Bərdə, Qazax, Şəmkir, Yevlax, Şəki, İsmayıllı, Qusar, Şamaxı, Zərdab, Tərtər, Sumqayıt, Xızı şəhər və rayonlarında səyyar xidmətlər çərçivəsində vətəndaşlara şəxsiyyət vəsiqələri verilib. Bu barədə baki-xeber.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 2 min nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib, 2100 şəxsin isə müvafiq sənədləri qəbul olunub.