Ötən həftə bir qrup Şimali Koreya əsgəri iki ölkəni ayıran Hərbi Demarkasiya Xəttini (MDL) keçdikdən sonra Cənubi Koreya qoşunları xəbərdarlıq atəşi açıb.
Yonhap agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya hökumətindəki mənbə bazar günü bildirib ki, atışmadan sonra Şimali Koreya əsgərləri öz tərəflərinə qayıdıblar.
Onun sözlərinə görə, bir neçə Şimali Koreya əsgəri sərhəd zonasının şərq hissəsində xətti keçib. Ehtimal ki, onlar ərazidə patrul xidməti aparıblar və təsadüfən demarkasiya xəttini keçiblər.
Cənubi Koreya ordusunun Şimali Koreya sərhəd pozuntusuna cavab olaraq bu il ilk dəfə xəbərdarlıq atəşi açmasıdır. 2026-cı ildə belə bir hadisə qeydə alınmamışdı.
Mövcud döyüş qaydalarına görə, Şimali Koreya qoşunları demarkasiya xəttinə yaxınlaşarsa, Cənubi Koreya əvvəlcə səsgücləndiricilər vasitəsilə xəbərdarlıq edir. Xətt keçilərsə, qoşunlar xəbərdarlıq atəşi açır.
Şimali Koreya ordusu tərəfindən demarkasiya xəttinin qısamüddətli pozulması son illərdə müntəzəm olaraq baş verir. KXDR lider Kim Çen In 2023-cü ilin sonlarında Cənubi Koreya ilə münasibətlərin "iki düşmən dövlət" arasında münasibətlər kimi qəbul edilməli olduğunu bildirdikdən sonra sərhəd boyunca mövqelərini gücləndirir.
2025-ci ildə Şimali Koreya qüvvələri Hərbi Demarkasiya Xəttini 17 dəfə pozub.
Tahir TAĞIYEV