çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

Image


Hər il vqustun 15-də Hindistan Müstəqilliyinin 80-ci ildönümünü qeyd edir. Bu, 1,4 milyard hindistanlı və dünyanın hər yerində olan Hindistanın dostları üçün qürurlu bir gündür. Hindistanın Azərbaycandakı səfiri kimi mənim üçün bu əlamətdar gün həm də Hindistanın keçdiyi möhtəşəm inkişaf yoluna və kökləri tarixə dayanan, mədəniyyətlə zənginləşən və müasir əməkdaşlıqla getdikcə daha da möhkəmlənən Hindistan və Azərbaycan xalqları arasındakı davamlı dostluq münasibətlərinə nəzər salmaq imkanıdır.

Müstəqillikdən səkkiz onillik sonra Hindistan özünə güvənən, dinamik və dünya ilə fəal qarşılıqlı əlaqədə olan bir ölkə kimi mövqeyini möhkəmləndirib. Yeni müstəqillik əldə etmiş, yoxsulluq, savadsızlıq və inkişaf problemləri ilə üzləşən ölkədən Hindistan dünyanın əsas iqtisadiyyatlarından birinə, aparıcı texnoloji gücə, canlı demokratiyaya və qlobal gündəmin formalaşmasında getdikcə daha mühüm rol oynayan ölkəyə çevrilib.

"Azadlıqdan Yeni Hindistana"

Hindistan 1947-ci ildə müstəqillik əldə edən zaman gənc dövlət qarşısında böyük çətinliklər dayanırdı. Yoxsulluq geniş yayılmışdı, infrastruktur məhdud idi, milyonlarla insan təhsil, səhiyyə və əsas xidmətlərə çıxışdan məhrum idi. Bununla belə, Hindistan demokratiya, plüralizm, konstitusionalizm və inklüziv inkişaf yolunu seçdi.

Bu yol nə hamar, nə də asan olub. O, nəsillərlə hindistanlının dözümlülüyü və arzuları sayəsində davam etdirilib. Hindistanın demokratik institutları dərin sosial və iqtisadi dəyişikliklər baş verdiyi onilliklər ərzində öz dayanıqlığını qoruyub. Yüz milyonlarla vətəndaşın iştirak etdiyi seçkilər dünyanın ən böyük demokratiyasının əsas xüsusiyyətlərindən birinə çevrilib.

Bu gün Hindistan dünyanın ən sürətlə inkişaf edən əsas iqtisadiyyat mərkəzlərindən biridir. Ölkənin transformasiyası infrastruktur, istehsal, xidmətlər, kənd təsərrüfatı, maliyyə inklüzivliyi və rəqəmsal bağlantı sahələrində mühüm irəliləyişlərlə müşayiət olunub. Hindistanın iqtisadi inkişaf hekayəsi getdikcə daha çox imkanlar, innovasiya və sahibkarlıqla səciyyələnir.

Ən diqqətçəkən dəyişikliklərdən biri Hindistanda orta təbəqənin genişlənməsi və gənclər üçün yeni imkanların yaradılmasıdır. Vaxtilə öz əhalisini ərzaqla təmin etməkdə çətinlik çəkən ölkə bu gün ərzaq, əczaçılıq məhsulları, avtomobillər, informasiya texnologiyaları və müxtəlif sənaye məhsullarının əsas istehsalçısı və ixracatçılarından biridir.

İnkişaf təməllərinin qurulması

Hindistanın transformasiyası infrastruktur sahəsində də aydın görünür. Müasir avtomobil yolları, xüsusi yük dəhlizləri, genişləndirilmiş hava limanları, limanlar, metro sistemləri və yeni logistika şəbəkələri şəhərləri, qəsəbələri və kəndləri görünməmiş sürətlə bir-birinə bağlayır.

