İranın Bəhreynə raket və pilotsuz təyyarə hücumları zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına ağır ziyan vurub. “New York Times” qəzetinin məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar ABŞ Hərbi Dəniz Qüvvələri dəniz logistika əməliyyatlarını Hind okeanındakı Dieqo Qarsiya adasına köçürüb.
“New York Times” qəzetinin məlumatına görə, Bəhreyndə qərargahın itirilməsindən sonra ABŞ hərbi gəmilərində problemlər görünməyə başlayıb. ABŞ ordusu da problemləri həll etmək üçün hərəkətə keçib. Hərbi Dəniz Qüvvələrinin əsas dəniz logistika mərkəzi Hind okeanının ortasında yerləşən və ABŞ və Böyük Britaniya tərəfindən birgə istifadə edilən və Britaniya komandanlığı altında olan Dieqo Qarsiya adasına köçürülüb.
Qəzet ABŞ Hərbi Dəniz Qüvvələrini dəstəkləyə biləcək başqa bir regional logistika mərkəzinin BƏƏ-dəki Fujayra limanında yerləşdiyini, lakin bu obyektin də İranın raket və dron hücumlarının mənzilində olduğunu bildirib.
Tahir TAĞIYEV