Bazar ertəsi günü, 02 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
7-ci Qlobal Bakı Forumu dünyanın həsrətində olduğu inklüziv cəmiyyət modelinin bütün istiqamətlərinin müzakirəsinə başladı...
Tarix: 26.04.2016 / 01:14
Bölmə: Gündəm
"İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində Gənclər Forumu işə başlayıb. "Trend"in məlumatına görə, Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edir.
Tədbirdə əvvəlcə "Gənc olmayan tədbir" (Not a youth event) mövzusunda təqdimat olub. Təqdimatda qeyd edilib ki, bu Forumda qarşıda duran məqsədlərə nail olunması, gənclərin beynəlxalq əməkdaşlığının güclənməsi, yaşadığımız planeti daha yaxşı məkana çevirmək imkanları və s. məsələlər müzakirə ediləcək. Bildirilib ki, Forumda BMT-yə müraciət edən gənclər arasından iki aylıq seçim prosesindən sonra müəyyənləşdirilən 100 nəfər iştirak edir. Məqsəd dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir. Həmçinin bu Forumun mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və s. məsələlərin müzakirəsi üçün mühüm imkan olduğu vurğulanıb.
Sonra Gənclər Forumunun açılışı olub.
Forumun moderatoru qeyd edib ki, son on ildə dünyada gənclər təşkilatlarının fəallığı xeyli güclənib. Hazırda dünyada zorakılıqlara qarşı, münaqişələrdə uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması və digər istiqamətlərdə gənclərin fəallığı daha da artıb. O, Bakıda keçirilən tədbirdə sülh şəraitində və inklüziv cəmiyyətlərdə yaşamağın üstünlükləri, gənclərin liderlik bacarıqlarını göstərməsi, onların mədəniyyətlərarası dialoqa verə biləcəkləri töhfələr baxımından çox önəmli məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.
Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov açılış nitqi söyləyib.
Açılış nitqlərindən sonra tədbirdə iştirak edən gənclər xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrıseçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən mənfi halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
Leyla Əliyeva: "Bakıdakı Qlobal Forum bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafına xidmət edəcək"
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafı üzrə birgə səylərə xidmət edəcək. "Trend"in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda Qlobal Forum çərçivəsində keçirilən gənclər forumu zamanı deyib.
Leyla Əliyevanın sözlərinə görə, ən maraqlı və zəkalı insanların burada, Azərbaycanda toplaşması xoş haldır.
Fondun vitse-prezidenti bildirib ki, Azərbaycan qədim ənənələri, zəngin tarixi olan ölkə, Şərqlə Qərbin kəsişməsində yerləşən məkandır: "Keçmişdə Azərbaycan tarixi İpək yolunda iri mərkəz olub".
Leyla Əliyeva əlavə edib ki, bu, ölkə mədəniyyətinə böyük təsir göstərməklə Azərbaycanı tolerantlığa, yeni ideya və dialoqa inanan ölkəyə çevirib.
Fondun vitse-prezidenti qeyd edib ki, Azərbaycanın unikal coğrafi mövqeyi də onun landşaftına təsir göstərib: "Azərbaycanda çoxlu dağ, meşə, çəmən və ovalıqlar var. Həqiqətən də Azərbaycanda 11 iqlim zonasından 9-u mövcuddur ki, bu da bizim üçün çox zəngin təbii mühiti və biomüxtəlifliyi təmin edir. Belə inanılmaz tarixə, müxtəlif mədəniyyət və zəngin biomüxtəlifliyə malik olduğumuza görə Azərbaycanda bizim bəxtimiz çox gətirib və mən əminəm ki, ölkəmizə gəlişinizdən zövq alacaqsınız".
Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının - FAO - xoşməramlı səfiri kimi diqqətə çatdırıb ki, hazırda aclıqdan və onunla bağlı səbəblərə görə hər dörd saniyədə bir nəfər dünyasını dəyişir.
Fondun vitse-prezidentinin sözlərinə görə, ən çox uşaqların ölməsi acınacaqlı haldır.
Leyla Əliyeva bu problemin həllində FAO-nun "Sıfır aclıq" təşəbbüsünü də vurğulayıb: "Buna baxmayaraq, biz birlikdə işləməli və çox çalışmalıyıq ki, heç bir uşağın aclıq və doyunca yeməməkdən ölmədiyi dünyanı təmin edək".
Leyla Əliyevanın sözlərinə görə, mədəniyyətlərarası dialoq davamlı inkişafın və ərzaq təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır ki, bu da uzunmüddətli sabitlik və sülh üçün əhəmiyyətlidir: "Sizin çoxunuza məlum olduğu kimi 2011-ci ildə IDEA kampaniyasına başladıq".
