Moskvaya qarşı kütləvi dron hücumunun ardından gecə ərzində Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Məhdudiyyətlər təxminən dörd saat qüvvədə olub. Bəzi uçuşlar digər şəhərlərdəki hava limanlarına yönləndirilib.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, 15 avqust axşamından bəri Moskva və Moskva vilayəti istiqamətində təxminən 600 dron uçur. Moskva Dairəvi Yolu yaxınlığında dağıntıların düşməsi nəticəsində üç nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilir.
Tahir TAĞIYEV