Transformasiya rəqəmsal sahədə də eyni dərəcədə nəzərə çarpır. Hindistan milyonlarla insanı formal maliyyə sisteminə cəlb edən dünyanın ən böyük rəqəmsal ictimai infrastruktur sistemlərindən birini yaradıb. Rəqəmsal ödənişlər, Aadhaar əsaslı identifikasiya infrastrukturu və Vahid Ödənişlər İnterfeysi (UPİ) hindistanlıların xidmətlərə çıxışını, əməliyyatlar aparmasını və iqtisadiyyatda iştirakını əsaslı şəkildə dəyişib.

Bu rəqəmsal transformasiya yalnız texnologiya ilə bağlı deyil. Bu, həm də inklüzivliklə bağlıdır.

Bu gün kənddə yaşayan kiçik sahibkar minlərlə kilometr uzaqda olan müştəridən rəqəmsal ödəniş qəbul edə bilər. Fermer mobil telefon vasitəsilə məlumat və maliyyə xidmətlərinə çıxış əldə edə bilər. Şagird onlayn təhsil resurslarından yararlana bilər. Texnologiya getdikcə imkanların genişləndirilməsinin mühüm vasitəsinə çevrilir.

Yaşıl inqilabdan bilik iqtisadiyyatına

Hindistanın inkişaf hekayəsi həm də elmi nailiyyətlər tarixidir. Yaşıl İnqilab Hindistana ərzaq çatışmazlığının öhdəsindən gəlməyə kömək edib. Ali təhsilin genişlənməsi Hindistanın inkişafına və qlobal bilik iqtisadiyyatına töhfə verən alim, mühəndis, həkim və digər mütəxəssislərdən ibarət nəsillər yetişdirib.

Bu gün Hindistan informasiya texnologiyaları, əczaçılıq, biotexnologiya, kosmik tədqiqatlar və qabaqcıl istehsal sahələrində mühüm mərkəzdir. Hindistanlı alim və sahibkarlar süni intellekt, kvant texnologiyaları, yarımkeçiricilər, biotexnologiya, bərpa olunan enerji və kosmik tədqiqatlar kimi qabaqcıl sahələrdə fəaliyyət göstərirlər.

Vaxtilə məhdud resurslarla inkişaf etdirilən Hindistanın kosmik proqramı bu gün milli qürur və beynəlxalq heyranlıq mənbəyidir. Uğurlu “Chandrayaan” missiyaları, Mars Orbiter Missiyası və “Aditya-L1” Günəş missiyası Hindistanın kosmik elm və texnologiya sahəsində artan imkanlarını nümayiş etdirir.

Hindistanın kosmos yolunda əldə etdiyi nailiyyətlər xüsusilə ilhamvericidir, çünki bu yol daha geniş milli fəlsəfəni əks etdirir: texnologiya son nəticədə cəmiyyətə xidmət etməlidir.

İnklüziv innovasiya

Hindistanın texnoloji transformasiyası inklüzivliyə güclü diqqətlə müşayiət olunur.

Dövlət proqramları bank xidmətləri, sığorta, mənzil, sanitariya, təmiz yanacaq, elektrik enerjisi, içməli su və səhiyyəyə çıxışı genişləndirib. Rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi vətəndaşların dövlətlə əlaqəsini cəmi bir nəsil əvvəl təsəvvür edilməsi belə çətin olan şəkildə asanlaşdırıb.

Hindistanın təcrübəsi göstərir ki, inkişaf və innovasiya cəmiyyətin yalnız kiçik bir hissəsi ilə məhdudlaşmamalıdır. Texnologiya əlçatan, münasib qiymətli və inklüziv şəkildə hazırlanarsa, sosial transformasiyanın güclü vasitəsinə çevrilə bilər.

