İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını "Amerika ərazisi" elan edəcəyi iddiasına çox sərt cavab verib.
Qəribabadi sosial media hesabında paylaşdığı mesajda bildirib ki, Hörmüz boğazını tvitlərlə, təyyarədaşıyan gəmilərlə, əmrlərlə və ya seçki çıxışları ilə ələ keçirmək olmaz: “İran nə təhdidlərdən, nə də güc nümayişlərindən qorxur".
Qaribabadi ABŞ prezidenti Trampa müraciət edərək, ABŞ-ın İrana qarşı strateji və ağır məğlubiyyətlərini etiraf etməyə çağırıb
"Hörmüz boğazı İrana məxsus idi, İrana məxsusdur və bundan sonrr da İrana məxsus olacaq. Bu boğaz yalnız İranın əmri ilə açılıb bağlanacaq və siz əsl məğlubiyyəti qəbul edib xəyallarınızdan əl çəkmədiyiniz müddətcə İran (Hörmüz boğazına) blokada tətbiq etməyə davam edəcək" – deyə iranlı diplomat bildirib
Bundan əvvəl açıqlama verən ABŞ Prezidenti Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını tamamilə blokadaya aldığını iddia edərək, "İranı tamamilə məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm" deyib.
Tahir TAĞIYEV