Fondun vitse-prezidenti vurğulayıb ki, məqsəd ekoloji təhlükələrə cavab verməyə imkan verən güclü alətlərin yaradılması olub: "Başqa sözlə, gənc nəsil üçün yaşıl və təhlükəsiz gələcəyi təmin etmək. Bizim şüarımız özlüyündən xəbər verir - bir Yer kürəsi, bir gələcək. Hər il getdikcə daha çox insanın kampaniyamıza qoşulması ümidvericidir və onların əksəriyyəti bunu tam ürəkdən, şövqlə və ətraf mühitə sevgi ilə edən könüllülərdir".
IDEA-nın son beş ildəki layihələrinə gəlincə, Leyla Əliyeva diqqətə çatdırıb ki, göstərilən dövrdə bütün ölkə üzrə 5 milyondan çox ağac əkilib: "Və biz ağacların kəsilməsinin qarşısını almaq üçün bu yaxınlarda yerli birliklər ilə işləməyə başladıq".
Fondun vitse-prezidenti əlavə edib ki, IDEA-nın təhsil proqramı müxtəlif yaşlı gənc insanları - beş yaşadək uşaqlardan tələbələrədək və hətta bu sahədəki daha yaşlı peşəkarları cəlb edir: "IDEA-da FAO, UNEP (BMT-nin Ətraf mühit proqramı), WWF (Ümumdünya Vəhşi Təbiət Fondu) kimi tanınmış milli təşkilatlarla tərəfdalıq qismində işləməkdən şadıq".
Leyla Əliyevanın sözlərinə görə, IDEA-nın ətraf mühit və sabitlik mövzusunu gənclər üçün daha əlamətdar etməsi önəmlidir: "Çox vaxt bu vacib mövzu xeyli darıxdırıcı və çətin görünür. Buna görə də bütün layihələrimizə, proqramlarımıza çox sevinclə, əyləncə ilə və yaradıcı yolla yanaşmağa çalışırıq".
Fondun vitse-prezidenti diqqətə çatdırıb ki, IDEA, həmçinin, son illər yox olan heyvan növlərinin, o cümlədən ceyran və bəbirlərin qorunması, eləcə də qonur ayı, boz canavar, imperial qartal,ceyran və Qafqaz bəbirindən ibarət Qafqazın "Böyük Beşliyi"nin yaradılması böyük iş görüb.
Leyla Əliyeva 50 il əvvəl Azərbaycanda Xəzər pələnginin yaşadığını xatırladıb və gözəl günlərin birində onun yenə də Azərbaycanda peyda olacağını arzuladığını bildirib.
Fondun vitse-prezidenti qeyd edib ki, IDEA öz ailələrində, cəmiyyətlərində və ölkələrində lider olmaq üçün gənclərin reallaşdıra biləcəyi fəaliyyətlərə, praktiki ekoloji addımlara can atır.
Leyla Əliyeva bildirib ki, bəşəriyyət hazırda müəyyən təhlükə ilə üzləşir: "Hazırda bizim itkilərimiz illərlə deyil, dəqiqələrlə hesablanır. Elə burada danışdığımız bir vaxtda hər 15 dəqiqədə brakonyerlər fil öldürür və hər saat insanlar təqribən 11 min köpək balığını məhv edr. Biz yavaş-yavaş bütün növlərin yox olacağı dövrə yaxınlaşırıq".
Fondun vitse-prezidenti forumda iştiraka görə bir daha hamıya təşəkkür edib: "Hər kəs ümumi gələcək üçün ətraf mühitin qorunmasına öz töhfəsini verə bilər. Bir-birimizlə görüşmək, ideyaları bölüşmək, danışmaq çox vacibdir".
Onun sözlərinə görə, hərəkət etməyin vaxtı çatıb. Leyla Əliyeva qonaqlara sevgi, cansağlığı, xoşbəxtlik və gələcəyin daha yaşıl, parlaq və yaxşı olacağına inam arzulayıb.
Şahin Mustafayev: "İnklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir"
Bu gün inklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir. İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində biznes simpoziumda çıxışı zamanı belə deyib.
Nazir qeyd edib ki, inklüziv cəmiyyət yoxsul, fiziki və əqli məhdudiyyəti olan insanların və cəmiyyətin digər həssas qrupunun maddi imkanının yaradılması, onlara sosial xidmətlərin göstərilməsi və rifahının artırılmasını nəzərdə tutur. Dünyada inklüziv cəmiyyətin inkişafı üçün bir sıra layihələr həyata keçirilir.
