qaldıracaq, 16% isə bu nikbinliyi bölüşmür - onların fikrincə, bu tədbirlər müvəqqəti xarakter daşıyacaq və problemi kökündən həll etməyəcək. 15,8% cavab verməkdə çətinlik çəkib.

Respondentlər prezidentin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması və inhisarçılığın aradan qaldırılması istiqamətində atdığı addımları da müsbət qarşılayır.

61% hesab edir ki, bu, kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək (25,3% buna əmindir, 35,7% isə hesab edir ki, "yəqin ki, kömək edəcək").

Daha 18,7% isə bunun əksini düşünür (8,5% - "kömək etməyəcək", 10,2% - "yəqin ki, kömək etməyəcək" cavablarını seçib).

20%-dən artıq respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu ilə müəyyən edilib ki, milli valyutanın devalvasiyasından sonra müvəqqəti yaranmış bədbinlik artıq aradan qalxmaqdadır.

Bakı sakinlərinin 63%-i hesab edir ki, dövlətin gördüyü tədbirlər milli valyutanın məzənnəsini sabitləşdirməyə imkan verir. 15% respondent bununla bağlı o qədər də nikbin deyil, 20% isə sualı cavablandırmaqda çətinlik çəkib.

Beləliklə, sorğunun nəticələri göstərir ki, paytaxt əhalisi həm dövlətin xarici siyasətini, həm də iqtisadi artım üçün atılan addımları müsbət qiymətləndirir.

Qeyd edək ki, Omnibus tipli ictimai rəy sorğusu "Rəy" Monitorinq Mərkəzi tərəfindən Bakı şəhərində 18 -19 aprel 2016-cı il tarixlərində keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 800-ə yaxın respondent cəlb edilib. Nisbi xəta 3,5%-dir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