Cümə günü, 06 noyabr 2026
     

Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

Image


Scopus, Webof Science beynəlxalq elmi bazalardır, sadə dildə desək beynəlxalq dünya alimlərinin əlç çatan elektron elmi kitabxanalarıdır.

Təbii ki, bu kitabxanalardakı məqalələr, kitablar əcnəbi, əksəriyyəti də ingilis dilindədir.

Dünyada minlərlə elmi jurnallar dərc edilir. Bunların çoxu qeyri populyar, bir qismi "yırtıcı"- yəni yalançı, plagiat, az bir hissəsi isə ciddi jurnallardır.

Ciddi jurnalların tələbləri də ciddidir:

1. Tədqiqat uzun illəri əhatə etməlidir.

2. Plagiat olmamalıdır.

3. Müasir metodlar olmalıdır.

4. Son dövrlərin tədqiqatları ilə müqayisəli təhlillər olmalıdır.

5.Ciddi nəzəri və praktiki nəticələr olmalıdır.

Scopus, Webof Science beynəlxalq bazaları bu cür ciddi jurnalların materiallarını yerləşdirir.

Və əksəriyyəti də 500- 3000$ arası ödənişlədir.

Oradakı məqalələrdən istifadə edilərkən istinad edilir.

Və müasir dünyada elmi müəssisələrin, universitetlərin, almilərin reytinqi, nüfuzu Scopus, Webof Science bazalarında olan jurnallardakı məqalələrin sayı və o məqalələrə istinadla- neçə alim öz məqaləsində səndən sitat gətiriblər ölçülür...

İndi keçək problemlərə:

1. Bəzən Azərbaycan alimlərinin tədqiqatları ciddi jurnallar üçün maraqsız ola bilər. Amma ölkə elmi üçün vacib. Məsələn: Kiçik Qafqazın meşə ekosistemləri bizə vacib olsa da, onlar tələb qoya bilər ki, gərək onu bütöv ( Ermənistan ərazisi də daxil olmaqla) öyrənəsiz.

Azərbaycanda orta əsrdə baş vermiş hansısa tarixi hadisə və ya Xətainin şerləri onlara maraqsız ola bilər.

Qısası, bütün elm sahələrində ölkə üçün əhəmiyyətli olan tədqiqat obyekti, istiqaməti, beynəlxalq ciddi jurnal üçün maraqsız ola bilər.

Onda nə etməliyik?

2. Elə bu konteksdə başqa bir məsələ: Biz ölkə üçün əhəmiyyətli tədqiqatın dalınca getməliyik, ya ildə on minlərlə məqalə yerləşdirilən Scopus, Webof Science bazalarına məqalə üçün çalışmalıyıq. O dənizə bir damla su qatmalıyıq?

Elə bu yerdə deyim, biologiya elmləri doktoru rəhmətlik Kərəm Əsədov mənim gözüm önündə illərini sərf etdi "Dendrologiya" kitabı yazdı, indi mənim və digər alimlərin tələbələrin stolüstü kitabıdır. Amma onun Scopus, Webof Science bazalarında məqalələri yoxdur. Süni ntellekt dövrünü də görmədi.

Və bu bazalar üçün vaxt, zəhmət, xərc çəkilən məqalələrin çoxundan heç kimin xəbəri yoxdur, və kimsə istifadə etməyib.

3. Göründüyü kimi ciddi jurnallar ciddi də pul istəyir dərc üçün.

4. İndi daha ciddi bir vəziyyət yaranıb. Universitet və İnstitutlar elə bil yarışa giriblər. Təbii olaraq xüsusi qruplar formalaşıb ki, işləri ancaq Scopus, Webof Science bazaları üçün məqalə yazmaqdı. Tədqiqat aparmaq yox, məqalə yazıb illik hesabatda gülümsəmək üçün.

Hansı ki, Universitet, oradakı müəllimlər üçün əsas vəzifə və göstərici nəzəri cəhətdən intellektli, əsl vətəndaş yetişdirməkdir.

5. Daha ciddi məsələ:

Bu cür məqalələrin dərci ödənişli olduğu üçün təbii "simbiozluq" yaranır. Göbələk ağacın gövdəsinə üzvi maddə, gödə isə ona su verdiyi kimi, zəhmətkeş alim tədqiqatını qoyur ortaya, biri yazır, biri tərcümə edir, digəri proqramları bilir əcaib bəzəkli diaqramalar çəkir, nəsə riyazi hesablamalar qurur, özlərinin də anlamadığı bəzəkli bir şey alınır. Təbii ki süni intellektdən süni istifadələr də olur. Bir- ikisi də heç bunlarla maraqlanmır, məqalənin adını bilmir və pulunu verib onlara qoşulur, adını müəllif kimi yazdırır. Hansı ki, özü sərbəst orta səviyyəli məqalə yaza bilmir..

6. Bu məqalələrin əksəriyyəti Universitet və ya İnstitutların dövlət tərəfindən qarşıya qoyduqları vəzifələr aid olmur. Heç bir nəzəri praktiki əhəmiyyət kəsb etmir.

Mən bunları deməklə qətiyyən əsl alimlərimizin min bir əziyyətlə tədqiqat aparıb yazdıqları, uşağının boğazından kəsib ödəniş edib dərc etdikləri qiymətli məqalələri nəzərdə tutmuram, onların əməyinə kölgə salmaq fikirində deyiləm.

Eyni zamanda, Scopus, Webof Science bazalarında məqalə dərc etdirməyin də əlehinə deyiləm. Palaza bürün, dünya ilə sürün.