Bu gün Cənubi Qafqaz regionunun inkişafında ən böyük maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən nazir əlavə edib ki, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub: "1 milyondan çox qaçqın və məcburi köçkünü normal həyat şəraiti ilə təmin etmək vəzifəsi ilə üzləşmiş Azərbaycan bu problemin nə qədər ağır olduğunu və onun həllinin nə qədər böyük səylər tələb etdiyini aydın anlayır. Ölkəmiz bu məqsədlərə böyük vəsaitlər yönəltməklə bərabər, beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlıq edir".
Nazir bildirib ki, BMT strukturlarının dəstəyi ilə Azərbaycanda inklüziv cəmiyyətin formalaşması, o cümlədən qaçqın və məcburi köçkünlərin, əlillərin, qadınların və digər həssas qrupların rifahının yüksəlməsinə yönəlmiş layihələr icra olunub.
Ş.Mustafayev vurğulayıb ki, yoxsulluğun aradan qaldırılmasının ən səmərəli yolu kimi layiqli iş yerlərinin yaradılmasında özəl sektorun rolu danılmazdır: "Bir sıra beynəlxalq qurumların hazırladığı hesabatlara əsasən, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin təqribən 90 faizi məhz özəl sektor tərəfindən təmin edilir. Buna görə özəl sektorun bu funksiyanı yerinə yetirə bilməsi üçün hökumətlər əlverişli biznes və investisiya mühiti yaratmalı, sahibkarlığın inkişafı üçün müxtəlif təşviq tədbirləri tətbiq etməlidirlər. Beynəlxalq yardım proqramları da əsasən əlverişli biznes mühitinin yaradılmasına istiqatmətlənməlidir. Bu baxımdan Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, şəffaf inzibati tənzimləmə və dəstək mexanizmlərinin tətbiqi, layihələrin birgə maliyyələşdirilməsi və risklərin bölüşdürülməsi və digər sahələrdə uğurlu təcrübə mövcuddur".
Nazir bildirib ki, son 10 il ərzində ölkəmizdə təxminən 1,5 milyon iş yeri açılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə təxminən 8 dəfə azalaraq 4,9 faizə enib:
"Biz məmnuniyyətlə bu təcrübəmizi bölüşməyə hazırıq. Özəl sektorun bu sahədəki fəaliyyət istiqamətlərinə gəldikdə hesab edirik ki, layihələr əhalinin yoxsul və müdafiəyə ehtiyacı olan təbəqələrini əmək fəaliyyətinə daha çox cəlb etməli, iri investisiya layihələri daha çox yoxsul əhalinin məskunlaşdığı ərazilərdə cəmiyyətin bütün üzvlərinin rifahına xidmət edəcək tərzdə həyata keçirilməlidir".
Nasir Əbdüləziz Əl-Nasir: "Qlobal iqtisadi problemlərin həlli bir ölkənin işi deyil"
"Bizim dünyamız artıq ən pis qaçqın böhranı ilə üzləşib. Xeyli sayda qadın, uşaq xarici ölkələrə üz tutur". Bu sözləri ilə BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir 7-ci Qlobal Forum çərçivəsində keçirilən biznes simpoziumunda deyib.
O qeyd edib ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də BMT özəl sektora böyük dəstək göstərir: "Özəl sektorun töhfəsi problemləri aradan qaldırmağa kömək edə bilər. Burada inklüziv, dini məsələlərin rolu danılmazdır. Müxtəlif etnik mədəniyyətləri qəbul etməyin artıq vaxtı çatıb. Biz tam məsuliyyəti ilə rolumuzun ciddiliyini dərk edirik. Bu gün toplaşdığımız tədbir status-kvoya qarşı çıxmağımıza imkan verir. Ümid bəsləyirik ki, bu simpoziumda önəmli qərarlar veriləcək".
Nasir Əbdüləziz Əl-Nasir deyib ki, qlobal iqtisadi problemlərin və yoxsulluğun aradan qaldırılması bir ölkənin səyi nəticəsində mümkün olan məsələ deyil: "Bunun üçün birlikdə mübarizə aparmalıyıq. Biz qabaqcıl inkişaf proqramının reallaşdırılması üçün əlimizdən gələni etməliyik. BMT 2010-cu ildən başlayaraq yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlər, layihə və proqramlar həyata keçirir".
Hazırda dünyanın qaçqın böhranı ilə üzləşdiyini söyləyən ali qonaq bildirib ki, bu, İkinci Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi mühüm problemlərdəndir: "Bunun həlli yubanmamalı, yersiz müharibələr dayandırılmalıdır. Dünyada artan siyasi, iqtisadi problemlər universal bəşəri səviyyədə öz həlini tapmalıdır".
