NATO-nun hava patrulu missiyası çərçivəsində Rumıniyada xidmət aparan İspaniyanın F-18 qırıcısı dünən axşam ölkə hava məkanını pozan naməlum pilotsuz uçuş aparatını vurub.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, bu, Rumıniyanın cari il ərzində vurduğu dördüncü pilotsuz uçuş aparatıdır.
Rumıniya radarları pilotsuz uçuş aparatının qonşu Moldovadan ölkə ərazisinə daxil olduğunu müəyyən edib. Aparat Rumıniyanın cənub-şərqində yerləşən Qalats şəhərindən təxminən 24 kilometr şimalda hava məkanını pozub.
İspaniya Hərbi Hava və Kosmik Qüvvələrinin Mixail Koqălniceanudakı 57-ci Hava Bazasından döyüş hava patrulunu həyata keçirən F-18 təyyarəsi obyektlə radar əlaqəsi qurub və onu vurmaq üçün icazə alıb. Döyüş təyyarəsi dronu saat 05:01-də yaşayış olmayan ərazi üzərində vurub. Rumıniya Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının qalıqlarının iki yaşayış məntəqəsi arasındakı yaşayış olmayan əraziyə düşdüyünü bildirib. Onun qalıqlarının Qalasi qraflığındakı Băleni və Cudalbi yaşayış məntəqələri arasına düşdüyü güman edilir.
Tahir TAĞIYEV