ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya liderləri Hannoverdə baş tutan görüş zamanı bəyan ediblər ki, Minsk razılaşmasına əməl edərsə, RF üzərindən sanksiyalar qaldırıla bilər. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ağ Evin bəyanatında deyilir.
Xəbərə görə, ABŞ prezidenti Barak Obama Hannoverdəki çıxışı zamanı deyib ki, Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəyir.
Qeyd edək ki, Hannoverdə baş tutan görüşdə ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Britaniya baş naziri Devid Kameron, Fransa prezidenti Fransua Olland və İtaliya baş naziri Matteo Rentsi iştirak edib.