BMT nümayəndəsi: "İnsan haqları, inkişaf, sülh və əmin-amanlıq BMT-nin vacib sütunlarıdır"
BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Gənclər və sosial inkluzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar" mövzusu ətrafında müzakirələr keçirilib. Müzakirələrdə BMT Baş katibinin gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi bildirib ki, insan haqları, inkişaf, sülh və əminamanlıq BMT-nin vacib sütunlarıdır: "Biz hər zaman hər bir ölkənin gündəminə bu məsələlərin düşməsinə çalışmalıyıq. Tarixən gənclər təhsillə əlaqəli olan şəxslər kimi qəbul edilir. İnsanlar sülh və əminamanlığa töhfə verir. BMT Təhlükəsizlik Şurası ötən il münaqişə zonasında yaşayan 600 milyondan çox gənclə bağlı mühüm qətnamə qəbul etdi. Biz gənclər üçün yeni forumların, müzakirə üçün məkanların təşkilinə çalışırıq".
BMT Dünya Assosiasiyaları Federasiyasının dayanıqlı inkişaf üzrə rəsmisi Mari Ulman qurumun çərçivəsində aktiv şəkildə qlobal əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayıb. Gəncləri ruhlandırmağın əhəmiyyətini qeyd edən M.Ulman təhsilin adətən əsas hədəfə çatmaq üçün vasitə olduğunu bildirib: "Potensial quruculuq, gənclərin ölkələrinə qayıdarkən öyrəndiklərini tətbiq etməsinə kömək edə bilər. Biz gəncləri həvəsləndirməliyik. Bu, qlobal məsələlərin öyrlənilməsi üçün gözəl fürsətdir. Biz gəncləri bizimlə birgə işləməyə çağırırıq".
Qana Gənc Sülh Qurucuları Şəbəkəsinin gənclər üzrə əsas əlaqələndiricisi Rəşid Zubeyru Suriya böhranının dünyada baş verən iqtisadi böhranın ciddi çağırışlar yaratdığını diqqətə çatdırıb. Sosial cəhətdən gənclərin yetişdirilməsinin vacibliyini vurğulayan R.Zubeyru gənc insanların sülhməramlı fəaliyyətə cəlb edilməsinin gələcəkdə problemlərin həlli üçün əhəmiyyətli silah olacağına əminliyini bildirib.
Gənc Sülh Qurucuları Birləşmiş Şəbəkəsinin aparıcı koordinatoru Sölvi Karlson isə vurğulayıb ki, gənc insanlar bəzən yanlışlığa qapılaraq onlara qarşı hər hansı bir kampaniyanın aparıldığını düşünürlər: "Bu yanlış fikirdir. Gənclər təşkilatları olaraq, biz gənclərin belə fikirlərə qapılmasının qarşısını almalıyıq. BMT-nin müvafiq qurumları burada əhəmiyyətli rol oynayır. BMT Təhlükəsizlik Şurası çərçivəsində qətnamələrin qəbul olunmasına nail olduq. Lakin bu kifayət deyil. Gənclərin üzərinə düşən funksiyaların yerinə yetirilməsinə çalışmalıyıq. Gənclərin hər biri dünyanın müsbətə doğru dəyişməsinə töhfə verə bilər".
Daha sonra çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ötən əsrin sonlarında ölkəmizin müharibə ilə üzləşdiyini, ərazilərimizin dağıntılara məruz qaldığını diqqətə çatdırıb. O, Azərbaycan Hökumətinin gənclərin formalaşmasına, sülhməramlı iştirakıların peyda olmasına hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb: "Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, Bakı artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli platformaya çevrilib". F.Hacıyev ölkəmizdə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əminamanlıq şəraitində yaşamasını mədəniyyətlərarası multikultural dəyərlərə necə böyük dəyər verilməsinin təzahürü kimi dəyərləndirib: "Biz gənclərimiz ölkəmizi regionu daha da çiçəkləndirməyə çalışır. Biz gənclərin ideyalarının reallaşdırılması üçün alətik. Fondumuz gənclərin fərdi layihələrinin reallaşdırılması üçün çalışır. Biz sülhün, tolerantlığın, dini dözümlülüyün bərqərar olunmasına çalışırıq. Layihələrimizdə dayanıqlı inkişaf məqsədlərinin prioritet kimi əks olunmasına çalışırıq".
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..
02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...
02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...
02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....
02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...
02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq
– “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”
02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası
- Rizvan Qarabağlı yazır...
02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi
- 23 kq-a yaxın narkotik ələ keçirildi...
02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI:
SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR
02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb”
- Paşinyan
02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı
02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır"
- Media və Yayım Şurasından xəbərdarlıq...
02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq
02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...
02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi
02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...
02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik"
- Tramp amerikalılara səsləndi
02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər
- İranlı deputat açıqladı…
02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi
- Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…
01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
- VİDEO
01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…
01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
- FOTO
01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…
01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...
01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...
01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
- FOTO
01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz"
– Mətbuat Şurasının sədri
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər
- Körfəz ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