İndoneziyanın şərqində xilasedicilər dünən baş verən güclü zəlzələdən sonra daha dörd cəsəd aşkar ediblər. Associated Press İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 101 nəfər yaralanıb.
Şənbə günü Flores adası yaxınlığında təxminən 10 kilometr dərinlikdə 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələlərdən sonra sunami xəbərdarlığı verilsə də, xəbərdarlıq sonradan ləğv edilib. İndoneziya Meteorologiya Agentliyinin məlumatına görə, əsas zəlzələdən sonra ən azı 235 təkrar təkan qeydə alınıb.
Tahir TAĞIYEV