Sadəcə problemləri deyirəm və bu bazalarda məqalə dərcinin alim və ya elmi müəssiəsə üçün yeganə əsas göstərici olmdığını izah etmək istəyirəm

Elə buradaca müxtəlif elm sahələrinin əsas vəzifələrini xatırlatmaq istəyirəm:

1. Müvafiq elm sahəsinə aid dünyada gedən müasir prioritet tədqiqatlar istiqamətində işləmək.

2. Azərbaycanı tədqiq etmək ( məsələn botanikadırsa ölkə florası, nadir növlər, biomüxtəliflik və s.).

3. Ölkənin bu gün və gələcək iqdisadi, sosial, mədəni və s. sahələrinə real tətbiq ediləcək nəticələr əldə etmək. Dövlətin qarşıya qouduğu məsələlər istiqamətində çalışmaq.

Süni intelllek problemləri:

Süni intellekt geniş anlayış və imkanlardır, sürətlə inkişaf edir, elmdə tətbiqi qaçılmazdır, vacibdir.

Problem tərəfləri odur ki, komanda ver, sənin üşün məqalə yazsın, dissertasiya hissələri hazırlasın. Konfrans adı, proqramı düzəltsin. Elmi konfranslarda bəzəkli düzəkli sözlərlə, mətnlərlə, şəkil diaqramlarla çıxışlar hazırlasın. Sən də tutuquşu kimi mənasını bilməsən də təkrarla.

Bunlar real faktlardır, müşahidə edilir və geniş tətbiq edilir.

Amma elmlə, tədqiqatla heç bir əlaqəsi yoxdur.

Çıx konfransda bir səhifəlik çıxış et, amma öz işin olsun, heç olmasa öz dediyini özün anla.

Nəsillər arası əlaqə problemləri:

Birinci onu deyim ki, süni intellektədən, proqramlardan elə ən çox gənc nəsil tədqiqatçılar həm müsbət həm də nənfi mənada istifafə edir. Yaşlı nəsil yeni sistemlərə , texnoloji tətbiqlərə çətin uyğunlaşır. Onlar daha çox klassik metodlar və avadanlıqlarla işləyə bilr. Əlbəttə ki, istisnalar vardır.

Amma burada bir dilemma var:

Gənc tədqiqatçının özü də anlamadığı bəzəkli, gözəgəlmi, müasir texnoloji tətbiqlərlə yazdığı məqalə, təqdim etdiyii çıxış əhəmiyyətlidir, yoxsa yaşlı nəslin sadə amma həqiqəti əks etirən məqaləsi, ya çıxışı?

Sözsüz ki, elm sadədir, həqiqətin ifadəsidir.

Sən armudu general pencəyinin cibinə qoyub nar desən də armud armuddur.

Məqalənin gücü, mənası müəllifin intellektini aşan, texnoloji tətbiqlə doldurulan qrafik, şəkil, çətin terminlər çoxluğu ilə deyil, konkret fakt, təhlil və nəticədəki elmi, həqiqət yükü ilə ölçülür.

Və təbii ki ən yaxşı variant yaşlı nəsl tədqiqatçılarla gənc nəslin imkanlarını birləşdirməkdir.

Sonda yaşlı nəsil alimlər haqqında:

1. Onlar arasında elələri var ki, enejilidir. Qarşıya qoyulan vəzifəni daha tez və mükəmməl icra edə bilirlər. Yəni məhsuldardılar.

2. Elələri var ki, yaşlarından əvvəl qocalıblar, yaxud həvəsdən düşüblər və ya əvvəldən səhlənkar, bacarıqsızdılar.

3. Elələri var ki, diribaşdılar, vəzifə, məqalə, doktorant və s. Hər nə gəldi qamarlayıblar, elmi adlar vəs. alıblar. Və hər zaman da bundan sui istifadə edirlər.

ildə normal halda alimin 3- 4 məqaləsi olar. 40 ildə 120- 160. 300- 500 məqalə, onlarla kitab treska balığı kimi milyonlara kürü töküb sahib çıxmamaq deməkdir ki, onlardan da həyatda 1 ya ikisi qalır.

Yeri gəlmişkən Eynşteynin cəmi 15- 20 məqaləsi olub, o qədər "zəif" alim olub ki, heç deyəsən kitabı da olmayıb.

Uzun illərlə apardığı hesablamalırın nəticəsinə bax hələ, heç bir sətir deyil:

E=MC2

4. Elələri var ki, onlara alim demək olmaz, amma hamıdan öndədilər. Kötük selin ağzını kəsdiyi kimi, elmin, elmi tədqiqatların önünü kəsiblər, bəzi hallarda müəyyən sahəni monopolya ediblər ( sən onun sahəsinə aid iş apara bilməzsən). On illərlə şöbə müdiri, varlı ailələrin nümayəndələrindən 3-5 doktorant götürüblər, onları gənə kimi sormaq, axırda da əvəzlərinə iş yazıb yalançı alimlər "yetişdiriblər".

5. Yaşlı nəsil alimlər içərisində real elmi olan, ömrünü tədqiqata, fəlsəfə və elmlər doktorları yetişdirməyə sərf edən, əvəzsiz elmi məktəblər yaradan nurlu alimlərimiz də vardır. Ölənlərə ALLAH rəhmət eləsin, qalanlara sağlamlıq versin.

3.. Yaşlı nəsil həqiqi alimlər elmimizin irsi yaddaşıdır. Ölkənin əvəzsiz sərvəti, qızıl genefonduna aiddir.

Bunları yazmağı özümə borc bildim.

Ümid edirəm ki, nəyi nə vaxt etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılan və nəzarətində olan elm sahəsində struktur və kadr islahatları uğurla davam edir və mütləq öz müsbət bəhrəsini verəcək.

Elmimiz sükunət nöqtəsindən tərpənəcək.

Sadıq Qarayev
Biologiya üzrə fəlsəfə doktoru, dosent.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