Bu fəlsəfə Hindistanın inkişaf tərəfdaşlıqlarına yanaşmasında da öz əksini tapır. Hindistan Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı kimi təşəbbüslər vasitəsilə inkişaf etməkdə olan ölkələrlə öz təcrübəsini, təlim və potensialın gücləndirilməsi sahəsindəki biliklərini bölüşüb. 2024-cü ilin dekabrına qədər 230-dan çox azərbaycanlı İTEC kurslarından faydalanıb, pandemiya dövründə isə 200-dən çox azərbaycanlı e-İTEC proqramlarında iştirak edib.

Dünyanın məsuliyyətli tərəfdaşı

Hindistanın transformasiyası onun qlobal əlaqələrinin əhəmiyyətli dərəcədə genişlənməsi ilə paralel şəkildə baş verib.

Bu gün Hindistan əsas beynəlxalq institut və forumlarda fəal iştirak edir və çoxtərəfli, inklüziv və təmsilçiliyə əsaslanan beynəlxalq nizamın tərəfdarıdır. Hindistanın xarici siyasəti bəşəriyyətin maraqlarına ən yaxşı şəkildə dialoq, əməkdaşlıq, milli suverenliyə və müxtəlifliyə hörmət vasitəsilə xidmət olunduğu inancına əsaslanır.

“Vasudhaiva Kutumbaka”— “Dünya bir ailədir” prinsipi Hindistanın sivilizasiya dünyagörüşünün ayrılmaz hissəsi olub. COVİD-19 pandemiyası zamanı Hindistan “Vaccine Maitri” təşəbbüsü çərçivəsində tərəfdaş ölkələrə vaksin və dərmanlar göndərərək beynəlxalq həmrəyliyin insanların həyatını xilas edə biləcəyini nümayiş etdirib.

Hindistan həmçinin iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi, fəlakətlərə davamlılıq, səhiyyə və dayanıqlı inkişaf kimi qlobal problemlərin həllində mühüm tərəfdaşa çevrilib.

Hindistan və Fransa tərəfindən birgə yaradılmış Beynəlxalq Günəş Birliyi (İnternational Solar Alliance) Hindistanın təmiz enerjini daha əlçatan etmək öhdəliyini əks etdirir. Hindistanın özündə bərpa olunan enerjinin sürətlə genişləndirilməsi göstərir ki, iqtisadi artım və ekoloji məsuliyyət paralel şəkildə inkişaf edə bilər.

Hindistan gənclərinin gücü

Hindistanın gələcəyinin, bəlkə də, ən böyük gücü onun insanlarıdır. Hindistan dünyanın ən böyük gənc əhali kütlələrindən birinə malikdir. Ölkənin universitetləri, elmi-tədqiqat institutları, startap ekosistemi və genişlənən innovasiya iqtisadiyyatı yeni nəsil sahibkarlar, alimlər, sənətçilər və mütəxəssislər yetişdirir.

Hindistan startapları rəqəmsal ticarət və maliyyə texnologiyalarından səhiyyə, təhsil, mobillik və kənd təsərrüfatına qədər müxtəlif sahələri transformasiya edib. Hindistanın gənc sahibkarları getdikcə yalnız Hindistan bazarına deyil, bütün dünyaya xidmət edən şirkətlər qururlar.

1947-ci ildə Hindistan mürəkkəb inkişaf problemləri ilə üzləşən bir ölkə idi. 2026-cı ilin Hindistanını isə getdikcə daha çox ambisiya — inkişaf etmiş ölkəyə çevrilmək, imkanları genişləndirmək və qlobal problemlərin həllinə töhfə vermək ambisiyası səciyyələndirir.

Hindistan və Azərbaycan: Coğrafiyanı aşan dostluq

Hindistan üçün transformasiya hekayəsi həm də onun dünyanın müxtəlif ölkələri və xalqları ilə münasibətlərindən ayrılmazdır. Azərbaycan bu hekayədə xüsusi yer tutur, çünki xalqlarımız arasındakı əlaqələrin tarixi müasir diplomatik münasibətlərdən əsrlər əvvələ gedib çıxır.

Hindistan və Azərbaycan sivilizasiya əlaqələrini, mədəni yaxınlığı və uzunmüddətli qarşılıqlı münasibət tarixini bölüşür. Bu əlaqənin ən diqqətçəkən nümunələrindən biri Bakının yaxınlığında yerləşən tarixi Atəşgah məbədidir.

Devanaqari və qurmuxi yazıları, eləcə də hind dini simvolları ilə bəzədilmiş bu abidə Hindistan yarımadasını Xəzər regionu ilə birləşdirən qədim ticarət yolları boyunca səyahət edən hind tacirlərinin və icmalarının burada mövcudluğuna şahidlik edir. Məbəd sadəcə bir abidə deyil; o, coğrafi məsafələrə baxmayaraq insanların, ideyaların, ənənələrin və ticarətin müasir əlaqə imkanları yaranmazdan çox əvvəl də hərəkətdə olduğunu xatırladır.

Ədəbi əlaqələrimiz də eyni dərəcədə maraqlıdır. Böyük Azərbaycan şairi Nizami Gəncəvi əsrlər ərzində Hindistanda tanınıb və böyük rəğbətlə qarşılanıb. Onun ədəbi irsi Əmir Xosrov da daxil olmaqla, görkəmli hind şairlərinə təsir göstərib. Nizaminin portreti Yeni Dehlidəki Rəştrapati Bhavanda asılıb, “Leyli və Məcnun” əsərinin bir əlyazma vərəqi isə Hümayun türbəsində qorunur.

Hindistanın ilk Nobel mükafatçısı Rabindranat Taqorun da Azərbaycanla xüsusi əlaqəsi var. O, sovet dövründə Azərbaycana səfər edib və onun irsi ölkədə bu gün də öz əks-sədasını tapır. 2011-ci ildə Azərbaycan Bakıda Nizami adına Ədəbiyyat İnstitutunda Taqorun anadan olmasının 150 illiyini qeyd edib. Onun əsərləri Azərbaycan dilinə də tərcümə olunub və Azərbaycan kitabxanalarında mövcuddur.

Rac Kapurdan Bollivud və yoqaya

Əfsanəvi azərbaycanlı müğənni və aktyor Rəşid Behbudov ilə məşhur hind aktyoru Rac Kapur arasındakı dostluq iki ölkənin mədəni əlaqələrində xüsusi əhəmiyyət daşıyan və bu gün də böyük rəğbətlə xatırlanan səhifələrdən biridir. Behbudov və Elmira Rəhimova kimi azərbaycanlı sənətçilər Hindistan və Azərbaycan musiqisi və incəsənət ənənələri arasında körpülərin qurulmasına töhfə veriblər.

Sonradan hind kinosu cəmiyyətlərimiz arasında ən görünən körpülərdən birinə çevrildi. Rac Kapurun filmləri azərbaycanlı tamaşaçılarla uzunmüddətli emosional bağ yaratdı və nəsillər sonra da Bollivud Azərbaycanda böyük populyarlığını qoruyur. Hindistan filmləri, musiqisi və rəqsləri Azərbaycan tamaşaçılarına yaxşı tanışdır, Azərbaycan isə getdikcə hind film çəkilişləri üçün məşhur məkana çevrilir.

Yoqа da bu mədəni yaxınlığın müasir ifadələrindən biridir. Qədim Hindistanda fiziki, əqli və mənəvi rifaha xidmət edən hərtərəfli bir təcrübə kimi meydana çıxan yoqa bu gün Azərbaycan da daxil olmaqla, dünyanın hər yerində böyük maraqla tətbiq olunur. Beynəlxalq Yoqa Günü ilə bağlı proqramlarda artan iştirak iki ölkənin xalqları arasındakı səmimi münasibətlərin göstəricisidir.

Münasibətlərimiz mədəni əməkdaşlığın yeni istiqamətlərinə də genişlənir. 2026-cı ildə Hindistanın Azərbaycandakı Səfirliyi hind kinosunu, ədəbiyyatını, incəsənətini, irsini və Hindistan mədəniyyətinin digər aspektlərini Azərbaycan auditoriyasına daha yaxından tanıdan “Bakı Axşamları” mədəniyyət silsiləsini istifadəyə verib. Silsilə çərçivəsində yaradılmış “Bharat Filmotsav” hind kinosunun davamlı populyarlığını qeyd edir.

Birgə gələcəyə doğru

Hindistan-Azərbaycan münasibətləri bu gün sivilizasiya təməlləri ilə yanaşı, müasir məzmun da qazanıb. Ticarət, investisiyalar, enerji, turizm, təhsil, texnologiya və bağlantı ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır.

Hindistanın Azərbaycanla enerji əməkdaşlığı, o cümlədən ONGC Videsh Limited şirkətinin Azəri-Çıraq-Günəşli neft yataqlarına və Bakı-Tbilisi-Ceyhan boru kəmərinə yatırımları mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, əczaçılıq, kənd təsərrüfatı, qida emalı, informasiya texnologiyaları, bərpa olunan enerji, turizm və digər sahələrdə yeni imkanlar yaranır.

Turizm də mühüm körpülərdən biridir. 2025-ci ildə Azərbaycan 166 mindən çox hindistanlı ziyarətçini qəbul edib və bununla da Hindistan Azərbaycanın ümumi turist sayında dördüncü, qonşu olmayan ölkələr arasında isə birinci ən böyük turist mənbəyinə çevrilib. Ölkələrimiz arasında birbaşa hava əlaqəsinin mövcudluğu xalqlarımız arasındakı bu əlaqələri daha da möhkəmləndirib.

Hindistan və Azərbaycan: Əsrləri əhatə edən ortaq yol

Hindistan Müstəqilliyinin 80-ci ilinə qədəm qoyarkən xatırlamağa dəyər ki, Hindistan-Azərbaycan münasibətləri 1992-ci ildə diplomatik əlaqələrin qurulması ilə başlamayıb. Bu münasibətlərin kökləri daha dərinə — qədim ticarət yolları boyunca tacirlərin hərəkətinə, Atəşgahın alovlarına, Nizami Gəncəvi və Əmir Xosrovun misralarına, Taqorun ümumbəşəri humanizminə və nəsillər boyu davam edən mədəni mübadilələrə gedib çıxır. Bu əlaqələr Rəşid Behbudov və Rac Kapur arasındakı dostluqda, hind kinosu və musiqisinin populyarlığında, azərbaycanlı sənətçilərin hind ənənələrini öyrənməsində, eləcə də bu gün Bollivuda, Hindistan mətbəxinə və yoqaya artan maraqda yeni ifadəsini tapıb.

Hindistan və Azərbaycan keçmişin karvan yollarından bu günün hava marşrutlarına, rəqəmsal əlaqələrinə və iqtisadi tərəfdaşlıqlarına qədər uzun bir yol qət edib. Ortaq tariximiz bizə xatırladır ki, coğrafiya sivilizasiyaları ayırmaq məcburiyyətində deyil; əksinə, onları birləşdirən körpüyə çevrilə bilər. Hindistan qarşıdakı onilliklərə inamla nəzər salarkən və Azərbaycan öz transformasiya yolunu davam etdirərkən, bu dostluq hekayəsinin yeni səhifələrini yazmaq üçün böyük potensial mövcuddur. Hindistanın Bakıdakı Səfirliyi bu əlaqələrin möhkəmləndirilməsinə və xalqlarımızın daha da yaxınlaşmasına sadiqdir ki, əsrlər ərzində qurulmuş sivilizasiya körpüləri qarşıdakı onilliklərdə daha da möhkəm olsun.

Abhay Kumar
Hindistanın Azərbaycandakı səfiri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